Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


YOLLARIN QAR ÖRTÜYÜNDƏN MÜHAFİZƏSİ



Yüklə 0,9 Mb.
səhifə27/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   23   24   25   26   27   28   29   30   ...   43
Avtomobil yollarının müasir problemləri

YOLLARIN QAR ÖRTÜYÜNDƏN MÜHAFİZƏSİ
Yolların layihələndirilməsi üçün inşaat norma və qaydaları yaxşı hava şəraitini nəzərə alaraq yolun elementlərinə tələblər qoyur. Layihələndirmə zamanı belə qəbul olunur ki, yol örtüyü təmizdir və zəif rütubətli vəziyyətdə yerləşir. Görünmə atmosfer şəraitindən və meteoroloji şəraitdən asılı olaraq məhdudlaşmır. Bu göstəricilər sutkanın gündüz yəni sutkanın işıqlı vaxtına və yaya fəslinə uyğun gəlir.

Lakin real şəraitdə avtomobilin yaz, payız və qış fəsillərində də istismarı mövcuddur və həmin fəsillərdə yağıntının miqdarı çox olur. Belə ki, bu fəsillərdə yollar çirkli, yaş olur. Qış fəsillərində isə qar yağması nəticəsində yolların örtüyü qarla örtülü olur. Belə bir vəziyyət uzun müddət davam edir. Nəticədə hərəkət (şəraiti) üçün çox pis şərait yaranır. Şinlərin yol örtüyü ilə ilişməsinin pisləşməsi nəticəsində ilişmə əmsalı aşağı düşür. Tormoz yolunun uzunluğu artır.

Qışda qar yağması, meteoroloji görünməni pisləşdirir. Nəticədə həm görünmənin pisləşməsi nəticəsində və həm də ilişmənin pisləşməsi nəticəsində hərəkət tərkibinin sürəti aşağı düşür və yolun buraxma qabiliyyəti aşağı düşür. Yolun buraxma qabiliyyətinin aşağı düşməsi daşıma prosesinə mənfi təsir göstərir.

Yollarda qar örtüyünün mövcudluğu ilə əlaqədar olaraq hərəkət rejimi kəskin dəyişir. Sürətin və ilişmə əmsalının aşağı düşməsi hesabına axında avtomobillər arası məsafə artır.

Qar örtüyünün mövcudluğu şəraitində ilişmənin pisləşməsi nəticəsində nisbi sürət, nisbi buraxma qabiliyyəti quru örtüklə müqayisədə aşağıdakı kimi dəyişir.


Nisbi süərt azalması (dəfə)

1,0

0,6

Nisbi buraxma qabiliyyəti (dəfə)

1,0

0,7-0,8

örtük

quru

qar

Meteoroloji görünmə qar yağıntısı zamanı 200 m təşkil edir: adi, təmiz havada bu göstərici 700 m-dir.

Yolların qar örtüyündən mühafizəsi üçün bir sıra tədbirlər görülür. Bu tədbirlərdən bilavasitə yerinə yetiriləni, yolların üzərindən qar örtüyünün müxtəlif maşın və mexanizmlərlə yığılmasıdır. Qar örtüyü yol səthindən kənara, çiyin üzərinə yığılır. Oradan əriyərək yan ötürücü kanallar vasitəsilə kənarlaşdırılır. Yaxud qar örtüyü daha çox olduqda onlar müəyyən məsafədən bir yerə yığılır və özüboşaldan avtomobillərə yüklənərək kənara daşınır.

Yolların qar örtüyündən mühafizəsi üçün birbaşa yolun kənarında hündür ağaclardan ibarət meşə zolağı salınır. Bu zolaq yolun hər iki tərəfindən s. alınır. Meşə zolağı yol örtüyünə qarın miqdarını qismən azaldır. Həm də sürücülərə istiqamətləndirmək üçün yaxşı psixoloji təsir göstərir.





Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin