13. YOL ŞƏRAİTİNİN HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİNƏ TƏSİRİ
Avtomobil parkının və hərəkət intensivliyinin artması ilə əlaqədar olaraq ildən-ilə bütün ölkələrdə avtomobil yolları üzrə təhlükəsizlik məsələləri daha böyük əhəmiyyət kəsb edir. Avtomobil nəqliyyatında bədbəxt hadisələrin sayı digər nəqliyyat növlərinə nisbətən çox böyükdür.
Bəzi ölkələr üçün hər 100 milyon sərnişin kilometrə düşən nisbi ölkələrin sayı ayrı-ayrı nəqliyyat növləri üçün aşağıdakı kimidir: dəmiryolu nəqliyyatı -0,35, hava nəqliyyatı-0,53 və avtomobil nəqliyyatı üçün -2,18. Ona görə hərəkətin təhlükəsizliyi üçün görülən işlər həm avtomobillərin həm də avtomobil yolları üçün işçilərinin əsas vəzifələridir.
Təhlükəsizliyin əsas təminetmə şəraiti avtomobilin idarəetmə intizamıdır. Sürücü hərəkət rejimini seçərkən sutkanın vaxtını, hava şəraitini, avtomobilin konstruktiv xüsusiyyətlərini, yol şəraitini nəzərə almalıdır və yol hərəkəti qaydalarının.
Qoyulmuş yol nişanlarının tələblərinə riayət etməlidir. Həmçinin hərəkəti nizamlama xidməti işçilərinin operativ göstərişlərinə əməl etməlidir.
Avtomobilin idarəetmə mədəniyyəti böyük rol oynayır, hansı ki, bu zaman hər bir sürücü, bütün avtomobil axının təhlükəsiz hərəkətini təmin etməlidir.
Hərəkətin, təhlükəsizliyi üçün əsas lazım olan amillərdən biri də hələ layihələndirmə zamanı yollarda baş verə biləcək qəza şəraitinin xəbərdarlıq edilməsidir. Belə ki, sürücü yol hərəkəti qaydalarına ciddi riayət edən zaman mümkün ola biləcək yol nəqliyyat hadisələrindən qorunmasına təminatı olmalıdır (zəmanəti).
Hərəkətin təhlükəsizliyinin təmini-avtomobil yollarının plan və profilinin elementlərinə olan tələblərin normalaşdırılması zamanı əsas kriteriyadır. Bu baxımdan (hərəkət rejimini məhdudlaşdıran) hər bir yol nişanı yollarda onların tikilməsi zamanı buraxılan xoşagəlməz yerlərin olmasından xəbər verir.
Hərəkətin təhlükəsizliyi aşağıdakı tədbirlərlə təmin edilir:
Yolun ayrı-ayrı elementlərinin texniki normalarının əsaslandırılması, hansı ki, onun qiyməti hərəkət sürətinə müvafiq olmalıdır. Plan və profildə yolun elementlərinin rasional nəzərə alınması (yerləşməsi); yolların inşası zamanı onlara verilən nəqliyyat keyfiyyətlərinin dəyişkən hava şəraitidə istismarı prosesində saxlanması.
Plan və profildə ayrı-ayrı elementlərinə texniki şərait tələblərinin saxlanması və riayət olunması hərəkətin təhlükəsizliyinə və rahatlığına zəmanət vermir. Düzgün nəzərdə tutulmuş yol trassası səlis fəza xətti olmalıdır. Bütün elementləri bir-biri ilə elə nisbətdə olmalıdır ki, avtomobilin sabit sürətlə hərəkətin mümkünlüyünü təmin etsin yaxud sürətlənmə və ləngimənin dəyişməsi səlis olsun.
Yolun ayrı-ayrı elementləri bir-biri ilə nisbətdə texniki normalarının tələblərinə cavab verir (ayrılıqda baxdıqda) bəzən elə şərait yaradır ki, hərəkətin təhlükəsizliyinə xoşagəlməz təsir göstərir. Bu adətən avtomobilin idarəetmə rejiminin kəskin dəyişməsi ilə əlaqədar olur. Hərəkətin təhlükəsizliyi üçün xoşagəlməz sahələr aşağıdakılardır:
yüksək sürətlə hərəkət edən zaman avtomobilin hərəkət istiqamətinin kəskin dəyişməsini tələb edən sahələr (məs. Kiçik radiuslu əyrinin uzun eninin sonunda yerləşməsi zamanı).
avtomobilin hərəkət istiqamətinin dəyişməsini tez-tez tələb edən sahələr (kəskin döngələrlə) dağ yerlərində belə sahələrə təsadüf olunur.
hərəkət şəraiti üçün xüsusilə çətin olan yerlər-keçidlər (piyada), yaşayış məntəqələrinin içərisindən keçən yollar.
müxtəlif sürətli bir neçə hərəkət axınlarının kəsişməsi və birləşməsi (məs. Tranzit və yerli)
hərəkətin təhlükəsizliyinin əsas şərti kimi körpülərin yerləşməsidir.
Hərəkətin təhlükəsizliyi və rahatlığı üçün yolun plan və profilinin elementlərinin sabitliyi böyük əhəmiyyət kəsb edir.
Yol şəraitindən asılı olaraq sürücünün diqqətliyi də dəyişir. Ağır yol şəraitində sürücü daha diqqətli olur və qəza halları aşağı olur. Uzun düz magistral yol sahələrində diqqət aşağı düşür və qəza halları artıq olur.
Hərəkətin təhlükəsizliyinə təsir edən yol şəraitində örtüyün hamarlığı və q1 hamarlığa aiddir. Bu da şinin örtüklə ilişmə əmsalını təyin edir ki, bundan da tormoz yolunun uzunluğu asılıdır.
Şinin örtüklə ilişmə əmsalının hərəkət sürətinə uyğun gələn tələblərinin təmini və avtomobil yollarının istismarı prosesində onun qiymətinin sabitliyinin təmini hərəkətin təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |