14. HƏRƏKƏT XİDMƏTİ QURĞULARI
Avtomobil yolları üzrə daşıma uzaqlığı ildən-ilə artır. Avtobus daşımalarının (marşrutlarının) sayı, yük daşımaları, şəxsi avtomobillərdə gedişlər artır, çoxalır.
Yollarda hərəkətin xidməti, təşkili və təhlükəsizliyinin təmini üçün kompleks tədbirlər nəzərdə tutulmalıdır. Uzaq məsafələrə gedən avtomobillərin sərnişinlərinə və sürücülərinə qidalanmaq və dövri istirahət lazımdır. Avtomobillərin yanacaqla doldurulması, bəzən onların təmiri, baxışı və xidməti lazımdır.
Yerli sərnişin avtobus xətlərində sərnişinlərin mindirilib düşürülməsi üçün qapalı, avadanlıqlaşdırılmış meydançalar-pavilyonlar lazımdır.
Hərəkətin xidməti qurğularına-hansı ki, onlarsız müasir avtomobil yolların təsəvvür etmək mümkün deyil-aşağıdakılar aiddir:
yanacaq və sürtgü materiallarının buraxılması üçün yanacaqdoldurma stansiyaları, böyük yaşayış məntəqələrinin girişində yuma məntəqələri, nəqliyyat vasitələrinin baxışı üçün estakadalar; (sürücü hərdən xırda təmir iş görülə bilməsi)
yol ətrafı kafe və bufetlər, yeməkxanalar və restoranlar
yol ətrafı mehmanxanalar, motellər, kempinqlər, proflatoriyalar.
Motellər - şəhərlərarası aşırımlarda tikilən və avtomobilçilər üçün nəzərdə tutulmuş xüsusi mehmanxanalardır və əsasən gecələmək üçün nəzərdə tutulub. Onların 80-200 km məsafədə yerləşdirilməsi tövsiyə olunur. Mənfi temperatur olan yerlərdə avtomobillər üçün isti qarajlar nəzərdə tutulur.
Kempinqlər - avtomobilçilər üçün nəzərdə tutulmuş düşərgələrdir. Onlar bir neçə günlüyə nəzərdə tutulur və mövsümi xarakter daşıyırlar. Onlar yalnız yay vaxtı fəaliyyət göstərirlər və 50-100 km məsafədə yerləşdirilir.
Dostları ilə paylaş: |