Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ



Yüklə 0,9 Mb.
səhifə22/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   18   19   20   21   22   23   24   25   ...   43
Avtomobil yollarının müasir problemləri

DAĞ YOLLARI
Dağ rayonlarında yolların çəkilməsini və avtomobil nəqliyyatının istismarını çətinləşdirən bəzi amilləri nəzərə almaq lazımdır: yerin böyük mailliyi, yolun mailliyinin mövcud buraxıla bilən qiymətdən yuxarı olması, kiçik radiuslu dairəvi yolların tikilməsini, məcbur edən kəskin dəyişgənliyə malik relyef, böyük hündürlüklər fərqinin də olunması lazımlığı, yolun ayrı-ayrı hissələrinin iqlim şəraitinin müxtəlifliyi.

Dağ rayonlardakı yollar üçün vadi gedişləri və aşırım sahələri xarakteridir.

Vadi gedişləri, yol dağlıq yerə çay vadisi boyunca yəni ona paralel çıxdıqda mümkündür. Vadi gedişində yolun uzununa profilinin mailliyi çox böyük olmur. Belə ki, bu maillik çayın mailliyinə uyğun gəlir. Lakin belə yollar çoxlu kiçik radiuslu əyrilərə malik olur və kəskin döngələrdə 30-40 m təşkil edir. Bu da görünməni pisləşdirir. Çay vadisinə tökülən su axarlarla kəsişmədə çoxlu miqdarda kiçik körpülərin tikilməsi və boruların qoyulması lazımdır. Dağ yolların çəkilişi zamanı böyük mailliyə görə torpaq qatının eni az olur. (Qayalarda aparılan işləri çətinliyinə və tarazlığın pozulmasına görə).

Torpaq qatının tökülmüş hissəsinin sürüşməsinin qarşısını almaq üçün həmçinin qazmalarda istifadə olunan zəif daş tökmələrini möhkəmləndirmək üçün daş və ya dəmir betondan hazırlanan istinad divarlarının qurulması lazımdır.





Ətəyin kəsilməsi


Yaz və payız dövründə rütubətin artması nəticəsində torpaq sürüşmələri, dağ rayonlarında daha çox olur ki, bu da yolların tamamilə yaxud qismən sıradan çıxmasına səbəb olur.

Dağ yolların uzununa mailliyin sərtliyini azaltmaq üçün dağ ətəyi boyunca dairəvi yollar salınır. Bu da yolun uzunluğunu bir neçə kilometr artırır. Bir neçə yüz metr sahədə



maillik hətta 100%-ə çatır. Yolu buraxıla bilən maillik üzrə tikmək üçün aşırım sahələrdə süni şəkildə onun uzunluğu artırılır və ziqzaq şəkilli inkişaf metodu tətbiq olunur. Trassa döngələrində xəttin (yol xəttinin) inkişafı zamanı ətək boyunca mürəkkəb əyrilər qururlar.
Bunlar serpantinlərdir. Serpantinin əsas əyrisinin radiusu 30-50 m-i keçmir. Ona görə sürəti 15-20 km/saata qədər azaltmaq lazım gəlir. Bu da yolun istismar keyfiyyətini pisləşdirir. Serpantinlər avtoqatarların buraxılması və uzun ölçülü yüklərin daşınması üçün rahat deyil, çox narahatdır.


Avtomobillərin dağlıq rayonlarda istismar şəraiti xoşagəlməzdir. Yanacaq sərfiyatı artır. Dağ rayonlarında şinlərin aşınması bir neçə dəfə normadan artıq olur. Buna səbəb uzun enişlərdə və yoxuşlarda yüklənmənin artıq olması, yüklənmənin oxlar arasında paylanmasının kəskin dəyişməsi və s.

Dağ yollarında qəza girişlərinin olması əhəmiyyətə malikdir. Uzun enişlərədə bəzi hallarda tormozların imtinaları baş verir. Ona görə əgər şərait və relyef imkan verərsə qəza girişlərinin olması lazımdır.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin