4. Yolun uzununa profili
Yerlərdə yolun trassasını həmişə elə qeyd etmək mümkün deyil ki, yol səthinin maillikləri avtomobil nəqliyyatının istismarı üçün effektiv olan şəraiti keçməsin. Yəni, bir çox hallarda yol səthinin maillikləri normadan artıq olur. Belə hallarda süni şəkildə mailliyi azaldırlar. Yəni artıq torpaq qazılır yaxud çox aşağı yerlərdə torpaq əlavə olunur. Bu da bəzi torpaq işlərinin yerinə yetirilməsinə gətirib çıxarır.
Yol səthinin kəsilməsi nəticəsində yolun yer səthindən aşağı keçən sahəsi qazma, süni tökülmüş torpaq qatı nəticəsində yolun yer səthindən yuxarı keçən hissəsi isə tökmə adlanır. Yoxuş və enişlərin dikliyini, həmçinin qazma və tökmənin yerləşməsini uzununa profildə göstərirlər. Uzununa profil yolun kiçildilmiş miqyasda şaquli, müstəvidə oxunun təsvir olunmasıdır.
Ayrı-ayrı sahələrin dikliyi mailliklə xarakterizə olunur. Maillik yol oxunun üfüqi müstəvi ilə əmələ gətirdiyi bucağın tangensi ilə ifadə olunur. Eyni maillik 3,2% və ya 32‰ kimi yazıla bilər. Avtomobil yolları layihəsində maillik faizin on misli ilə ifadə olunan promille ilə göstərilir.
Uzununa maillik-avtomobil yollarının əsas istismar xarakteristikasından biridir. Ayrılıqda yük və ya minik avtomobilləri sürətlənmədən istifadə etməklə quru havada qısa məsafədə 100%-i keçən (minilliyi) yolu dəf edə bilər. Lakin yolun çirkləndirilmiş və yaş sahəsində, həmçinin avtoqatarla dəf olunan mailliyin qiyməti aşağı olur.
Yolun uzununa profilində qarışıq sahələr müxtəlif mailliyə malikdirsə onlar şaquli əyrilərlə qovuşma şəklində birləşdirilir. Onların vəziyyətindən asılı olaraq əyrilər şaquli qabarıq, yaxud şaquli çökük ola bilər.
Yolun uzununa profilinin çertyoju-yolu xarakterizə edən əsas sənəddir. O, yolun nəqliyyat-istismar keyfiyyətinin xarakteristikası üçün lazım olan bütün məlumatları özündə birləşdirir. Əyanilik uçun uzununa profilin çəkilməsi zamanı şaquli məsafələri üfüqi məsafələrdən 10 dəfə böyük miqyasda göstərirlər. Düzənlik sahələrdən keçən yollar üçün aşağıdakı miqyaslar qəbul olunur:
Şaquli miqyas 1:500 (1sm-də 5m), üfüqi 1:5000 ( 1 sm-də də 50m)
Dağ yolları üçün: daha böyük miqyas qəbul olunur: uyğun olaraq 1:200 və 1:2000
Uzununa profildə göstərirlər: yol səthinin xəttini və çəkilişə qədər yolun oxunu (qara xətt); yolun çəkiliş xətti (qırmızı yaxud layihə xətti); yolun oxu boyunca torpaq qatının kəsikləri, layihə xəttini qaraltmaq üçün torpaq kəsiklərini (qazmaları) 2 sm aşağı sürüşdürürlər.
Uzununa profildə xüsusi şərti işarələrlə dəmir yolları, avtomobil yolları, körpülər, borular və tunellərin yerləşmə yerləri göstərilir.
Uzununa profilin layihələndirilməsi zamanı aşağıdakıları nəzərə almaq lazımdır: uzununa maillik verilmiş kateqoriyalı yol üçün maksimal həddi keçməməlidir: yol dəqiq qeyd olunmuş nöqtələrdən keçməlidir.
Yol səthinin xətti
Torpaq səthinin xətti
Kanalın dibi
270 m yolun uzunluğu 45°
0,8 və 1,5 hündürlükdə tökmə
1,65 və 2,04 qazma
Dostları ilə paylaş: |