Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


DAİMİ BUZLAQ ZONADA AVTOMOBİL YOLLARI



Yüklə 0,9 Mb.
səhifə21/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   17   18   19   20   21   22   23   24   ...   43
Avtomobil yollarının müasir problemləri

DAİMİ BUZLAQ ZONADA AVTOMOBİL YOLLARI

Yolların tikilmə şəraiti və avtomobillərin istismarı yerli təbii amillərdən asılıdır və bu amillər Azərbaycan üçün vahid deyil. Respublikamızın relyefi dağlıq və düzənlikdir. İqlim şəraiti cənubda subtropik qalan yerlərdə mülayim iqlim şəraitidir. Lakin yolların tikintisini təkcə adi şərait üçün öyrənmək yox, həmçinin xüsusi şəraitlər üçün

nəzərdən keçirmək əhəmiyyətlidir. Xüsusi şəraitlərə daimi buzlaq zonaları, bataqlıq yerləri, səhraları, dağlıq yerləri aiddir. Respublikamızın iqlimi və relyefi elədir ki, daimi buzlaq zona, səhralar və bataqlıqlar yoxdur, lakin dağlıq zona vardır.

Daimi buzlaq zona o zonadır ki, orada torpaq bir qədər dərinliyə qədər il boyu donmuş halda olur. Temperatur sıfırdan aşağı olur.

Yazda əriyən və qışda donan torpağın üst qatı fəaliyyətli qat adlanır. Bu qatın qalınlığı yerin relyefindən, torpağın tərkibindən və bitki örtüyünün miqdarından asılıdır. Cənub tərəfdə torpaq yayda daha çox dərinliyə qədər əriyir (şimala nisbətən). Meşələrdə daimi buzlaq qat açıq yerlərə nisbətən yer səthinə daha yaxın yerləşmişdir. Donmuş torpaq qatı suyun torpaq dərinliyinə hopmasına imkan vermir və nəticədə üst qat həmişə rütubətliliyə malik olur.

Daimi buzlaq yerlərdə yolların salınması onların təbii rejiminin güclü şəkildə dəyişməsinə səbəb olur. Daimi buzlaq zonanın xarakterindən asılı olaraq yolların tikilməsi zamanı iki prinsipial müxtəlif metodlar tətbiq olunur. Donmuş torpaq qatının sürətlə əridilməsi və donmuş torpağın mövcud temperatur rejiminin saxlanması. Birinci metod cənub yerlərdə tətbiq olunur. Harada ki, donmuş torpaq qatının qalınlığı çox da böyük deyil. İlkin olaraq yol keçən sahəni meşə qatından və maneəçilik törədən digər qatlardan təmizləyirlər. Bu da üst qatın donunun tez əriməsinə səbəb olur. Bundan sonra adi qaydada yollar salınır.

Daha şimal rayonlarda harada ki, şaxta daha böyükdür şimal və şimal qərb metodundan istifadə olunur.

Bu rayonlarda fəaliyyət qatının qalınlığı çox azdır. Torpaq qatında normalizasiyadan istifadə olunur (torf, istixana tullantıları).




Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin