Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


SUTKANIN QARANLIQ VAXTI YOLLARIN İŞIQLANDIRILMASI



Yüklə 0,9 Mb.
səhifə19/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   15   16   17   18   19   20   21   22   ...   43
Avtomobil yollarının müasir problemləri

SUTKANIN QARANLIQ VAXTI YOLLARIN İŞIQLANDIRILMASI

VƏ HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ
Sutkanın qaranlıq vaxtının müddəti dekabrda 15-16 saata çatır. Yük daşımalarının gecə vaxtı da yerinə yetirilməsi həyata keçirilir. Bundan başqa əhalinin adi gedişləri də sutkanın qaranlıq vaxtı mövcuddur. Ona görə də faraların işığında işləmək yəni avtomobillərin faraların işığında hərəkəti tamamilə qanunauyğundur. Bu, həm yolların layihələndirilməsi zamanı, həm də avtomobilin layihələndirilməsi zamanı nəzərə alınmalıdır.

Avtomobilin hərəkətin təhlükəsizliyi sutkanın qaranlıq vaxtı aşağı düşür. Avtomobil magistrallarında qaranlıq vaxtı sürətin aşağı və . intensivliyin az olmasına baxmayaraq yol-nəqliyyat hadisələri təqribən gündüz baş verən yol-nəqliyyat hadisələri qədər olur, (baxmayaraq ki, gündüz magistrallardca sürət yüksək, intensivlik isə böyük olur). Buna səbəb odur ki, müasir faralarda yolların işıqlandırma səviyyəsi qənaətbəxş deyil. Bu da verilmiş yolda hesabı sürətlə avtomobilin hərəkət sürəti müqayisədə az dəyişir. Bu azalma 5-7km/saat təşkil edir.

Müasir faraların konstruksiyası korlanma ilə mübarizə üçün qurğuları nəzərdə tutmur. Bunun üçün faralarda və külək şüşəsində kolaroidlərin tətbiqi müsbət nəticə verir. Müasir kalaroidlər az parlaqlığa malikdir və işığın udulması əmsalı böyükdür.

Yolların süni işıqlandırılması qurğuları yol- ı, nəqliyyat hadisələrini 25-35% azaldır. Lakin bunlar yüksək maya dəyərinə malikdir. Onun dəyəri ümumi yolun dəyərinin 5-6%-ni təşkil edir (dirəklər, kabel, işıq). 10 000 avt/sut-dan yuxarı intensivlikli yollarda bunlar öz dəyərini çıxarırlar. Ona görə də yaşayış məntəqələrindəki yolları, avtobus dayanacaqlarını, yol kəsişmələrini işıqlandırma zəruridir.

Yolların işıqlandırmasına tələbat, sürücünün avtomobildən kifayət qədər olan məsafədə maneəni görməsi və yol örtüyü fonunda onun siluet görünüşündə qavraması şərtindən qoyulur. Bu maneəni 1.5-21 к (lüks) işıqlanmasını tələb edir. Qara maneələr üçün asfalt beton örtüklərdə 3.5-21 к işıqlanma lazımdır.

Görmə yolda olan maneənin ölçüsündən, onun rənginin aydınlığından və örtüyün rəngindən asılıdır. Sement beton örtüklərdə maneə yaxşı görünür və sement-beton örtüyün açıq rəngi ilə çiynin qara rəngi arasındakı fərq qaranlıq vaxtı hərəkətin təhlükəsizliyini artırır. Bu yolların təzə tikilməsi zamanı belə olur. Sonralar örtüyün çirklənməsi ilə əlaqədar örtüklə çiyin eyni rəng alır. Bu da təhlükəni artırır. Ona görə də örtüyün sərhədinin görünməsini yaxşılaşdırmaq üçün lazımi xüsusi tədbirlərin görülməsi məqsədə uyğundur.

Sutkanın qaranlıq vaxtı hərəkətin təhlükəsizliyinin artırılmasına siqnal dirəklərinə yapışdırılmış işıqqaytarıcı plyonkalar, örtüyə çəkilmiş nişanlanma xətləri kömək edir, işıqqaytarıcıların rənginin və formasının müxtəlifliyi sürücülərə əyrinin istiqaməti üzrə düzgün içtiqamətləndirilməsinə kömək edir.

Fara işığında maneənin görünməsi onların hündürlüyünün azalması ilə azalır. Məs. 1,5 m hündürlükdə maneə 100-110 m məsafədən görünür, 0,5 m hündürlüklü maneə 50-60 m məsafədən görünür.

Yollarda süni işıqlandırma qurğuları zamanı işıqlandırma norması hərəkət intensivliyindən asılı olaraq qəbul olunur.

Süni işıqlandırma üçün xüsusi elektrik lampalarından istifadə olunur. Onların daxili qaytarıcıları vasitəsilə işıq sualları yol boyunca konsentrasiya olunur. İşıqlandırıcıların sayı və quraşdırma yeri işıq texnikası metoduna əsasən təyin olunur və onlar elə yerləşməlidir ki, örtük bərabər şəkildə işıqlansın və aydın ləkələrlə qaranlıq sahələrin növbələnməsi olmasın.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin