rayondaxili yollar
təsərrüfat əhəmiyyətli yollar
Təsərrüfat əhəmiyyətli yollar da İN və Q-na (2.05.11-83) görə daşınan yükün “pik” ayındakı netto (xalis) həcminə görə təsnifatlaşdırılır:
sinif - daşınan yükün netto həcmi 10 000 tondan çox olan yollar
sinif - daşınan yükün netto həcmi 10 000 tondan az olan yollar
sinif - digər bütün yollar (meşələr, sahələr, tarlalar arası yollar)
Avtomobil yollarının funksional təyinat və istifadə imkanlarına görə 5 dərəcəyə bölünməsi, onların köməkçi, müvəqqəti, ikinci dərəcəli, bir və iki tərəfli, bir, iki və çox zolaqlı, eyni və müxtəlif səviyyəli, habelə tənzimlənən və tənzimlənməyən olması nəzərə alınır. Perspektiv hərəkət intensivliyini nəzərə almaqla avtomobil yollarının kateqoriyalara bölünməsi cədvəl 1-də göstərilmişdir.
Cədvəl 1.Avtomobil yollarının kateqoriyaları.
Yolun
kateqo
-riyası
|
Hesabı hərəkət intensivliyi
|
Minik
avtomobilinə
gətirilmiş
intensivlik,
avt/sutka
|
Nəqliyyat vahidləri ilə (həqiqi intensivlik) avt/sutka
|
Saat üzrə intensivlik avt/saat
|
I a
|
> 14000
|
> 7000
|
> 2400
|
I b
|
> 14000
|
> 7000
|
>2400
|
II
|
> 6000
|
3000-7000
|
1600-2400
|
III
|
> 2000
|
1000-3000
|
800-1600
|
IV
|
> 200
|
> 100
|
-
|
V
|
> 200
|
< 100
|
-
|
Hər bir kateqoriyaya aid yolun bütün elementləri avtomobilin təhlükəsiz hərəkətini təmin edən hesabı sürətə görə hesablanır (Cədvəl 2). Sürət böyük olduqca yolun kateqoriyası da artır.
Cədvəl 2.
Yolun
kateqoriyası
|
Hesabı hərəkət sürəti.
|
Əsas
sahələr
|
Çətin keçilən sahələr
|
Dərə-təpəlik
|
Dağlıq
|
la
|
150
|
120
|
80
|
Ib
|
120
|
100
|
60
|
II
|
120
|
100
|
60
|
III
|
100
|
80
|
50
|
IV
|
80
|
60
|
40
|
V
|
60
|
40
|
30
|
İs
|
70
|
60*
|
40**
|
IIs
|
60
|
40*
|
30**
|
Mülkiyyətçilərinə görə avtomobil yolları dövlət, bələdiyyə və özəl yollar kimi təsnif olunurlar.
Bələdiyyə avtomobil yollarına şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində yerləşən yaxud onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Yəni bu yollar bələdiyyə qurumlarının ərazisi hüdudlarında nəqliyyat əlaqələrini təmin edir.
Özəl avtomobil yollarına hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyətində olan qeyri-dövlət avtomobil yolları aiddir. Lakin, qeyd etmək lazımdır ki, özəl yollardan istifadə qaydalarını həmin yolların mülkiyyətçiləri “Avtomobil yolları haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə uyğun olaraq müəyyən edirlər.
Beynəlxalq əhəmiyyətli yollar ölkəni qonşu xarici dövlətlərlə birləşdirən yollardır. Əsasən dövlət və ya respublika əhəmiyyətli yollardan ibarət olan beynəlxalq avtomobil yollarının təsnifatı Azərbaycan Respublikasının müvafiq beynəlxalq müqavilələri ilə müəyyənləşdirilir.
Avtomobil yolları şəbəkəsində beynəlxalq, dövlət və ya respublika əhəmiyyətli yollar mühüm yer tutduğundan onlar magistral tipdə salınır. Magistral yollar bir neçə yüz metrlərlə uzunluqda olub böyük intensivlikdə avtomobillərin fasiləsiz hərəkətini təmin etmək üçün nəzərdə tutulmaqla yüksək texniki tələbatla tikilir. Belə yollar üzərində hərəkət tərkiblərinə və sərnişnlərə xidmət etmək, üçün köməkçi binalar, qurğular (motellər, kempinqlər, yanacaq, doldurma stansiyalar, tibbi yardım məntəqələri və s.) tikilir. Bakı - Qazax - Gürcüstan sərhədi yolu, Bakı - Astara, Ələt - Qazməmməd - Yevlax və s. belə yollardandır.
3. YOLUN PLAN PROFİLDƏ ELEMENTLƏRİ
Yolun planı. Düz sahələr və əyrilər. Ümumiyyətlə avtomobil yollan az xərc və aşağı dəyərlə avtomobil daşımalarını təmin etməlidir. Xəritədə başlanğıc və son məntəqələri birləşdirən yolun qısa istiqaməti düz xətt-hava xətti adlanır.
Lakin yer səthinin relyefinin elementləri (dağlar, yarğanlar) su maneələri (bataqlıqlar, göllər və çaylar), qoruqlar və əvvəlcədən tikililər üçün ayrılmış yerlər, həmçinin yolların iri aralıq yaşayış məntəqələrindən keçməsinin lazımlığı onların qısa istiqamətdən yayınmasına gətirib çıxarır. Torpaq qanunvericiliyinin əsaslarına görə dəmir yolu və avtomobil yollarının tikilməsi üçün kənd təsərrüfatına yararlı olmayan torpaq sahələrindən istifadə olunmalıdır. Yolların salınması üçün yollar keçən torpaqların sahiblərinin (istifadəçilərin) razılığı lazımdır.
Yerlərdə yol oxunun vəziyyəti trassa adlanır. Düzgün istiqamətləndirmək (oriyentasiya üçün trassa kilometrlərə və piket adlanan yüz metrlik sahələrə bölünür. Piketləri və kilometrləri ardıcıl olaraq nömrələyirlər.
Trassa yerlərdəki maneələrdə ayrılır, dönür, əyilir yaxud da eniş və yoxuşlara malik olur. Bu isə mürəkkəb fəza xətti əmələ gətirir. Lakin, əyanilik üçün trassanı horizontal və frontal proeksiyalarda nəzərdən keçirirlər. Horizontal müstəvidə trassanın qrafiki təsvirinin proyeksiyasında yolun yaşayış məntəqələrinə nəzərən yerləşməsini, yerin şəraiti və relyefin elementlərinə nəzərən yerləşməsini, əyri və düz sahələri göstərirlər. Düz sahələrdə onların uzunluqları göstərilir həmçinin işıq tərəfə nisbətən vəziyyətini göstərirlər. Əyrinin göstərişlərini (radius, dönmə bucağı və uzunluğu) cədvələ daxil edirlər.
Yolun əyilməsi (qıvrılmaq) dərəcəsi trassanın inkişaf əmsalı ilə xarakterizə olunur. Bu əmsal yolun faktiki uzunluğunun onun fəza yoluna olan nisbətidir. Trassanın istiqamətini dəyişmə yerlərində dönmə bucaqlarını qeyd edirlər (şək.2).
Dönmə bucaqlarını trassanın davamı ilə yeni istiqamət arasında ölçürlər. Hərəkətin rahatlığı təmin etmək üçün dönmə bucaqlarında səlis əyrilər çəkirlər. Döngənin sərtliyini dönmə bucağının dərəcə və saniyə ilə ölçülən qiyməti ilə və yolun əyrixətli hissəsinin radiusu ilə xarakterizə edirlər.
Qeyd edək ki, yolda əyrixətli sahələrin olması avtomobilin hərəkətinin təhlükəsizlik şəraitinə təsir edir. Əyrixətli hərəkətdə mərkəzdənqaçma qüvvəsi meydana gəlir və avtomobilin yoldan çıxarılmasına çalışır. Bu zaman yüklənmənin oxlar arasında paylanması mütənasibliyi pozulur. Bu da avtomobilin dayanmağına və idarəolunma qabiliyyətinə təsir edir.
Şəkil 2.
Dostları ilə paylaş: |