Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ


TƏMİR XİQMƏTİNİN VƏZİFƏLƏRİ VƏ AVTOMOBİL



Yüklə 0,9 Mb.
səhifə26/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   22   23   24   25   26   27   28   29   ...   43
Avtomobil yollarının müasir problemləri

TƏMİR XİQMƏTİNİN VƏZİFƏLƏRİ VƏ AVTOMOBİL

YOLLARININ SAXLANMASI
Avtomobil yollarının fasiləsiz işinin təmini, onların müasir səviyyədə təmiri və avtomobil daşımalarına xidmətə təmir xidməti və yolları saxlayan orqanlar tərəfindən həyata keçirilir.

Onların əsas vəzifələrindən biri yolun deformasiyasının aradan qaldırılmasıdı (hansı ki, avtomobil nəqliyyatının istifadə effektivliyini kəskin şəkildə azaldır və yolların tam dağılmasına səbəb olur).

İstismar xidmətinin əsas vəzifələrindən biri də iqlim şəraitinin (amillərinin) yolun hərəkət hissəsinə təsiri ilə mübarizədir. Onların bəzisi qar yağıntısı, çovğun yollar üzrə hərəkəti tam dayandıra bilər.

Yolun saxlanmasına və xidmətinə cavabdeh orqanlar yazda yeraltı rütubətin artması zamanı ağır çəkili nəqliyyat vasitələrinin örtüyü kifayət qədər bərk olmayan yollar üzrə hərəkətini məhdudlaşdırır, yığılmış suları suötürücü sistemlərlə kənarlaşdırılmasını təmin edir.

Son illərdə yolların təmiri və saxlanması xidmətinin işi bilavasitə hərəkətin təhlükəsizliyi ilə bağlıdır. Bura təhlükəli sahələrdə məhdudlayıcıların qoyulması, sürüşkən sahələrdə hamar səthi işlənməsi (hazırlanması) kimi işlər daxildir. Dövlət yol polisi ilə razılaşma əsasında təhlükəli sahələrdə sürət məhdudlayıcı nişanlar qoyurlar. ABŞ-da yol istismar müəssisələrində ilin müxtəlif periodlarında yolun işinin hesabını aparan, yol nəqliyyat hadisələrinin səbəbini analiz edən və hərəkətin təhlükəsizliyinin artırılması üçün tədbirlər layihələrini işləyən mühəndislər fəaliyyət göstərirlər. Avtomobil nəqliyyatının yol şəbəkəsinə nisbətən daha sürətlə inkişafını nəzərə alsaq hərəkətin təşkili və təhlükəsizliyinin təminində yol təşkilatlarının rolu daha da artacaq.

İntensiv hərəkətli avtomobil magistrallarında yanacaq doldurma məntəqələri, avtomobillərin texniki xidmət və təmiri stansiyaları, mehmanxana və yeməkxanalar nəzərdə tutulur.

Kütləvi yük və sərnişin yığını olan məntəqələrdə- sərnişin və yük əməliyyatlarına xidmət edən avtostansiyalar tikilir.

Uzaq məsafələrə daşımaların təşkili üçün avtonəqliyyat müəssisələri tərəfindən marşrutun yol şəraitinin öyrənilməsi mühüm əhəmiyyətə malikdir.

Bu məqsədlə xüsusi yol atlasları və marşrut xəritəliləri çap olunur. Burada yaşayış məntəqələri, onlar arasındakı məsafə, döngələr və qovuşma yerləri göstərilir. Bəzən xəritədə yol örtüyünün tipini göstərirlər və aşırımlar üzrə yol şəraitinin ümumi xarakteristikasını verirlər. Yollar haqqında hərtərəfli məlumat almaq üçün yolun xətti qrafikindən istifadə edirlər. Burada qısaldılmış uzununa profil, buraxıla bilən mailliklər (‰), kilometrlər, yan şəraitlər (sağ və sol tərəflərdə nələr var), yol tikinti idarələri və yol sahələrinin sərhədləri, örtüyün tipi, minimal radiuslar, süni qurğular, torpaq qatının qruntu, istinad divarları, örtüyün texniki vəziyyəti barədə məlumatlar verilir.

Yolların təmiri prosesində tədricən ayrı-ayrı inşaat xarakterli işlər yerinə yetirilir. Sonra ardıcıl görülən işlər nəticəsində ağac körpülər dəyişdirilir, kiçik dönmə radiusları aradan götürülür və s.

Yol səthinin ardıcıl işlənməsi nəticəsində çınqıl örtüyü tədricən təkmilləşdirilmiş örtüyə çevirirlər. Yolların təmiri və saxlanması ilə məşğul olan təşkilatlar həmçinin mövcud avtomobil yolları boyunca müdafiə və bəzək xarakterli meşə zolaqlarını salırlar.

YOLLARDA TOZA QARŞI MÜBARİZƏ


İsti yay günlərində toz yolların istismar keyfiyyətini kifayət qədər pisləşdirir və avtomobil parkının istifadə effektivliyini azaldır. Təkmilləşdirilmiş örtüklü yollarda toz əsasən bərk olmayan yol çiynindən və həmin yola birləşən torpaq yollardan hərəkət hissəsinə gətirilən palçıqdan (torpaqdan) əmələ gəlir. Çınqıl örtüklü yollarda toz yol örtüyünün materialının aşınması nəticəsində əmələ gəlir. Toz hissəciklərinin ölçüsü 5 - 7 mkm təşkil edir.

Quru havada avtomobilin hərəkəti zamanı toz havaya qalxır və toz buludu əmələ gətirir. Qara torpaq yollarda toz buludun uzunluğu 150m-ə qədər çatır. Yük avtomobillərinin hərəkəti zamanı toz buludu 8-11 m yüksəkliyə qədər qalxır, tozun həcmi 1m havada 1,5-2q təşkil edir. Kütləsiz havada tək avtomobilin qaldırdığı toz 1,25-1,65 dəq. qalır. Toz görməni pisləşdirir və avtomobillər bir-birindən uzaq məsafədə hərəkət edirlər. Bu da yolun buraxma qabiliyyətini pisləşdirir (aşağı salır).

Toz avtomobilin hissələrinin aşınmasını artırır. Yol kənarı tarlalara toz qonaraq oradakı bitki örtüyünü yandırır, qurudur. Pambıq tarlalarında onun keyfiyyətini pisləşdirir. Yol kənarı sahələrdə əkilmiş taxılın məhsuldarlığını yol kənarı 30-50 m-lik zolaq boyu 15-35% azaldır.

Yollardan tozun kənarlaşdırılması çətin və müqayisədə yüksək xərc tələb edən işdir. Təkmlləşdirilmiş örtüklü yolları su tökməklə mexaniki fırçalarla (şotka) təmizləyirlər. Keçid örtüklü və aşağı tip örtüklü yollar tozdan təmizləmə vasitəsi kimi toz hissəcikləri birləşdirən materiallardan istifadə olunur. Belə materiallar maye qır (bitum) sənaye istehsalının bəzi tullantıları, mazut və s. ola bilər. Az müddətli effekt verən hidroskopik duzlardan-xloridlərdən istifadə etmək mümkündür.



Bunlardan istifadə yollan 2-4 həftə tozdan qorumaq mümkündür. Bu zaman havadakı nəmlikdən istifadə olunur (duzların köməyi ilə). Xloridlər sudakı nəmişliyi udur.

Torpaq yollardan toz qreyder vasitəsilə yığılır ki, bu da hiss olunacaq dərəcədə effekt verir.

Şəhər şəraitində bərk örtüklü yolların tozdan təmizlənməsi üçün yollara su tökülür. Suyun miqdarı 0,15-0,25 l/m2 olmalıdır. Bu zaman yalnız tozdan qorunma deyil, həmçinin küçələrin yuyulması nəzərdə tutulur. Bu da gigiyenik baxımdan lazımlıdır. Şəhərkənarı yolların su ilə yuyulması az səmərəlidir və iqtisadi cəhətdən özünü doğrultmur.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin