Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


QURAQLIQ RAYONLARINDA AVTOMOBİL YOLLARININ LAYİHƏLƏNDİRİLMƏSİ



Yüklə 0,9 Mb.
səhifə30/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   26   27   28   29   30   31   32   33   ...   43
Avtomobil yollarının müasir problemləri

QURAQLIQ RAYONLARINDA AVTOMOBİL
YOLLARININ LAYİHƏLƏNDİRİLMƏSİ

Quraqlıq rayonlarında yolun layihələndirilməsinin öz xüsusiyyəti vardır. Adətən yolu keçdikdə onu şoran torpaqlarda, süni suvarma rayonlarında və qumsal rayonlarda onun istiqamətinin necə çəkmək lazım gəlməsi məsələləri ortaya çıxır.

Qumsal rayonlarında avtomobil yollarının layihələndirilməsi.

Qum səhralarının iqlim və relyef xüsusiyyətləri üçün tikinti və istismar şəraitini nisbətən çətinləşdirir. Qum səhralarının relyefi dayanıqsız olur. Küləyin sürətinə qədər böyük olarsa o sıra hissəciklərin yerini dəyişdirir. Külək vasitəsilə yerini dəyişən hissəciklər sakit olan yerlərə yığılır. Belə qumlara hərəkət edici qumlar deyilir. Onların yüksəkliyi artdıqca qumun yerdəyişmə sürəti azalır.

Qum səhraları relyef formalarına görə barxanlar, barxan zəncirinə, qum pillələrinə pilləvarı qumlara (nərdivanvari) və burucu qumlara ayrılırlar. Barxanlar tək və yaxud qrup halında hündürlüyü 3- 5 m eni isə 100 m olan qum təpələrinə deyilir.

Onların forması buynuzlu ay formasında olub külək istiqamətində olur. Küləklənmiş meylli yamacların (qumun dənələrinin böyüklüyündən asılı olaraq) mailliyi 1:3-1:5 nisbətində olur, küləklənmiş olan yamaclarda isə 1:1 nisbətində.

Bəzi rayonlarda il ərzində əsas küləyin əsmə istiqaməti iki dəfə dəyişdikdə (qışda bir istiqamətdə, yayda isə əksinə) hərəkət edən qumlarda barxan zənciri yaranır. Onlar küləyin əsmə istiqamətinə perpendikulyar yerləşir. Üst səthdə eni 10-12 m və çox uzunluğu isə 2 km-ə qədər olur. Barxan zəncirlərinin yüksəkliyindən asılı olaraq onlar arasındakı məsafə 10-15 m dən 150 m-ə qədər olur. Pilləvari qumlar küləyin əsmə istiqamətində yerləşir, uzunluqları 2-3 km, bir birindən eyni məsafədə 150-200 m yerləşirlər.

Buruqlu qumlar müxtəlif formada olub bitki qatı ilə möhkəmlənmiş qumlardır. Hündürlükləri 6-8 m-­dən çox olmur. Onlar bir qədər az hərəkət etmə xüsusiyyətinə malikdir. Tikinti dövrü bitki qatı götürdüyü üçün belə qum yığımı yenidən hərəkət etmə xüsusiyyətinə malik olur. Qumun yerdəyişməsinin miqdarı küləyin enerjisindən asılıdır. Küləyin enerjisi sürətin kvadratı ilə düz mütənasibdir. Buna görə də qumun günəş vasitəsilə yerdəyişməsini qiymətləndirmə «qızıl gül dinamikasını» qurut onu analiz edirlər.

Yolu layihələndirdikdə hərəkət edici qumlar sahəsindən kənardan keçmək məsləhətdir. Yolun istiqamətini hərəkət edici qumlara paralel çəkdikdə yol həmişə qum basqınlarına məruz qalır, ona görə barxan zəncirlərinin təhkim zolağına yaxın hissəsi möhkəmləndirilməlidir. Yuxarıda qeyd etdiyimiz qum yığımları ilə yol kəsişdikdə onun istiqamətini alçaq sahələrdən keçirmək məsləhətdir, baxmayaraq ki, qazma və yüksək tökmələr lazım gəlir. Yolun trassasını həmişə qum təplərindən, onların yüksəkliyindən iki dəfə çox olan məsafədən keçirmək lazımdır. Yolun torpaq yatağını işçi yüksəkliyi 0,5-0,6 m qiymətində, yamacın mailliyini isə 1:4-1:5 nisbətində düzəldirlər. Kiçik barxan qumunda düzəldilmiş yolların mailliyini 1:2 nisbətində düzəldirlər. Tökmənin hündürlüyü 2 m-ə qədər olan I kateqoriyalı yollarda yamacın mailliyini 1:3 düzəldirlər. Qazmalarını isə 1:2 yerin şəraitindən asılı olaraq yamacları, tökmə və qazmaların çiynini əlaqəli qruntlarla möhkəmləndirirlər. Bundan başqa yapışdırıcı maddələrlə işlənmiş qruntlarala, xüsusi ara məsafələrlə, kollarla və ağac qolları ilə möhkəmləndirirlər.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin