BATAQLIQ YERLƏRDƏ AVTOMOBİL YOLLARI Bataqlıq yer səthinə izafi rütubət nəticəsində ilin əksər vaxtında suyun yığılması və torf qatının əmələ gəlməsidir. Respublikamızda demək olar ki, bataqlıq sahə yoxdur. Lakin bataqlıq yerlərdən yolların çəkilməsi və bu haqda anlayışın olması müəyyən əhəmiyyət kəsb edir. Bataqlığın iki növünü fərqləndirirlər: 1) üst bataqlıq, 2) alt bataqlıq. Üst bataqlıq atmosfer yağıntılarının yerin az maili hissəsində yığılması nəticəsində əmələ gəlir. Bu bataqlığın bütün qalınlığı tortdan ibarət olur və rahat qurumaq qabiliyyətinə malikdir.
Tamamilə torfsuzlaşdırılmış yol
Qismən torfuzlaşdırılmış yol
Torfuzlaşdırılmış yol
Alt bataqlıq göllərin və yavaş axan çayların bataqlıqlaşması nəticəsində əmələ gəlir. Belə bataqlıqlarda tort qatı altında qapalı yığılıb qalır. Belə bataqlıqlarda tort qatı az möhkəmliyə malik olur və yolun çəkilməsi üçün istifadə olunan torpaq tökmələrinə dözmür. Ona görə belə bataqlıqlardan yolların çəkilməsi zamanı onu tamamilə dağıdırlar və bataqlığın dibinə qum tökürlər. Yazda bataqlıq yerlərdə hərəkət yalnız xüsusi avadanlıqlaşdırılmış yollar üzrə mümkündür. Bu yollar tökülmüş torpaq qatın üzərindən çəkilir (Torf qatı bataqlığın yumşaq üst qatıdır). Torf qatı bir qədər yumşaqdır. Yolların çəkilişindən sonra bu qat yol örtüyünün təzyiqi nəticəsində sıxılıb kənara çıxır. Onun altında yığılan su qatı təzyiq nəticəsində sıxılır. Ona görə çəkilişdən sonra torf tamamilə yaxud qismən yolun altından sıxılıb çıxır.
a)
b)
c)
Aşağı kateqoriyalı yollarda bataqlıq rayonlarda ağac gövdələrinin tətbiqi geniş yayılmışdır. Belə ki, standart kəsilmiş gövdələr ucları bir-birinə bağlanmaqla bataqlığın üstündən sərilir. Gövdələrin üstündən hamarlığı təmin etmək üçün çınqıl tökməlidir. Ağac tirlərinin duzğun qurulmaması və nazik qatda qurulması ağacı istismar keyfiyyətinə malik yolun alınmasına səbəb olar. Hərəkət rahatlığı pozular.
maili örtük d=15-25sm