6. YOL ÖRTÜYÜ VƏ AVTOMOBİL TƏKƏRİNİN QARŞILIQLA TƏSİRİNİN
XARAKTERİSTİKASI
Avtomobilin müxtəlif yollarla hərəkəti zamanı sürətin artması onun təkərinin yol örtüyü ilə qarşılıqla təsiri şəraitindən asılıdır. Dartıcı qüvvə avtomobilin hərəkətinin ümumi müqavimət qüvvələrinin cəmindən böyük olmalıdır. Havanın müqavimət qüvvəsi yol örtüyü ilə əlaqədar olmadığından sabit uzununa maillikdə hərəkət şəraiti və əsasən avtomobilin yerdən tərpənməsi diyirlənmə və ilişmə müqavimətləri ilə təyin olunur.
Diyirlənməyə müqavimət işinin və yolun deformasiyasına sərf olunan enerji ilə əlaqədardır. Hamar sement-beton və asfalt-beton örtüklü yollarda əsasən şinlərin sıxılması diyirlənməyə, müqavimətə səbəb olur.
Az hamar yollarda (çınqıl, torpaq) təkərin yol örtüyünün kələ-kötür yerlərini dəf etməyə sərf olunan enerjisi də əlavə olunur. Yumşaq örtüklü torpaq yollarda müqavimət yolun və şinin deformasiyasının hesabına daha da artır.
Diyirlənməyə müqavimət hərəkət sürətindən və şinin elastikliyindən asılıdır. 50km/saatdan aşağı sürətlə hərəkət zamanı diyirlənməyə müqavimət çox yavaş artır və onu sabit hesab etmək olar. Diyirlənməyə müqavimət əmsalı müxtəlif örtüklü yollar üçün aşağıdakı kimidir.
Sement beton və asfalt beton örtük: 0,01...0,02
Çınqıl örtük: 0,02...0,04
Hamar, quru və sıx torpaq yol: 0,03...0,06
Rütubətliyi artırılmış torpaq, qum yollar: 0,15...0,30
Hesabı sürətə yaxın sürətlərdə yüksək kateqoriyalı yolların layihələndirilməsi üçün diyirlənməyə müqavimət əmsalını (DMƏ) aşağıdakı asılılıqla ifadə etmək olar.
burada V-sürət, km/saat, f0 - 50 km/saat sürətlə hərəkət zamanı diyirlənməyə müqavimət əmsalı. fv - V sürəti ilə hərəkət zamanı DMƏ (50 < V < 150);
Dostları ilə paylaş: |