Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


YOL ÖRTÜYÜNÜN QIŞDA SÜRÜŞKƏNLİYİNƏ QARŞI MÜBARİZƏ



Yüklə 0,9 Mb.
səhifə28/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   24   25   26   27   28   29   30   31   ...   43
Avtomobil yollarının müasir problemləri

YOL ÖRTÜYÜNÜN QIŞDA SÜRÜŞKƏNLİYİNƏ QARŞI MÜBARİZƏ
Əvvəlki dərslərdən məlum olduğu kimi avtomobil yolları müxtəlif iqlim şəraitində istismar olunur, iqlim şəraitinin fəsillər üzrə dəyişməsi uyğun olaraq avtomobil yolları üzrə hərəkət rejiminin də dəiyşməsinə səbəb olur. Avtomobil yolları üzrə hərəkət xüsusilə ilin qış fəslində daha da pisləşir. Belə ki, yaz və payız fəsilləri əsasən yağış yağması ilə xarakterikdir. Nəticədə islanmış, yaş yol, örtüyü üzrə hərəkət ilişmənin azalması hesabına bir qədər çətinləşir. Bu da hərəkət sürətinin aşağı düşməsi ilə müşayiət olunur. Lakin qış fəslində qar yağması nəticəsində ilişmə tamamilə pisləşir. Bəzi hallarda yolların örtüyü buz bağlayaraq sürüşkən səth yaranır. Bütün bunlar avtomobilin normal hərəkət rejimini pozur və yol nəqliyyat hadisələrinin sayının artmasına səbəb olur. Təsadüfi deyil ki, zəncirvari yol nəqliyyat hadisəsi, yəni bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi məhz yolun sürüşkən sahələrində baş verir. Belə ki, tormozlama zamanı avtomobilin, tormozlamadan sonra sürüşməsi davam edir və hərəkət intervalı qorunmadıqda arxadan zərbə və ya yandan toqquşma hadisələri baş verir. Yolun sürüşkənliyi nəticəsində bu hadisədə bir neçə nəqliyyat vasitəsi iştirak edə bilir.

Ən təhlükəli şərait yol örtüyünün buz bağlanması halıdır. Gündüz qar əriməsi nəticəsində qar örtüyünün üzərində müəyyən qalınlıqda su yığılır. Sutkanın gecə vaxtı temperaturun aşağı düşməsi nəticəsində həmin su qatı donur və yol örtüyünün üzərində müəyyən qalınlıqda buz qatının əmələ gətirir. Nəticədə həmin buz qatı üzrə nəqliyyat vasitəsinin hərəkəti praktiki olaraq mümkün olmur. Ona görə də ilin qış fəslində yol örtüyünün sürüşkənliyinin aradan qaldırılması və bununla bağlı YNH-in sayının azaldılması üçün bir sıra tədbirlər. Belə ki, sürüşkən örtüyün üzərinə qazanxana tullantılarının, daş kömür tozunun və qumun tökülməsi sürüşkənliyi azaldır, demək olar ki, tamamilə aradan qaldırır. Yuxarıda qeyd olunan maddələr avtomobil təkəri ilə yol örtüyünün ilişməsini, yaxşılaşdırır və nəticədə avtomobilin hərəkət şəraiti sürüşkən örtük üzrə yaxşılaşır. Bu maddələr həmçinin buz qatının tez əriməsinə səbəb olur.

Sürüşkənliklə əlaqədar olaraq istifadə olunan tədbirlərdən biri də zəncirlərin və ya müxtəlif növ kanatların tətbiqidir. Zəncirlər və ya kanatlar avtomobilin təkərlərinə elə bağlanır ki, onlar yol ilə ilişməni yaxşı təmin etsinlər. Nəticədə avtomobilin hərəkət şəraiti yaxşılaşır.

Qışda sürüşkənlik vaxtı istifadə olunan metodlardan biri də tikanlı şinlərdən istifadə etməkdir. Bu şinlər yol örtüyü ilə ilişmənin yaxşılaşmasına səbəb olur. Nəticədə avtomobilin bu və ya digər istiqamətdə sürüşməsinin qarşısı alınır.

Dərin izlərə və incə naxışlara malik protektorlu şinlərin tətbiqi də sürüşkənliyi aradan qaldırır. Həmçinin təkərin daxili təzyiqi bu zaman azaldılmalıdır. Çünki belə halda təkərlə yolun kontakt müstəvisinin sahəsi artır və nəticədə ilişmə yaxşılaşaraq, avtomobilin hərəkət rejimi qənaətbəxş olur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin