RESPUBLİKA ƏHƏMİYYƏTLİ YOLLAR
Bakı-Qazax (Gürcüstan sərhəd) yolu -501 km
Ağdaş-Zərgəran-Qəbələ yolu-43 km
Zaqatala-Balakən (dövlət sərhədi) yolu- 34 km
Bakı-Quba (Dağıstan sərhədi) yolu- 208 km
Gəndab-Yalama yolu - 66 km
Samur -Yalama yolu - 20 km
Bakı-Astara (İran İR sərhədi) yolu - 312 km
Ələt - Qazı Məmməd- Yevlax yolu - 216 km
Muğanlı - İsmayıllı yolu - 40 km
Xaldan - Göybulaq_Zaqatala yolu - 29 km
Qaraməryəm -İsmayıllı-Şəki yolu- 93 km
Z.Tağıyev qəs,- Sahil qəs. yolu - 41 km
Qazı Məmməd - Pokrovka - Bəhrəmtəpə yolu 106 km
Bəhrəmtəpə - Həkəri - Mincivan yolu - 62 km
Yevlax - Ağdam yolu - 42 km
Mingəçevir - Bəhrəmtəpə - Biləsuvar yolu - 121 km
Borsunlu - Hindarx yolu - 90 km
Texniki təsnifatla yanaşı xalq təsərrüfatında və inzibati əhəmiyyətinə görə, həmçinin ölkənin mədəni həyatındakı roluna görə avtomobil yolları kateqoriyalara bölünür. Bütün avtomobil yolları iki böyük qrupa bölünürlər:
Ümumi istifadəli avtomobil yolları.
İdarə tabeli yollar.
Yolun
kateqori
yası
|
Hesabi sürət km/saat
|
Əsas
|
Çətin sahələrdə
|
Kəsişən sahələrdə
|
Dağlıq
sahədə
|
I
|
150
|
120
|
80
|
II
|
120
|
100
|
60
|
III
|
100
|
80
|
50
|
IV
|
80
|
60
|
40
|
V
|
60
|
40
|
30
|
Ümumi istifadəli avtomobil yolları ölkənin yol təsərrüfatlarının tabeliyində olur.
İkinci qrup yollara sənaye müəssisələrinin ərazilərində olan yollar, dağ-mədən sənayesi yolları, təsərrüfatdaxili yollar, boru kəmərləri, kanallar, elektrik ötürücü xətləri boyunca olan yollar, hidrotexniki qurğuların giriş yollan, iri sənaye müəssisələrinə giriş yolları aiddir.
Ümumi istifadəli avtomobil yolları onların xalq təsərrüfatında əhəmiyyətindən və rolundan asılı olaraq bir neçə qrupa ayrılırlar.
Ümumdövlət əhəmiyyətli yollar öz aralarında ölkənin paytaxtını onun ayrı-ayrı iri sənaye mərkəzləri ilə birləşdirir. Həmçinin bu yollar ölkəni qonşu xarici dövlətlərlə birləşdirir.
Respublika əhəmiyyətli yollar respublikanın ayrı-ayrı sənaye və mədəni mərkəzləri öz aralarında birləşdirir. Bu yollar üzrə şəhərlərarası sərnişin və yük daşımaları həyata keçirilir, həmçinin bu yollara aeroportlara, dəniz limanlarına və vağzallarına, kurortlara, respublika əhəmiyyətli kütləvi istirahət yerlərinə giriş yolları aiddir.
Yerli əhəmiyyətli yollar rayon mərkəzlərini onların inzibati ərazilərinə daxil olan yaşayış məntəqələri ilə birləşdirən, ayrı-ayrı təsərrüfatları öz aralarında birləşdirən yollardır.
Ölkə iqtisadiyyatından əhəmiyyətinə görə yolların təsnifatı onların istismarı üçün maliyyə mənbələrinin təyin edilməsinə imkan verir.
Ümumdövlət əhəmiyyətli avtomobil yolları bilavasitə «Azəravtoyol» dövləti konserninin tabeliyində yerləşir. Yollarda onların kateqoriyalarından asılı olaraq 100-250 km məsafələrdə yol-istismar sahələri ayrılır. Həmçinin yolun əhəmiyyəti, hərəkət intensivliyi, örtüyün tipi və ərazinin relyefi nəzərə alınır. Hər bir yol istismar sahəsi yol təmiri məntəqələri arasında bölünür (30 - 90 km).
Dostları ilə paylaş: |