Axc mühacirlərinin fəaliyyətləri



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix19.04.2023
ölçüsü0,67 Mb.
#100737
1   ...   7   8   9   10   11   12   13   14   15
Azərbaycan Xalq Cümhuriyyəti mühacirlərinin fəaliyyətləri — Vikipediya

Azərbaycan legionlarının
formalaşdırılması
1941-ci ildə alman-sovet müharibəsinin
başlaması, Azərbaycan mühacirətinin
fəaliyyət istiqamətlərini dəyişmə
zəruriyyəti ilə üzləşdirdi. Mühacirlərin
müharibə dövründəki fəaliyyətini üç
qismə ayırmaq olar:
Əsir düşmüş azərbaycanlıların xilas
edilməsi, ayrıca döyüş legionlarının
təşkili.
Almaniyanın Azərbaycanın
müstəqilliyini tanıması istiqamətində
aparılan iş.


Müharibə bitdikdən sonra hərbi əsirlərə
və əsgi legionçulara yardım göstərmək.
Müharibənin elə ilk aylarından sovetlər
tərəfindən almanlara xeyli adam əsir
düşmüşdü. Alman tədqiqatçısı P.Mühlen
yazır: "1 noyabr 1941-ə qədər Alman
kamplarında (əsir düşərgələrində-X. İ.) iki
milyondan artıq sabiq Qızıl Ordu
mənsubu toplanmışdı. Hətta Rozenberq
onlarının sayının 3,6 milyon olduğunu
göstərirdi. Həmin əsirlərdən və ya könüllü
almanlar tərəfə keçənlərdən nə qədərinin
azərbaycanlı olması barədə isə
Ə.Fətəlibətli-Düdəninski (Azərbaycan
legionlarının təşkilatçılarından və
rəhbərindən biri) aşağıdakı məlumatı
verir: "Almaniya tərəfə keçən azəri


türklərinin sayı 150 min, bütün türklərin
və başqa qafqazlıların sayi isə milyona
çatırdı". 1941-ci ilin avqustundan etibarən
Sovet əsirlərini milliyyətlərinə görə ayrılıb
düşərgələrdə yerləşdirmək işinə
başlanmışdı. Artıq dekabrda Rozenberqin
özü də milli legionların formalaşdırılması
haqqında qəti qərara gəlmiş və Hitlerə
bununla bağlı rəsmi müraciət və bir plan
təqdim etmişdi. "Plan Hitlerin onayına
razılığına nail olmuş və 22 Dekabr 1941-
ci ildə OKW rəsmən birər türkistanlı,
erməni, gürcü və Müsülman Qafqasiyalı
legionun təşkili əmrini vermişdi. Bu
sonuncusu sonra Azərbaycanlı və Quzey
Qafqasiyalı legionu olmaq üzrə ikiyə
ayrılmış və 1942-ci ilin son baharında


Volqa tatarlarının da legionu təşkil
olunmuşdur". Azərbaycan
mühacirlərindən əski legionçu Süleyman
Təkinər yazırdı:
Rus məhkumu millətlərin almanlar
səfindəki bu mücadiləsinə
millətlərarası bir mahiyyət verərək
dünya əfkakı diqqət nəzərinin də bu
işə təvəccühünü sağlamaq zərurəti
vardı.
İlk legionlar işğal altında olan Polşada
yaradıldı. Onlar qismən alman silahları,
qismən də döyüşlərdə ələ keçən hərbi
qənimətlərlə təchiz olunurdular. Hər bir
legiona rəhbərlik edən hərbi heyətin
təxminən 20–25%-ni alman zabitləri


təşkil edirdi. Əski legionçulardan
Məhəmməd Kəngərli və Kərrar
Ələsgərlinin bildirdiyinə görə "Boz qurd",
"Cavad xan", "Aslan", "Berqman" (Dağlı) və
b. taburlarda qruplaşdırılan Azərbaycan
legionçularının ümumi sayı 70 mindən
çox idi. Hər bir milli legion almanlar
tərəfindən maliyyələşdirilən qəzet
çıxarırdı. Azərbaycan legionçuları Məcid
Musazadənin(Qarsalani) redaktorluq
etdiyi "Azərbaycan" və o qədər də geniş
yayılmayan "Hücum" qəzetlərini və "Milli
Birlik" dərgisini (Cəlil İskəndər)
yayımlayırdı. 1944–45-ci illərə qədər dərc
olunan bu mətbuat orqanlarında əsasən
legionçuları "bolşeviklərə qarşı
mübarizəyə" ruhlandıran məqalələr,


Ə.Cavad, M.Müşfiq, A.İldırım kimi
şairlərin şerləri və b. yazılar dərc edilirdi.
Ə.Fətəlibəyli-Düdənginski general
L.Biçeraxova açıq məktubunda yazırdı:



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin