7. PLAN VƏ PROFİLDƏ GÖRÜNMƏNİN TƏMİRİ
Hərəkətin təhlükəsizliyi üçün sürücü özündən qabaq yolu o qədər məsafədə görməlidir ki, qarşıya çıxan maneəyə çatmamış avtomobili saxlaya bilsin, yaxud həmin maneəni yandan keçsin. Sərt döngələrdə müxtəlif səbəblərə görə görünmə müəyyən qədər məhdudlaşa bilər.
Sürücünün hesabı sürətlə hərəkət etməsi zamanı onun yolu görməsinə heç nə maneə törətmirsə, həmin məsafə yolun hesabi görünməsi adlanır. Hesabi görünmə məsafəsi tormozlama şəraitindən təyin olunur. Yolun layihələndirilməsi zamanı onun elementlərini elə seçirlər ki, hesabi görünmə məsafəsi təmin olunsun.
Görünmə məsafəsi (yoldakı maneə qarşısında avtomobilin qəfil dayanması üçün lazım olan) üç kəmiyyətin cəmi kimi hesablanır: 1) avtomobilin, sürücü maneəni görüb dayanmanın labüdlüyünü dərk edərək tormozlamağa başlayana qədər getdiyi yol; 2) tormozlama zamanı avtomobilin getdiyi yol; 3) maneə ilə dayanmış avtomobil arasında təhlükəsizlik ara məsafəsi. Sürücü maneəni görüb avtomobili tormozlamağa başlayana qədər gedən məsafə onun reaksiya vaxtı ərzində qət olunur. Sürücünün reaksiya vaxtı sabit deyil, o peşəkarlıqdan, yaşdan və sürücünün yorulma dərəcəsindən, həmçinin yol şəraitindən və hərəkət şəraitindən asılı olaraq 0,3 saniyədən 2 saniyəyə qədər ola bilər. Sürücü nə qədər diqqətli olarsa reaksiya vaxtı bir o qədər az olur. Şəhər şəraitindən reaksiya vaxtı 0,6-0,8 san, avtomagistrallarda o, 1,5-2 san. ola bilər. Orta hesabla onu 0,8 san. qəbul edirlər.
Avtomobil nəzəriyyəsinin qanunauyğunluğuna əsasən tormoz yolu
V - sürət, m/san, g - sərbəstdüşmə təcili m/san2, φ - şinin örtüklə eninə ilişmə əmsalı, i - uzununa maillik, f - hərəkətə müqavimət əmsalıdır.
Kəskin topmozlama şəraiti ilə əlaqədar olaraq ləkərlərin tam blokirovkası qəbul olunur. Lakin yüksək sürətli hərəkət üçün bu şərt ödənmir. Belə ki, bu halda ilişmə əmsalının müxtəlifliyi (sağ və sol təkərlərin) sağ və sol təkərlərin tormozlarının nizamlanmasının müxtəlifliyinə görə kəskin tormozlanma aşma ilə nəticələnə bilər. Digər tərəfdən real istismar şəraitində ayrı-ayrı avtomobillərin tormozlanma prosesində nəzəri imkanlarından tam istifadə etmək mümkün olmur.
Ona görə də, bunları nəzərə almaq üçün tormozlanmanın istismar şəraiti əmsalından istifadə olunur.
Hidravlik və pnevmatik intiqallı tormozlar üçün Ki = 1,4; mexaniki intiqallı tormozlar üçün Ki = 1,7 maneə ilə avtomobil arasındakı təhlükəsizlik ara məsafəsi 10 m qəbul olunur.
Sürücü tərəfindən yolda maneənin görünmə məsafəsi
burada V - sürət m/san; tr - sürücünün reaksiya vaxtıdır, tr = 1 san. qəbul olunur.
Müşahidələr göstərir ki, görünmənin faktiki məsafəsi nəqliyyat axının hərəkət sürətinə və yol nəqliyyat hadisələrinə böyük təsir edir. Bütün hallarda görünmə məsafəsini çalışırlar ki, artırsınlar. Avtomagistrallarda 600-700m olmalıdır. Hesabi sürətdən asılı olaraq görünmə məsafəsi aşağıdakı kimi qəbul olunur.
Yolun kateqoriyası
|
I
|
II
|
III
|
IV
|
V
|
Sürət, km/saat
|
150
|
120
|
100
|
80
|
60
|
Minimal görünmə məsafəsi, m
|
210
|
170
|
140
|
100
|
75
|
Qarşıdan gələn avtomobil
|
|
350
|
280
|
200
|
150
|
Planda görünmənin məhdudlaşdırılması zamanı əyrinin daxili tərəfindən maneəni görməyə maneçilik törədən bütün əşyalar kənarlaşdırılır.
Dostları ilə paylaş: |