Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


YOLUN YÜKLƏNMƏ DƏRƏCƏSİNİN AŞAĞI SALINMASI ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR SİSTEMİ



Yüklə 0,9 Mb.
səhifə11/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   7   8   9   10   11   12   13   14   ...   43
Avtomobil yollarının müasir problemləri

11. YOLUN YÜKLƏNMƏ DƏRƏCƏSİNİN AŞAĞI SALINMASI ÜÇÜN GÖRÜLƏN TƏDBİRLƏR SİSTEMİ
Yolların həddindən artıq yüklənməsi sürətin aşağı düşməsinə, ləngimələrin artmasına və yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur. Ümumiyyətlə yüklənmə dərəcəsinin azaldılması prinsipləri ilk növbədə hərəkət təhlükəsizliyinin təmin olunması şərti ilə sürətin artırılması və hərəkətin gərginliyini müəyyən həddə qədər azaltmağa imkan verən tədbirləri görməyi nəzərdə tutur.

Yüklənmə dərəcəsinin aşağı salınmasının ən əsas yolu avtomobil daşımalarının rasional, qənaətli təşkil olunmasıdır. Avtomobil daşımalarının rasional, qənaətli təşkil edilməsi nəqliyyat vasitələrinin az hərəkətdə olmasını, nəqliyyatın hərəkətinin lazımi həcmini təmin etməklə, yük və sərnişin avtomobillərinin boş hərəkətdə olmasını minimum həddə endirməyə imkan verir.

Verilən yolun yüklənməsini azaltmaq üçün avtomobil və piyadaların hərəkətini toplu halından çıxartmaq lazımdır. Nəqliyyat axını boş yerdə səpələnməsi isə əlavə zolaqlardan istifadə olunması ilə yerinə yetirilir. Məsələn: paralel küçələrin və ya dolayı yolların istifadə edilməsi, bundan başqa axının yerli səpələnməsi də icra oluna bilər. Yerli səpələnməyə misal olaraq yolayrıcında nəqliyyat axınlarının intensivliyindən asılı olaraq sola və sağa dönmələrə bir cərgə ilə deyil, iki və daha çox cərgədə hərəkətə icazə verilməsini göstərmək olar.

Piyada axının zamana görə paylanması isə bir- birinə yaxın yerləşmiş müəssisələrdə iş vaxtlarının başlanğıc və sonunun üst-üstə düşməməsi üçün onların zamana görə bir-birindən müəyyən intervalla sürüşdürülməsini göstərmək olar. Nəqliyyat axını üçün isə vaxta görə paylanma, qonşu avtonəqliyyat müəssisələrinin, anbarların və s. iş vaxtını, avtomobillərin gediş-gəliş vaxtını dəyişdirməklə və rasional bölünməklə həyata keçiril bilər.

Yuxarıda qeyd olunanlardan əlavə yüklənmə dərəcəsinin aşağı salınması üçün evristik prinsiplərdən də istifadə olunur. ABŞ-ın bir sıra şəhərlərində nəqliyyat axının intensivliyinin artmasının qarşısını almaq üçün hərəkətin qızğın vaxtında boş taksilərin sərnişin axtararaq işləməsinin qadağan olunmasını qeyd etmək olar. Yolun yüklənmə dərəcəsinin aşağı salınmsının daha sərt və nəticəli üsulu nəqliyyat və piyada axını yaradan obyektlərin ləğv edilməsi və ya onların ölçülərinin kiçildilməsidir.

Şəhər şəraitində kəsişən küçələrdə, yolayrıcılarında piyada axının azaltmaq üçün daha çox gedilən məntəqələrin, obyektlərin (ticarət mərkəzlərinin, məişət xidməti müəssisələrinin və s.) rasional yerləşdirilməsini həyata keçirməklə əldə edilə bilər. Lakin nəqliyyat axının qarşısını almaq üçün daha çox effektiv üsul hərəkət çox olan zonalarda anbarların, ticarət bazalarının, istehsal müəssisələrinin və s. obyektlərin yerini dəyişmək və ləğv etməkdir.

Lakin, qeyd etmək lazımdır ki, bu işləri yalnız hərəkətin təşkili xidməti sərbəst yerinə yetirə bilməz. Bunun üçün yol istismar müəssisələrinin, adminstrativ orqanlarının və təsərrüfat idarələrinin iştirakı vacib sayılır.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin