Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


İSTİFADƏDƏ OLAN YOLLARDA QOYULMUŞ MƏHDUDİYYƏTLƏR



Yüklə 0,9 Mb.
səhifə20/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   16   17   18   19   20   21   22   23   ...   43
Avtomobil yollarının müasir problemləri

İSTİFADƏDƏ OLAN YOLLARDA QOYULMUŞ MƏHDUDİYYƏTLƏR

Avtomobil yolları üzrə hərəkətin təhlükəsizliyi tələblərinə riayət etməklə, yolların və yol qurğularının qorunmasına riayət edilməklə yalnız saz nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.

Yolun qorunması, iqlim şəraiti, təmir işlərinin aparılması və digər lazımi şəraitlər tələb edərsə yol təşkilatları DYP ilə birlikdə yollar üzrə hərəkəti dayandıra və məhdudlaşdıra bilər.

Yollarda təhlükəli sahələri aşkar edən sürücülər dərhal yol təşkilatlarına məlumat verməlidirlər.

Avtomobillərin hərəkətinə yalnız yolun hərəkət hissəsi üzrə və körpülər üzrə icazə verilir. Avtomobilin yol çiyninə keçməsinə yalnız məcburi dayanmalar zamanı icazə verilir. Həmçinin hərəkət hissəsinin eni kiçik olduqca qarşıdan hərəkət zamanı avtomobilin çiyin üzrə hərəkətinə icazə verilir. Yolları çirkləndirən yüklərin qablaşdırılmadarı daşınmasına, həmçinin onların yol çiyinlərində yüklənib boşalmasına icazə verilmir. Torpaq və inşaat işlərində işləmiş nəqliyyat vasitələrinin təkərləri təkmilləşdirilmiş örtüyə çıxmazdan əvvəl çirkdən və palçıqdan təmizlənməlidir.

Piyadalar, əgər onlar üçün səkilər nəzərdə tutulmayıbsa hərəkətin istiqamətinin əksinə, yol boyu hərəkət etməlidirlər (çiyin üzrə). Yollara giriş və onlardan çıxış və həmçinin avtomobillə yolun kəsişməsi yalnız xüsusi avadanlıqlıqlaşdırılmış keçidlərdə olmalıdır. İstənilən yerlərdən yola giriş çox təhlükəlidir. Belə ki, görünmə kifayət qədər yaxşı olmayan yerlərdə yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarar. Yağışlı havada kənardan palçığın təkmilləşdirilmiş örtüyə gətirilməsi və nəticədə örtüyün çirklənməsi baş verir.

Hərəkət hissəsi daxilində avtomobilə yanacaq yaxud sürtgü materiallarının doldurulması kimi işlərə, həmçinin yüklərin nəqliyyat vasitələrinə yüklənməsi və onların bərkidilməsinə icazə verilmir. Yalnız kəskin lazımlı anda, sutkanın işıqlı vaxtı bu işlərin görülməsi mümkündür (sərnişinlər üçün mümkündür).

Uzun müddətli dayanmaq üçün sürücülər yoldan çıxmalıdır. Taxta körpülərin (100 m) yaxınlığında ocaq qalamaq, siqaret çəkmək qadağandır.

İriqabaritli nəqliyyat vasitələrinin yollar üzrə hərəkəti körpülərdə və kiçik radiuslu əyrilərdə qəzaya səbəb ola bilər. Hündürlüyü 3,8 m-dən, eni 2,5 m-dən böyük olan nəqliyyat vasitələrinin yollar üzrə hərəkətinə yol xidməti idarələrinin və hərəkəti nizamlama orqanlarının icazəsi olmalıdır. Uzun ölçülü yüklərin daşınması zamanı yük nəqliyyat vasitəsindən 2 m-dən çox məsafəyə çıxa bilməz.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin