8. TRASSANIN ÇƏKİLMƏSİ ZAMANI SÜRÜCÜLƏRİN İŞ XÜSUSİYYƏTİNİN VƏ
IIƏRƏKƏTİN TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİNİN NƏZƏRƏ ALINMASI
Hər bir yol avtomobillərin hərəkət şəraitinə görə fərqlənən sahələrdən ibarətdir. Hesabi hərəkət sürətinin təmini üçün plan və uzununa profilin elementlərinə olan tələblər əvvəlki dərslərdə nəzərdən keçirilmişdir.
Lakin nəqliyyat axınının sürəti müxtəlif sahələrin nəzərə alınması ilə təyin olunur. Bundan da sürücü tərəfindən yol şəraitinin qavranması və qiymətləndirilməsi və buna uyğun olaraq hərəkət sürətinin seçilməsi asılıdır. Qabaqda döngə görərkən sürücü adətən sürəti aşağı salır, lakin bəzi hallarda yol şəraiti yüksək sürətli hərəkətə imkan verir. Bu onunla izah olunur ki, hesabi sürətlə hərəkətin mümkünlüyünü təmin edən trassa elementlərini əsaslandıran formula avtomobilin gərgin rejimdə idarə olunmasını nəzərdə tutur. Bu rejim tormoz gücündən tam istifadə və sürücünün minimal reaksiya vaxtı ilə şərtləndirilir. Faktiki olaraq əksər sürücülər aşağı sürətlə, daha saki: hərəkət rejiminə üstünlük verir.
Sürücü fikrən (xəyalən) yolda özü üçün zolaq ayırır (avtomobilin inamlı hərəkəti üçün ona lazım olan zolaq). Texniki normativləri sürücünü təmin etməyən yollar üzrə hərəkət zamanı sürücülər özləri üçün hərəkət trayektoriyasını dəqiqləşdirirlər. Bu zaman kiçik radiuslu dönmələr və ya qarşı hərəkət zolağına çıxma halları olur.
Ona görə də yolun hərəkət rahatlığını təmin etməsi üçün, onun elementləri avtomobilin idarə olunmasını çətinləşdirməməlidir, trassanın istiqaməti isə sürücü üçün tamamilə aydın olmalıdır.
Sürücülər hərəkət şəraitini bilavasitə görmə vasitəsilə qiymətləndirirlər.
Xüsusi cihazlar vasitəsilə məlum olmuşdur ki, hərəkət prossesində sürücünün diqqəti bir obyektdən digər obyektə keçməklə spiralşəkilli dəyişir. Bu obyektlər hərəkət hissəsinin kənarı, yol ətrafı əkinlər, yan məhdudiyyətlər, beton örtüyündə olan uzununa çatlar və s. kiçik sürətlə hərəkət zamanı sürücü ətraf aləmi daha yaxşı qavrayır. Lakin böyük sürətlərdə yuxarıda göstərilən obyektlər daha qısa zaman müddətində qavranmalıdır. Ona görə də böyük sürətlərdə sürücünün diqqəti yalnız hərəkət zolağında cəmlənir.
Yüksək hərəkət intensivliyi zamanı sürücü yoldakı nəqliyyat axını rejiminə tabe olmağa məcburdur və bəzən əlavə (izafi) informasiya şəraitində hərəkət etmək məcburiyyətində qalır. Bəzən bu izafi informasiyalar sürücü tərəfindən qavranılmır və qiymətləndirilə bilmir. Nəticədə yol nəqliyyat hadisələri baş verir.
Yolun müxtəlif sahələrinin keçilməsinin dəyişmə şəraiti sürücünün əsəb-psixi vəziyyətinə və rasional gərginlik vəziyyətinə təsir edir.
Yolların layihələndirilməsi zamanı və sonradan onların təmiri zamanı yadda saxlamaq; lazımdır ki, sürücülərin əmək fəaliyyəti yollardan asılıdır. Ona görə də onlar üçün yaxşı iş şəraiti yaratmaq yolların laiyihələndirilməsində və tikintisində iştirak edən şəxslərin vəzifələridir.
Yolun trassalanması zamanı elə elementləri nəzərə almaq lazımdır ki, həmçinin yolun elementlərini ətraf landşaftın elementləri ilə elə uzlaşdırmaq lazımdır ki, sürücünün optimal emosional gərginliyi təmin olunsun. Yollar monoton, birşəkilli olmamalıdır. Belə halda yorulma baş verir. Hərəkətin təhlükəsizliyi və rahatlığı onun qovuşan sahələrdə həndəsi elementlərin təmin etdiyi sürət dəyişmələri böyük olmamalıdır.
Trassa elementlərinin uzunluğunu xarakterizə edən təhlükəsizlik əmsalı anlayışından istifadə edirlər:
V - yolun hər hansı təhlükəsizlik keçilməsi üçün lazım olan optimal sürət;
Vəv - əvvəlki sahədən həmin sahəyə gələrkən və verilmiş sahəni keçmək üçün maksimal sürət.
Trassa elementləri onda uğurlu saymaq olar ki, Кt<0,4 olduqda yol sahəsi ən təhlükəli sahə olur. Belə sahələrdə YNH çox baş verir.
Sürücülərdə optimal emosional gərginliyi yaratmaq üçün yol istiqamətində görünmə məsafəsi böyük olmalıdır. İlk növbədə elə etmək lazımdır ki, görünmə məsafəsi hesabi görünmə məsafəsindən 2-3 dəfə böyük olsun. Həmçinin yol kənarlarında sürücülərə psixoloji cəhətdən təsir edən ağaclar əkilməli, məhdudlayıcılar, müxtəlif dirəklər olmalıdır.
Dostları ilə paylaş: |