Avtomobil yollarinin müASİr problemləRİ avtomobil yollarinin yaranma tariXİ



Yüklə 0,9 Mb.
səhifə25/43
tarix02.01.2022
ölçüsü0,9 Mb.
#41221
1   ...   21   22   23   24   25   26   27   28   ...   43
Avtomobil yollarının müasir problemləri

ŞƏHƏR KÜÇƏLƏRİ VƏ YOLLAR

Avtomobil nəqliyyatı ilə daşımaların əksər hissəsi şəhər daxilində yerinə yetirilir. Bu daşımaların effektivliyi şəhərin nəqliyyat planından asılıdır. Bura küçə şəbəkəsi, şəhərin ərazisində istehsalat müəssisələrinin yerləşməsi planı, vağzal və körpülərin (limanların) ictimai binaların yerləşməsi planı, həmçinin şəhərətrafı yolların qovuşması planı aiddir.

Müasir şəhərlərin layihələndirilməsi nəqliyyat planlaşdırılmasından başlanılır. Qədim şəhərlərdə planlaşdırma sosial və topoqrafik şəraitin təsiri altında aparılıb. (Məsələn. Bakının İçərişəhər hissəsi radial-dairəvi sistem üzrə planlaşdırılıb. Sonradan salınmış şəhər olan Sumqayıt düzbucaqlı planlaşdırma əsasında tikilib).

Küçə şəbəkəsinin planlaşdırılması nəqliyyatın işinə böyük təsir göstərir. Qısa məsafələr üzrə müqayisə göstərir ki, hava xəttinə əsasən müqayisədə düzbucaqlı planlaşdırma məsafəni 30%, radial-dairəvi planlaşdırma 10 % uzaqlaşdırır. Lakin ikinci halda şəhərin mərkəzi nəqliyyat vasitələri tərəfindən çox yüklənir.

Ona görə də yuxarıda göstərilən düzgün həndəsi planlaşdırılmaların çatışmamazlıqlarını aradan qaldırmaq üçün düzbucaqlı planlaşdırmada diaqonal küçələr, radial-dairəvi planlaşdırmada vətər magistralları daxil edilir.

Təyinatına və daşıma xidmətinə görə müxtəlif hesabi sürətlərə layihələndirilən küçə və şəhər yollarının bir sıra kateqoriyalarını fərqləndirirlər.



  1. V=120 km/saat hesabı sürətli yollar (iri şəhərlərdə rayonların arasında əlaqə yaratmaq üçün).




  1. Magistral küçələr və yollar:

- Kəsilməz (intensiv) hərəkətli (V=100 km/saat) ümumşəhər əhəmiyyətli, yaşayış, sənaye və ictimaı mərkəzləri birləşdirmək üçün yollar. Bu yollar digər küçələrlə müxtəlif səviyyədə kəsişir.

- Yuxanda göstərilən məqsədi daşıyan, nizamlanan hərəkətli (V=80 km/saat), eyni səviyyədə kəsişən yollar

- Şəhərin sənaye və anbar zonaları arasında sənaye və inşaat yüklərinin daşınması üçün nəzərdə tutulan yollar (V=80 km/saat).


  1. Yerli əhəmiyyətli küçə və yollar (V=60 km/saat)

- yaşayış mikrarayonlarını yaşayış rayonlarının magistral küçələri ilə birləşdirən yaşayış küçələri.

  • Rayon daxili yüklərin daşınması üçün nəzərdə tutulan yollar.

- Piyada küçələri, iş yerlərini, xidmət müəssələrini, istirahət yerlərilə və ictimai nəqliyyatın dayanacaqları ilə birləşdirən yollar.

  • Mikrorayonlar arası nəqliyyat əlaqələri üçün keçidlər.

Şəhər küçəsinin eninə profili hərəkət hissəsini, tramvay yolu, velosiped yollarını, yaşıllıq zolaqlarını, səkini özündə birləşdirir.

Hərəkət hissəsinin eni pik saatında hərəkətin hesabı intensivliyinə əsasən hesablanır.

Hesablama əvvəlki dərslərdə keçilmiş metodikaya əsasən aparılır.

Lakin yolayrıcılarına çıxan avtomobillər üçün svetoforun qırmızı siqnalında gözləmənin hesabına yavaşıdıcı düzəltmə əmsalı daxil edilir. Bu əmsalın qiyməti yolayrıcıları arasındakı məsafədən və verilmiş küçə üzrə hərəkət sürətindən asılıdır.

60 km/saat sürətlə hərəkət zamanı yolayrıcıları arasında məsafə 300 m olduqda bu əmsal 0,4-0,5 qəbul olunur.

Səkinin enini həmin küçədə olan ictimai təşkilatların, mağazaların, kinoteatrların sayını nəzərə almaqla mümkün olan piyadaların sayına görə və küçənin kateqoriyasına görə təyin edirlər.

Səkinin eninə 0,75 m-1m buraxma qabiliyyətini 600-1000 piyada/saat qəbul edirlər.

Küçələrin altından yeraltı kommunikasiya şəbəkəsi salınır.

Kanalizasiya boruları 2,5m dərinlikdən, su boruları 1,6-2m dərinlikdə, qaz boruları -16,5m, zəif və güclü cərəyan kabelləri 0,6 - 0,8m, telefon kabelləri 0,8 - 1,3m dərinliyində yerləşdirilməlidir.


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin