Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


TÖKMƏ ASFALTBETONDAN ÖRTÜKLƏRİN TİKİNTİSİ



Yüklə 0,9 Mb.
səhifə34/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   30   31   32   33   34   35   36   37   ...   43
Avtomobil yollarının müasir problemləri

TÖKMƏ ASFALTBETONDAN ÖRTÜKLƏRİN TİKİNTİSİ
Tökmə asfaltbetondan örtüklər, onları adətən tətbiq olunan sıxlaşdırılmış asfaltbeton qarışıqlardan fərqləndirən bir sıra xassələrlə xarakterizə olunur. «Tökmə» qarışıqlar – tərkibində artırılmış miqdarda asfaltbeton maddə olan, qızğın şəkildə döşənən və vərdənələrlə sıxlaşdırılma tələb etməyən asfaltbeton qarışıqların plastik növüdür, yəni tərkibində artırılmış miqdarda və daha böyük özlülüklü bitum və artırılmış miqdarda mineral toz olan, onun hazırlanması və döşənməsi zamanı asfaltbeton qarışığın temperaturu daha yüksək olan qarışıqlardır.

Beləliklə tökmə asfaltbetondan olan örtüklərin tikintisinin ən vacib xassəsi ondadır ki, belə asfaltbeton qarışığın döşənən qatının sıxlaşdırılma zərurəti aradan qalxır (yalnız bəzi hallarda yüngül sıxlaşdırılma tələb oluna bilər), çünki bu qarışığın döşənmiş qatı soyuduqdan sonra lazımi sıxlığı əldə edir. Bir sıra tədqiqatların nəticələrinə görə tökmə asfaltbetondan olan örtüklər bütün asfaltbeton örtüklərdən ən uzun ömürlüsüdür, onlar yüksək sıxlığa malik olur, korroziyaya davamlıqları daha yüksəkdir, su keçirməyəndirlər və yeyilməyə daha az uğrayırlar.

Baxılan materiala xas olan spesifik texnoloji xarakteristika ABZ-dən döşənmə yerinə onun nəql olunması zamanı belə asfaltbeton qarışığın fasiləsiz qarışdırılmasına (eyni zamanda qızdırılma ilə) ehtiyacın olmasıdır.

Tökmə asfaltbetondan olan örtüklərin qiyməti onun tərkibində bitumun və mineral tozun artırılmış miqdarda olması, həmçinin də bu asfaltbeton qarışığın temperaturunun daha yüksək olması hesabına asfaltbetondan olan digər növlü örtüklərin qiymətindən yüksəkdir (təxminən 15 – 25%). Lakin, tökmə asfaltbetondan olan yol örtüklərin xidmət müddətinin uzun olmasını nəzərə alsaq, onun tətbiq olunması xeyli iqtisadi səmərə verir və istismar nöqteyi-nəzərdən səmərəlidir.

Tökmə asfaltbetonun çatışmamazlıqları sırasına ətraf havanın yüksək temperaturlarında müşahidə olunan, bəzən onun azalmış sürüşməyə davamlılığını aid etmək lazımdır. Bu səbəbdən onun səthində meydana çıxan plastik deformasiyalar, adətən, kiçikdir və onun istismar xarakteristikalarına mənfi təsir etmir.

Tökmə asfaltbetonda asfalt yapışdırıcı maddənin həcmi (bitum + mineral toz) asfaltbetonun digər növlərinə nəzərən xeyli çox olduğu üçün onun sürüşməyə davamlığı daha çox dərəcədə struktur-mexaniki xassələrlə və o cümlədən, bu sistemin özlülüyü ilə müəyyən olunur, o isə öz növbəsində bitumun özlülüyündən və onun mineral toz ilə strukturlaşma dərəsindən asılıdır. Tökmə asfaltbetonda özlülüyü daha çox olan bitumların və daha yüksək miqdarda mineral tozun tətbiq olunması məhz bununla bağlıdır.

Xarici yol-tikinti praktikasında (məsələn AFR-da) tez-tez aşağıdakı tərkibli tökmə asfaltbetonlar tətbiq olunur: mineral toz (0,09 mm-dən kiçik hissəciklər) – 20 – 25%, qırmadaş (2 – 8 və ya 2 – 12 mm ölçülü) – 40 – 45%, qum – 25 – 30%, bitum (iynənin daxil olma dərinliyi 25 – 45). Macarıstanda tətbiq olunan tökmə asfaltbetonlar tərkibində mineral tozun artırılmış miqdarda (28%-ə qədər) və qırmadaşın az miqdarda olması ilə fərqlənir. Bu asfaltbetonlarda bitumun yumşalma temperaturu +67 ... +72°C təşkil edir.

Yaxın zamanlara qədər xaricdə tökmə asfaltbetonların istehsalı üçün, adətən təbii bitumlar istifadə edilirdi. Son illərdə isə belə bitumlar yalnız neft yol bitumlarına (çox vaxt qalıqlara) əlavə kimi (25 – 50%) istifadə olunmağa başlanıb, onların keyfiyyəti tökmə asfaltbetonun xassəsinə çox böyük təsir edir.

Tökmə asfaltbetondan olan örtüklərin digər çatışmamazlıqları onların çat əmələ gəlməyə meylli olmalarıdır. Lakin, bəzi xarici tədqiqatların nəticələrinə görə belə örtüklərdə çat əmələgəlmə təhlükəsi bəzi Avropa ölkələrinin iqlim şəraitinə tətbiqdə güman olunduğu kimi elə də böyük olmayıb. Tökmə asfaltbetondan olan örtükdə çatın meydana gəlməsi, əsasən, belə asfaltbeton qarışığın hazırlanması və nəql olunması zamanı çox qızdırılması ilə bağlı olur. Çatların meydana çıxması tökmə asfaltbetondan olan örtüyün sementbeton əsas üzərində tikilməsi zamanı, həmçinin də qış dövründə ətraf havanın lazımi qədər aşağı temperaturlarında da mümkündür. Bu hallarda çatların yaranması, şübhəsiz ki, qarışıqda bitumun miqdarının yüksək olması (asfaltbetonun daha yüksək həcmi temperatur genişlənmə əmsalını şərtləndirən), onun özlülüyünün xeyli böyük olması və mineral tozla strukturlaşma dərəcəsinin daha böyük olması səbəbindən də güclənə bilər.

Tökmə asfaltbetondan olan örtüklər üçün, adətən «aralıq» adlandırılan alt qatın keyfiyyəti xüsusi əhəmiyyət daşımağa başlayır. Bu qatın strukturu əsasın və örtüyün qatı arasında tez-tez meydana çıxan qabarcıqların yaranmasının qarşısını almalıdır, bu örtük sement-beton əsas üzərində və ya nəm və sıx aralıq qat üzərində salındığı zaman xüsusən müşahidə edilir. Örtüyün şişməsinə səbəb olan qabarcıqların meydana çıxması hava keçirməyən tökmə asfaltbetonun altında olan sementbeton əsasdan buxarlanan su buxarlarının toplanması nəticəsində baş verir (örtüyün alt səthində belə qabarcıqların üstünün açılması zamanı rütubət aşkar edilir). Bununla əlaqədar, örtüyün qatları və əsas arasında qabarcıqların yaranmasının qarşısını almaq üçün qalıq məsaməliyi yüksək olan bitummineral materialdan aralıq qat salmaq lazımdır.

Tökmə asfaltbetondan olan örtüklərin bir sıra müsbət xassələri (uzun ömürlüyü, su keçirməməsi) bu materialın çox ölkələrdə lazımi qədər geniş tətbiq olunmasını şərtləndirdi, orada son illərdə tökmə asfaltbeton qarışıqların hazırlanması, nəql olunması və döşənməsi üçün müasir yüksək məhsuldarlıqlı avadanlıqlar yaradılıb. Məsələn, məhsuldarlığı 250 – 300 ton/saat və daha yüksək olan asfaltbeton qarışdırıcılar və döşəyicilər var. Bu maşınlarla yerinə yetirilən əsas texnoloji əməliyyatlar, adətən tətbiq olunan (sıxlaşdırılan) qızğın asfaltbeton qarışıqların hazırlanması və döşənməsində tətbiq olunanlara oxşardır.

Tökmə asfaltbetondan olan örtüklərin tikinti texnologiyasının təkmilləşdirilməsi ilə yanaşı bu sahədə tədqiqatlar və təcrübi-eksperimental işlər inkişaf edib, sınaqların yeni metodları və bu materialın istismar xarakteristikaları öyrənilib. Lakin qeyd etmək lazımdır ki, asfaltbetonun bu daha «qocaman» növünün texnologiyasında indiki vaxta qədər onun struktur-mexaniki xassələrinin nizamlanması, tökmə asfaltbeton və onun komponentlərinin cavab verməli olduqları tələblərin elmi əsaslandırılması, həmçinin göstərilmiş materialın tikinti-istismar xassələrini və keyfiyyətini obyektiv əks etdirən sınaq metodlarının işlənib hazırlanması üzrə məsələlər lazımi qədər öyrənilməmiş qalır.

Onu da qeyd etmək lazımdır ki, tökmə asfaltbeton bir sıra ölkələrdə səkilərdə örtüklərin tikilməsi üçün istifadə edilən eyni adlı materialdan öz xassələrinə və komponent tərkibinə görə kəskin fərqlənir. Hazırda tökmə asfaltbeton şəhər və qeyri-şəhər yollarında, həmçinin də avtomobillərin hərəkətinin ən intensiv yük gərginlikli yollarında da örtüklərin tikilməsi üçün istifadə edilir.

İsti iqlim şəraiti üçün tökmə asfaltbetonun tətbiq olunması ona əsaslanaraq perspektiv sayıla bilər ki, o ətraf havanın aşağı temperaturlarında respublika yollarının hər üç temperatur rejimi zonasında örtüklərin tikintisini effektiv aparmağa imkan verir. Qızğın asfaltbeton qarışıqdan örtüklərin tikintisinin texnoloji prosesinin ən zəif elementi örtüklərin sıxlaşdırılma vaxtı olduğu üçün (sıxlaşdırıcı vərdənələrin lazımi sayda gedişi üçün effektiv temperaturlar intervalında məhdud vaxt), sıxlaşdırılma tələb etməyən tökmə asfaltbetonun tətbiq olunması qızğın asfaltbetonların ətraf havanın aşağı temperaturlarında tikilməsi zamanı keyfiyyətsiz olmasının ən tez-tez baş verən səbəbini istisna etməyə imkan verir. Bununla bərabər respublikanın müxtəlif rayonlarının iqlim şəraitlərinə tətbiqə uyğun tökmə asfaltbeton istifadə edildikdə onun tətbiq olunma xüsusiyyətləri əhəmiyyətli dəqiqləşdirilməlidir və xüsusən, ilk növbədə bu bitumların və mineral materialların seçilməsinə, həmçinin asfaltbetonun uyğun tərkibinin layihələndirilməsinə aiddir.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin