Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


ƏYRİXƏTLİ SAHƏLƏRDƏ YOLUN HƏRƏKƏT HİSSƏSİNİN GENİŞLƏNDİRİLMƏSİ



Yüklə 0,9 Mb.
səhifə29/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   25   26   27   28   29   30   31   32   ...   43
Avtomobil yollarının müasir problemləri

ƏYRİXƏTLİ SAHƏLƏRDƏ YOLUN HƏRƏKƏT
HİSSƏSİNİN GENİŞLƏNDİRİLMƏSİ

Kiçik radiuslu əyrixətli sahələrdə mobil hərəkət edərkən onun qabaq və arxa oxlarının təkərləri özünə məxsus trayektoriya ilə hərəkət edirlər. Avtomobilin əyrinin mərkəzinə tərəf olan təkəri (daxili təkər) ən kiçik radiuslu əyri ilə, qabaq xarici təkər isə ən böyük radiuslu əyri ilə hərəkət edir. Ona görə də əyrixətli sahələrdə avtomobilin hərəkəti üçün tələb olunan hərəkət dəhlizinin (koridorunun) eni düzxətli sahələrdə hərəkətinə nisbətən daha çox olur. Göstərilən səbəblərdən kiçik radiuslu əyrilərdə yolun hərəkət hissəsinin genişləndirilməsi tələb olunur.

Əgər hesab etsək ki, ən sadə halda əyrixətli sahə çevrə əyrisi boyuncadır, onda yolun hərəkət hissəsinin genişləndirilməsinin təyini sxemi aşağıdakı kimi olacaq.

Şəkil 1. Planda əyrilərdə hərəkət zolağının genişləndirilməsinin təyini sxemi

Burada l-avtomobilin qabaq bampirindən arxa oxa qədər olan məsafə, metr;

R-çevrə əyrisinin radiusudur, metrdir.


Şəkildən ∆ ABC və ∆ BCD-nin oxşarlığından yaza bilərik

və ya .

mötərzədəki AC-2R-Ə nisbətən çox kiçik olduğundan onu nəzərdən atmaq olar. Onda bir hərəkət zolağı üçün əyrinin tələb olunan genişləndirilməsinin aşağıdakı kimi təyin edilər.



Göstərilən ifadə hərəkət sürətinin kiçik olduğu halda özünü doğruldur. Çünki, real şəraitlərdə lazımi genişləndirmənin eni avtomobilin sürətindən asılı olur. Bu məqsədlə aparılmış tədqiqatların nəticələrinə əsasən lazımi genişləndirmənin eninin sürətdən və hərəkət zolaqlarının sayından asılı olan aşağıdakı düsturu təklif olunmuşdur.



burada v - hərəkət sürəti (km/saat); n-hərəkət zolağlarının sayıdır.

İN və Q-na görə iki zolaqlı yollarda əyrinin radiusu 1000 m-dən az olduqda avtoqatarların buraxılabilən uzunluqlarını məhdudlaşdırmaq şərtilə hərəkət hissəsinin genişləndirilməsi tələb olunur. Bu genişləndirmənin qiymətləri aşağıdakı cədvəldə göstərilmişdir.

Cədvəl



Plandakı

əyrinin


radiusu,

metr


Lazımi genişləndirmənin eni, ∆ (metr)

Avtomobil və avtomobil qatarları üçün qabaq bamperdən arxa oxa qədər olan məsafə, metr

Avtomobillər < 7,0 Avtoqatarlar < 11

13

15

18

1000

-

-

-

0,4

850

-

0,4

0,4

0,5

650

0,4

0,5

0,5

0,7

575

0,5

0,6

0,6

0,8

425

0,5

0,7

0,7

0,9

325

0,6

0,8

0,9

1,1

225

0,8

1,0

1,0

1,5

140

0,9

1,4

1,5

2,2

95

1,1

1,8

2,0

3,0

80

1,2

2,0

2,3

3,5

70

1,3

2,2

2,5

-

60

1,4

2,8

3,0

-

50

1,5

3,0

3,5

-

40

1,8

3,5

-

-

30

2,2

-

-

-

Genişləndirmə adətən hərəkət hissəsinin daxili tərəfinə çiyinlərin eni hesabına həyata keçirilir. Bu zaman çiyinin yerdə qalan hissəsinin eni I və II kateqoriyalı yollarda 1,5 m-dən digər bütün kateqoriyalı yollarda isə 1,0 metrdən az olmalıdır. Çevrə əyrisi hüdudunda genişləndirmə sabit olub keçid əyrisi boyunca tədricən azaldılır. Dağlıq yerlərdə müstəsna hallarda genişləndirməni xarici yamacın hesabına həyata keçiririlər.

ƏSAS ANLAYIŞLAR VƏ TƏRİFLƏR

“Avtomobil yollan” fənnindən daha çox rast gələcəyimiz məfhumlar və onların mənası aşağıda verilmişdir.



  1. Avtomobil yolu - yol qaydalarına, dövlət standartlarına və digər normativ - hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik sürəti tənzimlənən avtomobil nəqliyyatı vasitələrinin bütün il boyu fasiləsiz, təhlükəsiz və rahat hərəkətini təmin edən konstruksiyalar və mühəndis qurğular sistemidir;

  2. Yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayrıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər).

  3. Yolun çiyini - yolun hərəkət hissəsində hərəkətin kənar zolağı və ya kənar zolaqları, yaxud velosiped zolaqları müəyyən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərə tutulduqda, “yolun çiyini” digər yol istifadəçiləri üçün yolun qalan hissəsinin kənarıdır.

  4. Yol geyimi - torpaq yatağı üzərində yerləşən və avtomobil nəqliyyatı vasitələrinin yola təsirindən meydana gələn gərginliklərin torpaq yatağına ötürülməsini təmin edən, yol örtüyü də daxil olmaqla bir və ya çox laylı möhkəm və dayanıqlı monolit konstruksiyadır.

  5. Torpaq yatağı - yol geyiminin konstruktiv laylarının və yolun digər elementlərinin yol zolağında səmərəli və dayanıqlı yerləşdirilməsini təmin edən qrunt tərkibli konstruksiyadır.

  6. Ayrıcı zolaq - yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin, piyadaların hərəkəti və ya dayanması üçün nəzərdə tutulmayan hissəsidir.

  7. Hərəkət zolağı - yolun hərəkət hissəsinin nişanlanma xətti vasitəsilə bölünmüş, eni avtomobillərin bir sırada hərəkəti üçün kifayət edən hər hansı uzununa zolağıdır.

  8. Yol qurğuları- yolda hərəkətin fasiləsizliyini və təhlükəsizliyini, habelə yoldan istifadə edənlərə xidmət göstərilməsini təmin edən zəruri keçidlər, tikililər və avadanlıqlar;

  9. Yol fəaliyyəti - yolların yaradılması, inkişafı, saxlanılması və idarə edilməsi məqsədilə həyata keçilən fəaliyyət növlərinin məcmusudur;

  10. Avtomobil yollarının - müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi-tədqiqat, layihə-axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılmasıdır;

  11. Avtomobil yolları şəbəkəsi - müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemidir;

  12. Hərəkət intensivliyi (şiddəti) - vahid zaman ərzində yoldan və ya onun hər hansı bir hissəsindən bir və ya hər iki istiqamətdə keçən avtomobil nəqliyyatı vasitələrinin sayıdır.

  13. Yolun buraxma qabiliyyəti - yolun və ya onun hər hansı bir hissəsinin vahid zaman ərzində müəyyən edilmiş sürətli və təhlükəsizliyi təmin etməklə keçirə biləcəyi avtomobil nəqliyyatı vasitələrinin sayıdır;

  14. Avtomagistral - müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək buraxma qabiliyyətinə və ayrıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan avtomobil yoludur;

  15. Avtomobil yolunun istifadəçiləri - öz ehtiyaclarını ödəmək və ya başqalarına xidmət göstərmək məqsədilə avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin mülkiyyətçiləri, sürücülər və piyadalardır;

ŞORAN TORPAQLARDA AVTOMOBİL YOLLARININ LAYİHƏLƏNDİRİLMƏSİ

Qruntun üst bir metrlik hissəsində tez əriyən duzların (Na, Ca və Mg) kütləsi 0,3%-dən çox olmayan torpaqlara şoran torpaqlar deyilir. Keçmiş SSRİ ərazisinin 3,4%-ni şoran torpaqlar tutur.

Əgər torpaqda 1-2 m dərinliyə qədər olan qatda tez əriyən duzların faizi azad halda 1%- dən çox olarsa belə torpaqlar şoran torpaqlar adlanır. Belə torpaqların əmələ gəlməsinə səbəb kapillyar borular vasitəsilə duzların üst hissədə yığılmasıdır, ilin nəmli vaxtlarında atmosfer çöküntüləri yalnız üst laylarda olan çox tez əriyən duzları yuyub dərin qatlara aparır, qalan duzlar isə yuxarı qatlarda qalıb akkumulyasiya olunur. Bəzi hallarda onların çox olması nəticəsində, onlar torpağın üst səthinə çıxır.

Qeyd etmək lazımdır ki, SSRİ üzrə şoran torpağların paylanmasının sxematik xəritəsi verilmişdir.

Şoran torpaqlarda yolu layihələndirdikdə əsas fikri ona vermək lazımdır ki, tez əriyən duzlar yol geyimlərinin möhkəmliyinə, pis təsir göstərir. Buna görə yolun trassasını mümkün qədər belə yerlərin kənarından keçirmək məsləhət görülür.

Xlorlu duzlar NaCI, CaCI, GgCI kiçik miqdarda olduqda (3%-ə qədər) qruntun möhkəmliyini süni sürətdə artır. Əgər onların miqdarı 8-10%-dən çox olarsa onda torpaq yatağı dayanıqsız olur.

Na2S04, MgS04 əridən duzların miqdarı 2- 5% olarsa qruntu möhkəmləndirmək mümkün olmur.

Qrunt suları dərin qatlarda yerləşdikdə yolun geyimini tikintisi adi qaydada aparılır, lakin burada yol geyiminin alt sərhədini normativ buraxıla bilən hündürlükdən bir qədər artıq götürürlər (adətən 20%-dən çox). Əgər həmin hündürlüyü əldə etmək mümkün olmursa, onda qalınlığı 15-20 sm olan çınqıl və qırmadaş layı düzəldirlər.

Orta və möhkəm şoran torpaqlarda suyun torpaq yatağına təsirini ləğv etmək üçün xüsusi tədbirlər yerinə yetirilir. Ehtiyatda onun kənarı boyunca suyu kənar etmək üçün xüsusi lotoklara düzməlidirlər.

Bu mümkün olmadıqda tökmənin dabanında eni 1-2 m olan fermalar düzəldirlər.

Yan ehtiyatdan düzəldilmiş tökmələrin yamaclarının mailliyini l-lll kateqoriyalı yollarda tökmənin hündürlüyü 2m-ə qədər olduqda 1:4 nisbətində düzəldirlər. Orta və möhkəm duzlu qruntlarda isə 1:2 nisbətdə. Yol tikintisi üçün şoran torpaqlara nisbətən ən əlverişli qruntlar salancaklardır (salancak - tərkibində gil hissəcikləri olan qruntlar) ki, onlar 50 sm-dən çox dərinlikdə yerləşirlər və tərkiblərində tez əriyən duzlar (xloru və kükürdlü natriumlar) mövcuddur. Onların çatışmayan cəhəti odur ki, su təsirindən şişmə prosesinə uğrayırlar. Bunlardan möhkəm tipli yol örtüklərinin tikintisində istifadə olunur. Belə qrunlardakı düzəldilmiş yamaqlar çox dayanıqsız olur və sürüşmə prosesinə məruz qalır.

Beləliklə, yuxanda qeyd etdiklərimizi nəzərə alaraq müəyyən etmiş oluruq ki, şoran torpaqlarda yolun layihələndirilməsi mürəkkəb məsələdir. Buna görə də yolu layihələndirdikdə mümkün qədər belə torpaqların kənarından keçirmək lazımdır, bu mümkün olmadıqda, torpaq yatağının islanmasının qarşısını almaq üçün əlavə mühəndisi tədbirlər sistemi işlənməlidir ki , bu da yola əlavə vəsait qoyuluşunu tələb edir.

DAĞ RAYONLARINDA AVTOMOBİL YOLLARININ LAYİHƏLƏNDİRİLMƏSİ

Dağlıq yerlərdə dəmir yolu şəbəkəsi tikintisi çətin olduğu üçün daşımalar avtomobil yolları vasitəsilə yerinə yetirilir. Lakin belə yerlərdə yolların tikintisi çətin məsələlərin həlli ilə bağlıdır. Dağ yerləri qısa bir məsafədə çox dəyişkən olur. Dağ enişləri adətən dayanıqlı olmurlar və yol tikintisi vaxtı yamaqların müvazinəti pozulur, dağılma, uçma və sürüşməyə məruz qalır. Yolu tikdikdə qaya qruntlarında böyük həcmdə torpaq işləri görmək üçün partlayış üsulundan geniş istifadə olunur. Sərt yamaclarda torpaq yatağının dayanıqlığına təmin etmək üçün istinad divarları tikirlər. Sərt dağ relyefli yamaclarda yolu tökərkən çoxlu çay axınlarına və quru dərələri keçdikdə böyük miqdarda süni qurğuların tikintisi lazım gəlir. Dağ yerlərində daşqınlar olduqda sel axını vasitəsilə iri daşlar və qayalar gətirir ki, süni qurğuları qorumaq üçün müəyyən tədbirlər görmək lazımdır.

Dağ yerlərində yüksəklik boyunca hər 100m-də havanın temperaturu 0,5° aşağı düşür. Soyuq hava yamaclarında bağlı dərələrə doğru hərəkət edir.

Yüksəkliyə doğru havanın təzyiqi azalır. 10 m-­dən 17 m-ə qədər yüksəklik fərqində havanın təzyiqi 1mm civə sütunu qədər aşağı düşür. Bunun nəticəsində avtomobilin mühərrikində yanacaq tam yanmır və mühərrikin gücü azalır.

Hər 100 m-dən bir yüksəkliyə doğru qalxdıqca illik atmosfer çöküntülərinin miqdarı 40-60 mm artır.

Dağ yerlərində yolun trassasının seçilməsi əsas etibarı ilə (dağ silsilələrinin yerləşməsindən asılıdır) dağların döşlərinin və dərələrin yerləşməsindən asılıdır. Yolun bir dərədən o biri dərəyə keçməsi dağın eniş olan hissələri vasitəsilə dağ dərələri çaylarının kənarına çıxış vasitəsilə yerinə yetirilir. Məlumdur ki, hər bir dağ silsiləsinin arasında yorğanlar və dərələr yerləşir ki, bunlar da qayaların su ayırıcı hövzələri rolunu oynayır. Yolun bir hövzədən o biri hövzəyə keçməsi yalnız kiçik dağ silsiləsi, yəni yəhərvari sahələrində yerinə yetirilir.

Dağ yerlərində yolun trassasını əvvəlcə dağ çaylarının vadiləri boyunca yuxarıya doğru (çünki bu yerlərdə həmişə yaşayış məntəqələri cəmləşir) suyun axına istiqamətində, sonra isə yuxarıya dağ yamacları ilə yəhərvari sahələrə doğru istiqamətləndirirlər. Bu halda yolun uzunluq mailliyi buraxıla bilən qiymətdən çox alındığı üçün adətən dağ yerlərində serpantinlərdən istifadə olunur. Buna misal olaraq Ağsu perevalını göstərmək olar.

Serpantinləri layihələndirdikdə yamacların dayanıqlığı məsələsi ortaya çıxır. Dağın yüksəkliyi dəniz səviyyəsində 2000 m dən çox olduqda avtomobilin mühərrikinin gücü aşağı düşür. Buna görə də yüksək dağ yollarını çəkdikdə buraxıla bilən uzunluq mailliyini 10-20% azaltmaq məsləhət görülür. Yüksək dağlıq enişlərdə sərt qayalara rast gəldikdə (belə yerlər qar uçqunlarına həmişə məruz qaldığı üçün) tunel tikintisi nəzərdə tutulur. Tunelə girişi adətən qazmağa yerləşdirirlər. Tunelin dərinliyi 20-35 m olduqda qazmaları partlayış üsulu ilə yerinə yetirirlər. Tuneldə hərəkət hissəsinin enini 7-8 m götürürlər və bir tərəfində eni 1m olan səki düzəldirlər. Əgər piyadaların sayı 1000nəfər/saat -dan çox olarsa, onda iki tərəfdə səki düzəldilir. Tunelin hündürlüyünü körpülərdə olduğu kimi götürürlər və əlavə olaraq ventilyasiya üçün qurğu nəzərdə tutulur.

Tuneldə planda əyrilərin radiusu 250 m-dən az olmamalıdır. Uzunluq mailliyi isə (suyu kənar etmək məqsədilə 4 ‰- çox olmamalı. Tunelin uzunluğu 500 m-ə qədər olduqda bəzi hallarda uzunluq mailliyi 60%-ə qədər götürməyə icazə verilir. Uzunluğu 300 m-ə qədər olduqda birtərəfli maillik verilir, 300 m-dən çox olduqda isə tunelin ortasına doğru qalxmaqla iki maillik düzəldirlər. Tunelin uzunluğu 150 m-dən çox olduqda süni ventilyasiya qurğusu düzəldilməlidir. Bundan az olduqda avtomobillər hərəkəti nəticəsində hava dəyişir.

DAİMİ SUVARMA RAYONLARINDA AVTOMOBİL


YOLLARININ LAYİHƏLƏNDİRİLMƏSİ

Daimi suvarma rayonları quraqlıq rayonlarına aiddir. Bu rayonlarda atmosfer çöküntülərinin miqdarı il ərzində 100-200 mm-dən çox olmur. Adətən bu rəqəm ilin soyuq aylarında təşkil edir. Bu dövrlərdə qruntun nəmliyi müvəqqəti olaraq artır. Bundan başqa süni suvarma nəticəsində qrunt suları yerin səthinə daha yaxın yerləşir və nəticədə qruntun nəmliyi artır.

Əsas suvarma üsulu kimi yerüstü özü axıcı üsuldan istifadə olunur. Bu üsulda su nazik layla torpağa axır və onun tərkibinə daxil olur.

Müvəqqəti suvarma kanallarını suvarma dövründə düzəldirlər və başqa kənd təsərrüfatı işlərinin başlanması dövrünə qədər həmi işlər görünüb qurtarır.

Suvarma şəbəkəsi suvarma kanallarından, su yığıcı-buraxıcı və drenaj şəbəkələrindən təşkil olunur. Bunlar isə aşağıdakılardan ibartətdir:



  • magistral kanallar vasitəsilə suvarma şəbəkəsindən su suvarma kanallarına verilir;

-paylayıcı kanallar, bunlar suyu magistral kanallardan alıb təsərrüfatlar arasında bölüşdürür. Magistral kanallara yerləşmə məsafəsindən asılı olaraq bölüşdürücü kanalları 1-ci, 2-ci və s. növlərə ayırırlar;

  • müvəqqəti suvarma kanalları vasitəsilə suyu suvarmalı olan sahələr arasında paylamaq üçün istifadə olunur;

  • su yığıcı-buraxıcı kanallardan artıq səthi suların yığılması üçün istifadə olunur;

  • drenaj şəbəkəsi vasitəsilə isladılan sahələrdə qrunt sularının nizamlanması üçün istifadə olunur.

Süni suvarma rayonlarında yerin relyefinin mailliyi çox kiçik olduğu üçün yan qanovlardan suyun kənar edilməsi çətinləşir və nəticədə torpaq yatağı həmişə su təsirinə məruz qalır, buna görə də yolun layihələndirilməsi mürrəkəbləşir. Süni suvarma rayonlarında qrunt suyu səviyyəsi 0,5-1,0 m dərinlikdə yerləşir.

Belə rayonlarda avtomobil yollarının trassasının istiqamətini suayırıcıları və yaxud suvarılan sahələrdən yuxarıya yerləşən torpaqlardan keçirmək məsləhət görülür.

Düz sahələrdə yolu tikmə halında istifadədə olan açıq kollektorlar boyunca salmaq lazımdır.

Kanal boyunca çəkilən yolun torpaq yatağının yamağı həmişə su təsirinə məruz qalır. Buna görə də torpaq yatağının dibi qrunt suları səviyyəsindən bir qədər yuxarıda yerləşdirilmişdir.

Torpaq yatağının şığı yüksəkliyini təyin etdikdə QSS-ni və islanma dövründə onların qalxma hündürlüyünü nəzərə almaq lazımdır.

Əgər QSS-dən torpaq yatağının dabanını lazımi yüksəkliyə qaldırmaq mümkün olmursa, onda torpaq yatağının daxilində izoləedici və kapillyar suların hərəkətini kəsici laylar düzəldirlər.

Ümumiyyətlə daimi suvarma rayonlarında yolun torpaq yatağını mütləq tökmə şəklində düzəltmək lazımdır. Tökmənin hündürlüyü 1m-ə qədər olduqda yamacın mailliyini 1:3 nisbətində düzəldirlər. Tökmənin hündürlüyü çox olduqda isə yamacın mailliyini 1:1,5 düzəldirlər.

Kanallar boyunca tikilmiş yolların ətrafında yolun uzunluğu boyunca yüksək qollu və geniş yarpaqlı ağaclar əkmək lazımdır.

Avtomobil yolu isə bölüşdürücü kanalların kəsişmə yerlərində kiçik körpülər düzəldirlər. Bu halda körpünün aşırım hissəsinin alt səthi ilə suyun səviyyəsinin üst səthi arasında ən azı 0,3-0,5m məsafə olmalıdır.



Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin