Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ



Yüklə 0,9 Mb.
səhifə24/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   20   21   22   23   24   25   26   27   ...   43
Avtomobil yollarının müasir problemləri

AVTOMOBİL MAQİSTRALLARI

Avtomobil magistralları uzaq məsafələrə intensiv sərnişin və yük daşımaları üçün nəzərdə tutulur. Avtomagistrallarda sürət yüksək olur. Bu tam təkmilləşdirilmiş və yüksək maya dəyərinə malik yollardır.







Bu yollar ölkənin yol şəbəkəsinin əsasını təşkil edir. Lakin onların uzunluğu respublikanın ümumi yol şəbəkəsinin az hissəsini təşkil edir. BMT-nin iqtisadi komissiyaları tərəfindən Avropa, Asiya və Afrikanı birləşdirən beynəlxalq avtomobil magistralları şəbəkəsinin layihələri işlənmişdir. Bunların bir hissəsi demək olar ki, həyata keçirilmişdir. Bu layihəyə görə yuxarıda göstərilən qitələrin ölkələrinin hamısı öz arasında avtomobil yolları ilə birləşməlidir.

Magistrallar üçün mütləq tələblər aşağıdakılardır: qarşıdan gələn avtomobil axını üçün sərbəst hərəkət hissəsinin ayrılması, eyni səviyyədə kəsişmələrin olmaması, yola çıxan və yoldan çıxan avtomobilləri əsas axının hərəkət rejiminə az təsiri, magistral üzrə aşağı sürətli nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin qadağan olması.

Avtomobil magistrallarını bir-birindən ayırıcı zolaqla ayrılmış iki hərəkət hissəsi kimi tikirlər. Hər bir hərəkət hissəsi bir istiqamətli hərəkət üçün nəzərdə tutulur və ötmə imkanını nəzərdə tutur. Ona görə də bir hərəkət hissəsi ən azı iki zolağa malik olmalıdır. Dağlıq (təpəlik) yerlərdə maili dağ sahələrində müxtəlif istiqamətli hərəkət üçün hərəkət hissələrinin bir-birinə nəzərən müxtəlif səviyyədə tikirlər. Yəni bir hərəkət hissəsini digərinə nəzərən sürüşdürürlər. Bu da torpaq işlərinin həcmini azaldır.

Müasir avtomagistralların mütləq elementi ayrıcı zolaqdır. Avtomobillər bu zolağa çıxa və onu kəsə bilməzlər. Ayrıcı zolağın enini 4-5 m edirlər ki, bu da qarşıdakı avtomobilin sürücüyə etdiyi psixoloji təsirin aradan qaldırılması üçün kifayətdir. Bəzən ayrıcı zolağı 13-15 m nəzərdə tuturlar. Bu da sonralar hər bir hərəkət hissəsinə bir zolağın əlavə edilməsinə imkan verir. Enli ayrıcı zolaq praktiki olaraq qarşı-qarşıya gələn avtomobillərin toqquşmasını aradan qaldırır.

Avtomobil magistrallarında çiyinlər möhkəmləndirilir. Onlara çıxış üçün yalnız nasaz avtomobillərə icazə verilir ki, texniki yardımı gözləsinlər. Sürücü və sərnişinlərin istirahəti üçün avtomaqisrallardan kənarda istirahət meydançaları nəzərdə tutulur. Avtomaqisrallarda virajların konstruksiyası mürəkkəbdir. Belə ki, bir hərəkət hissəsindən suayırıcı zolağa axır və yeraltı suötürücülərlə onu kənarlaşdırmaq lazımdır.

Avtomobil magistrallarının uzununa profilini səlis layihələndirirlər və maillik bu zaman 30-40% -i keçməməlidir.

Avtomagistrallar uzaq məsafələrə daşımaları həyata keçirdiyi üçün onlar boyunca yanacaq doldurma stansiyaları, texniki xidmət məntəqələri, yeməkxanalar, mehmanxanalar nəzərdə tutulur. Ayrıcı zolaqda yaxud yol çiynində 1-2 km-dən bir telefonlar quraşdırılmalıdır ki, bu da texniki və tibbi yardımı çağırmağa xidmət edir.







Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin