Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ



Yüklə 0,9 Mb.
səhifə5/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   2   3   4   5   6   7   8   9   ...   43
Avtomobil yollarının müasir problemləri

Eninə profil. Yolun çəkildiyi, həmçinin köməkçi qurğuların və xidməti binaların yerləşdiyi yer zolağı yol zolağı adlanır. Torpaq sahəsini minimuma endirmək üçün I kateqoriya üçün bu zolağın eni 39 m, V kateqoriya üçün 18m-ə qədər olmalıdır. Əsaslandırılmış halda və bəzi tikililərin lazımlığı halında bu məsafələr bir qədər artırıla bilər. Süni şəkildə hamarlandırılmış və avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş, həmçinin özündə su kənarlaşdırıcı maillikləri birləşdirən torpaq zolağı torpaq qatı adlanır. Torpaq qatına aiddir:

Hərəkət hissəsi, çiyinlər, yan kanallar.

Hərəkət hissəsi - bu elə zolaqdır ki, həmin zolaq üzrə bilavasitə avtomobillərin hərəkəti həyata keçir.

Çiyin - hərəkət hissəsinin yan tərəfindən yolun bərkliyinin artırılması və avtomobillərin qısa müddətli dayanması məqsədini daşıyır. Hərəkət hissəsini yan kanaldan ayırmaqla çiyin avtomobilin təhlükəsiz hərəkətini təmin edir.

Yan kanallar yoldan suyun kənarlaşdırılması və torpaq qatının tez qurudulması məqsədini daşıyır.

5. SU ÖTÜRÜCÜ QURĞULAR


Torpaq qatının rütubətlə dolması çox təhlükəlidir. Belə ki, bu vaxt yolun bütün elementlərinin bərkliyi (möhkəmliyi) azalır. Üst qatı möhkəm örtüyə malik olan yolların örtüyü hərəkət nəticəsində tez sıradan çıxa bilər. Əgər yol örtüyünün torpaq qatı güclü rütubətliyə məruz qularsa onda yüklənmə nəticəsində torpaq qatı tədricən yatar və yol örtüyünün dağılması baş verər.

Suyun torpaq qatına keçməsinin qarşısını olmaq üçün yolların sukənarlaşdırıcı (suötürücü) qurğuları adlanan qurğulardan istifadə olunur.

Yollardan yağış və qar ərintilərinin sularını kənarlaşdırmaq üçün su ötürücü qurğular sistemi onların qəbulunu və kənarlaşdırmasını təmin etməlidir. Bu aşağıdakı yollarla həyata keçirilir:


  • torpaq qatının və hərəkət hissəsinin eninə mailliyi hesabına yağış və digər sular hərəkət hissəsindən kənarlaşdırılır.

  • yan və sukənarlaşdırıcı kanallar hesabına suyun kənarlaşdırılması.

  • su ötürücü qurğulardan (borular, körpülər) istifadə etməklə suyun kənarlaşdırılması.

Əgər torpaq qatının rütubətinin artması yeraltı sularla əlaqədardırsa buna qarşı aşağıdakı tədbirlər görülür:

  1. torpaq qatını əlavə torpaq tökmə yolu ilə o səviyyəyə qaldırırlar ki, yeraltı sular həmin səviyyəyə qalxa bilməsin;

  2. torpaq qatında bitumla işlənmiş yaxud sintetik plyonka ilə işlənmiş torpaqdan su buraxmayan qatlar düzülür. Həmçinin suyun kapillyar qalxmasının qarşısını alan materiallardan, iri dənəli qum və çınqıldan da istifadə etmək olar.

Yolların layihələndirilməsi zamanı layihə xəttini elə yerləşdirirlər ki, yol örtüyünün aşağı hissəsi torpaq səthindən 0,3-0,9m yuxarıda yerləşsin. Yeraltı sular olan ərazidə 0,5-2m səviyyədə olur.

Yolların çaylarla, kiçik suaxarlarla kəsişməsi zamanı, həmçinin aşağı səviyyəli su yığılan yerlərlə kəsişməsi zamanı su ötürücü qurğular-körpülər və borular quraşdırılır. Yollarda körpü və boruların sayı yol tikilən ərazinin iqlim xüsusiyyətindən, yerin relyefindən asılıdır. Su ötürücü qurğunun en kəsiyini suyun miqdarından asılı olaraq hidravliki hesabatlar əsasında təyin edirlər.

Ən geniş yayılmış su ötürücü qurğular borulardır. Onlar torpaq qatının alt hissəsində quraşdırılır.

Boruların məhsuldarlığı 10m3/san-dən çox olmalıdır. Onları müvəqqəti suaxarlarda quraşdırırlar. Borular üstdən torpaq qatı ilə örtülür. Torpaq qatının eni və hərəkət hissəsinin örtüyünün tipi boru olan sahələrdə dəyişdirilmir. Yəni boruların olması avtomobillərin hərəkət şəraitinə təsir etmir.

Körpülərdə örtüyün tipi və hərəkət hissəsinin eni yolda qəbul olunandan bəzən fərqlənir. Çiyin əvəzinə körpülərdə səkilər quraşdırılır. Ona görə də körpülərdə sürət aşağı olur.

Avtomobil magistrallarında kiçik körpülər və borular adətən elə yerləşdirilir ki, yolun səlisliyi (hamarlığı) təmin olunsun. Bu zaman trassa su ötürücüləri 45-50°-li bucaq altında kəsə bilər.

İri çayların üzərindən körpülərin tikilməsi üçün yerin seçilməsi mürəkkəb texniki məsələlərdən biridir. Belə ki, gəmilərin hərəkəti, su axının sürəti nəzərə alınmalıdır. Eyni zamanda körpünün uzunluğunun azaldılması üçün çayın eninə azaldılması lazımdır. Bu zaman traverslərdən istifadə edilir. Traverslər yola perpendikulyar olan kiçik tökmələrdir. Onlar suyun axınına mane olaraq körpünün altının yuyulmasının qarşısını alır.

Körpünün hərəkət hissəsindən suyun səviyyəsinə qədər olan məsafə körpünün hündürlüyü adlanır.

Körpülərin çoxsaylı konstruksiyaları yüklənmə altında onların iş şəraitinə görə dörd əsas tipə bölünür: tirşəkilli, tağşəkilli (tağlı), çərçivəli və asma körpülər.

Tirşəkilli körpülərdə dayaqlar bir neçə tirlə və yaxud qəfəsşəkilli formalarla birləşdirilir.



  1. Tağlı (tağşəkilli) körpülərdə əsas yüklənməni qəbul edən element əyri xətli tirlər olur ki, bunlar tağ adlanır. Şaquli yüklənmə tağın sıxılma və əyilməyə işlənməsinə səbəb olur.

2) Çərçivəli körpülərdə dayaqlar və körpünün özü öz aralarında monolit konstruksiya şəklində birləşdirilir.


3) Asma körpülərdə əsas aparıcı element hündür dayaqların üstündən aşırılmış elastiki kanat yaxud zəncirlərdir. Bu elastiki elementlərdən hərəkət hissəsi asılır. Elastiki elementin ucları möhkəm şəkildə yerdə bərkidilir. Diametri 60-90 sm olur.




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin