Axc mühacirlərinin fəaliyyətləri


Avropada mühacir təşkilatları



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#100737
1   ...   7   8   9   10   11   12   13   14   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Avropada mühacir təşkilatları
Məhəmməd Əmin Rəsulzadə (aşağıdan mərkəzdə) mühacir illərində


Avropada Azərbaycan mühacirlərinin
yaratdığı ilk siyasi təşkilat "Azərbaycan
İstiqlal Komitəsi" idi. 1924-cü ildə
Almaniyada təhsil alan azərbaycanlı
tələbələrin bazası əsasında yaradılan bu
təşkilatın ilk sədri Heydər adlı bir mühacir
olmuşdu. Sonralar Almaniyada yaxşı
tanınan Hilal Münşinin sədri olduğu AİK,
yaydığı ideoloji-siyasi ədəbiyyat, məcmuə,
eləcə də verdiyi konfranslarla uzun illər
Avropa ictimaiyyətinin və dövlətlərinin
diqqətini Azərbaycanın müstəqilliyi
məsələsinə cəlb edə bilmişdi. ΙΙ Dünya
müharibəsi başlayanda M.Ə.Rəsulzadə
və Hilal Münşi tərəfindən Berlində Milli
Azərbaycan Komitəsi yaradıldı. MAK-ın
proqramında deyilirdi: "Azərbaycanın milli


haqlarını qorumaq, vətənin xilas və
istiqlalı üçün mübarizə aparmaq, Qafqaz
millətlərinin dostluqları və siyasətcə bir
yerdə yaşamaları üçün çalışmaq…
Komitənin əsas qayəsini təşkil edir".
Azərbaycan milli legionlarının
formalaşdırılmasında mühüm rol
oynayan bu komitə, eyni zamanda
M.Ə.Rəsulzadənin yazdığı kimi, "Milli
Azərbaycan davasının əsaslarını alman
məqamlarına qəbul etdirmək üzrə
fəaliyyətə keçmişdi". M.Ə.Rəsulzadənin
rəhbərliyi ilə 1945-ci ildə Münhendə yeni
bir təşkilat da meydana gəlmişdi. Bu
Azərbaycan Demokratik Birliyi idi və
müharibə qurtardıqdan sonra çox
acınacaqlı vəziyyətə düşmüş


azərbaycanlı hərbçiləri müxtəlif ölkələrdə
yerləşdirməyə çalışırdı. ADB-nin sədri
M.Ə.Rəsulzadə vətənə dönmək
istəməyən soydaşlarına müraciət edərək,
onları qarşıdakı çətinliklərə,
məhrumiyyətlərə baxmayaraq ruhdan
düşməməyə çağırırdı. Müraciətdə deyilir:


Əziz mühacirlər! 6 ildir davam edən
İkinci Cahan hərbi artıq sona yetdi.
Hərb almanların məğlubiyyəti, Qərb
müttəfiqlərinin zəfəri ilə nəticələndi.
Bizim mücadiləmiz isə davam
edəcək, çünki müqəddəs vətənimizi
işğal altında tutan Sovet kommunist
rejimi müttəfiqlərin yanında yer
almaq imkanına sahib oldu...
Yurddaşlar, yurdumuza dönənə qədər
yaşayacağınız ölkələrdə sizə bəxtiyar
olmağınızı dilərik. Bu vəsiqə ilə qısa
adı ADB olan Azərbaycan Demokratik
Birliyi ətrafında birləşməyə çağırırıq.
1943-cü ildə, müharibənin gedişində
könüllü alman tərəfinə keçən mayor


Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski
tərəfindən "AzərbaycanınMilli Birlik
Məclisi" adlanan bir siyasi təşkilat da
yaradılmışdı. Müharibədə Azərbaycan
müstəqilliyinin Almaniya tərəfindən
tanınması uğrunda mübarizə aparan bu
təşkilat müharibədən sonra bir sıra yeni
mühacirləri, o cümlədən əski
mühacirlərdən Ə.Şeyxülislam,
C.Hacıbəyli, İ.Əkbər, C.Kazımbəy və b. öz
ətrafında birləşdirərək Müsavatın Xarici
Ölkələr Bürosuna və AMM-ə müxalifət
mövqeyində dayanırdı.
Azərbaycan mühacirəti
müharibə illərində



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin