TƏDQİQAT OBYEKTİ (ped-da.) – daxilində öyrəniləcək əşyanın olduğu ped. mühit, sahədir. T.o. insanların təhsil sferası və tərbiyəsi daxildir, predmetinə isə bu sferada baş verən proseslərin qanunauyğunluqları nəzərdə tutulur.
TƏDRİS FƏALİYYƏTİNİN AKTİVLƏŞDİRİLMƏSİ - onun intensivləşdirilməsi və effektivliyinin artırılması məqsədilə həyata keçirilən tədbirlərin cəmidir. Üç istiqamət üzrə həyata keçirilir: a) pedaqoji - idraki maraqları stimullaşdıran forma və metodlardan istifadə etmək; b) sosial-psixoloji – üzvlərinin rəqabətinə və qarşılıqlı öyrənməsinə şərait yaradan tədris qrupu daxilində şəxsiyyətlərarası ünsiyyəti təşkil etmək, pedaqoq və qrup tərəfindən fərdi nailiyyətlərin dəstəklənməsi; c) sosial - iqtisadi – tədris fəaliyyətinin daha yüksək nəticələri üçün şəxsi sosial iqtisadi marağın artması.