Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Turan sevdalısı - Böyük Türk mütəfəkkiri Ziya Göyalp



Yüklə 6,61 Mb.
səhifə34/76
tarix02.01.2022
ölçüsü6,61 Mb.
#1659
1   ...   30   31   32   33   34   35   36   37   ...   76
2.12. Turan sevdalısı - Böyük Türk mütəfəkkiri Ziya Göyalp
Başda Ənvər Paşa və Mustafa Kemal Atatürk olmaqla, II Məşrutiyyət, İstiqlal savaşı və Cümhuriyyət dövru Türkiyəsi, həmçinin bütün Türk dünyasının ideoloji, siyasi, sosyal, və mədəni həyatında mühüm rol oynayan Türk aydınlarının bir çoxunun düşüncələrinə istiqamət verən ən böyük fikir adamlarından biri olan məşhur sosyoloq və ideoloq Ziya Göyalp (1876-1924) 23 mart 1876-cı ildə Türkiyənin Diyarbakır şəhərində anadan olmuşdur.

Ziya Göyalp ilk təhsilini “Mərcimək örtməsi” adlı bir iptidai məktəbdə almış, sonra hərbi Rüştiyyədə daha sonra isə Mülki İdarə Məktəbində oxumuşdur. Atası bir müddət Diyarbakır Evrak Müdiri, Nüfus Müdiri, Vilayət İdarə Məclisi üzvü və “Diyarbakır” adlı qəzetin baş yazarı aydın fikirli Mehmet Tevfik Efendi ona böyük vətənsever şair və mütəfəkkir Namiq Kamalı sevdirmiş əsərlərini ona oxutdurmuşdur. Əmisi Hasib Əfəndidən ərəbcə, farsca və İslam fəlsəfəsini, doktor Yorgidən də təbii elimləri və fəlsəfəni öyrənən Ziya Göyalp gəncliyində bir inanc böhranı keçirmiş, hətta intihara baş vuraraq qafasına güllə sıxmış, lakin təsadüf nəticəsində sağ qalmışdır. Güllə başında qaldığından ölümlə çarpışdığı anlarda daha sonralar inkişaf etdirəcəyi bəzi həqiqətləri kəşf etmək şərəfinə nail olmuşdur. Bu həqiqət kəşfi fərd və cəmiyyət həyatında Məfkurənin rolu idi. Ziya Göyalpa görə: “Fərdlər və Millətlər böhranlı anlarda kəşf etdikləri ideallar vasitəsi ilə qurtulurlar” (Ziya Göyalp, Türkçülüyün əsasları, İstanbul 1972, səh-II) Ziya Göyalp bu fikri yazanda hələ “Türkçülüyün əsasları”nda irəli sürdüyü fikirlərə yiyələnmişdir. Özünün tədbiri ilə hələ bir “Ümid Fəlsəfəsi” arayışında idi.

1895-ci ildə qardaşı Nihat bəy tərəfindən İstanbula gətirilən Ziya Göyalp Baytarlıq məktəbinə daxil olmuş burada o dövürdə rejim əleyhinə çalışanlarla əlaqə yaratdığından və çap etdirdiyi “Bahar” məcmüəsini gizli şəkildə yaydığından 1898-ci ildə həps edilərək 10 ay Taşkışla, 3 ay da Zəptiyyə həpsxanalarında saxlandıqdan sonra Diyarbakıra göndərilmişdir. Öz doğma yerində göz həpsində tutulan Göyalp burada ölən əmisinin qızı Vəcihə Xanımla evlənmişdir. Diyarbakırda Ticarət Odası fəxri katibliyi Vilayət idarə məclisi Zabit katibliyi kimi vəzifələrdə çalışmış “Diyarbakır” qəzetində yazılar çap etdirmişdir. 1908-ci ilə qədər Diyarbakırda qalan Ziya Göyalp II məşirtiyyət elan edilincə “İttihat və Tərəqqi” Cəmiyyətinin Diyarbakır şöbəsini yaradır, “Diyarbakır” qəzeti və özünün nəşr etdirdiyi “Peyman” qəzetində fikirlərini nəşr etdirir. Bu dövrdə Ziya Göyalp hələ “Türkçü” deyil, “Osmanlıçı” və “İslamçı” idi.

1909-cu ildə “İttihad və Tərəqqi” Cəmiyyətinin Səlanik Qurultayında Diyarbakırdan təmsilçi kimi qatılan Göyalp burada dövrün ən böyük sosioloqlarından sayılan Emil Durkheimin əsərlərindən yararlanaraq Türkiyənin sosial və siyasi məsələlərini incələyir, aradığı ideyanı özündən əvvəlki Türkçülərin irəli sürdüyü “Turançılıq”da bulur. Ali Canib və Ömər Seyfəddinin nəşr etdirdikləri “Gənc Qələmlər” dərgisində yazılar çap etdirən Ziya Göyalp xüsusilə “Turan” şeri ilə bu jurnala öz sosial fikirləri və “Turançılıq” ideyası ilə yep-yeni bir ruh gətirmişdi. Bu dövrdə Türk gəncliyi qurtarıcı bir məfkurə arayırdı ki, Ziya Göyalpın “Turan” şeri, bu şerin şərh və təsviri bu məfkurənin ilk qığılcımı oldu. “Turan” şeri Ziya Göyalpın fikri inkişafında bir dönüş nöqtəsi idi.

1912-ci ildə Erqani Sancağından millət vəkili seçilən Ziya Goyalp İstanbula gələrək, burada həm “İttihad və Tərəqqi” Partiyasında siyasi fəaliyyətini davam etdirmiş və həm də sosiologiyanı çox gözəl tədqiq etdiyi üçün Darülfünunda (Universitetdə) Sosyologiya bölməsi yaratmış, orada bu fəndən dərs demişdi. “İttihad və Tərəqqi” Partiyasının Mərkəzi təşkilatının üzvü olan Ziya Göyalp o dövrdə yapılan bir çox sosyal reformaların müəllifi və həyata keçiricisi kimi fəaliyyət göstərmişdi. Tədqiqatçılar göstərirlər ki: “Bu illərdə Göyalpın ən həyəcanlı oxucularından biri, daha sonra Türkitədə ən böyük sosyal reformları yapacaq olan Mustafa Kamal (Atatürk)dır” (Prof. Dr. Mehmet Kaplan, Ziya Gökalpın hayatı ve eserleri hakkında bir kaç söz, Bax: Ziya Gökalp, Türkçülüyün esasları, İstanbul 1972, səh.4)

Ziya Göyalp 1918-1922-ci illərdə Türk tarix və mədəniyyətini yeni bir görüşlə incələyərək elmi Milliyyətçiliyin əsaslarını işləyib hazırlamış, elmi ilə yanaşı dünyagörüşünü və ideyasını anladan şeirlər yazmış, yeni fikirləri ilə bu illərdə vücuda gələn Türk Milli Ədəbiyyat axınının təşəkkülündə mühüm rol oynamış, Türk ədəbiyyatına xalq dilinin, Türk tarix, əfsanə və xalq ədəbiyyatının qapılarını açmış, onları küll halında milli və sosyal mübarizələrin bir sözcüsü halına gətirmişdi.

1919-cu ildə İstanbulu işğal edən İngilislər “İttifad və Tərəqqi” Partiyasının öndə gələn nümayəndələrini, o cümlədən Ziya Göyalpı həbs edərək Əhməd bəy Ağaoğlu və digərləri ilə bərabər Malta adasına sürgün etmişdilər. Osmanlı İmperatorluğunun parçalanması, ərazilərinin düşmənlər tərəfindən bölüşdürülməsi və Mustafa Kamal Paşanin başlatdığı İstiqlal Savaşı iki ilə qədər sürgündə olan Ziya Göyalpı da digər Türk aydınları kimi daha realist düşünməyə sövq etdirmiş və o, 1921-ci ildə sürgündən qayıtdıqdan sonra Diyarbakıra gələrək “Kiçik Məcmuə” adlı dərgi nəşr etdirməyə başlamışdı. Anadoluda İstiqlal Savaşının qələbə ilə nəticələnməsi, Ankarada Mustafa Kamal Paşanın öndərliyində bir dövlətin qurulması, Ziya Göyalpa böyük ümidlər vermişdi. Yeni nəsli müasir dövrə hazırlamağa başlayan Mustafa Kamal Atatürk bir “Təlif və Tərcümə heyəti” yaradaraq fikirlərinə dərin hörmət bəslədiyi Ziya Göyalpı da bu heyətə daxil etmişdi. Ziya Göyalp bu dövrdə həyatının ən dolğun dövrünə daxil olmuşdu, 1923-cü ildə Diyarbakırdan Türkiyə Millət Məclisinə millət vəkili seçilən Ziya Göyalp özlədiyi Milli Dövlətin – Türkiyə Cümhuriyyətinin ideologiyasının təməl prinsiplərini hazırlamağa başlamış, fəqət 1924-cü ildə xəstələnərək 48 yaşında ikən 25 oktyabrda gözlərini bu dünyaya əbədi olaraq yummuşdu.

Ziya Göyalpın ölümü bütün Türk dünyasında böyük üzüntü yaratmış, o dövr Türkiyə qəzet və dərgilərində onun dəyərini anladan xeyli yazı dərc edilmişdi. Bu yazılarda göstərilirdi ki: “Heç bir zaman, heç bir vəziyyətdə Ziya Göyalpın ruhuna çarəsizlik kimi zəifliklər girməmişdir. Ən müşkül və ən qaranlıq zamanlarda o, daima ətrafına iman və ümid saçmışdır” (Ağaoğlu Əhməd bəy).

“Ziya Bəyin bir şüa olan ağlı söndüyü gündən bəri vətəndəki elmdə qaranlıq vardır” (Yahya Kamal Bayatlı)

“Ziya Göyalp kimi bir adam bir vətənin üstündən torpağı çox qarışdıran bir sapand kimi keçər. Qədim köklər, qədim toxumlar bu sapandın keçdiyi yerdən ta dərinlərə, ölüm təbəqələri içinə qarışmışdır. Bu sapandın keçdiyi yerler yeni bir bahar, yeni bir məhsul verecekdir”. (Həmdullah Sübhü Tanrıövər).

“Ziya Göyalp sosiologiya elminin qurucusu olan Durkheimdən sonra ən böyük sosyoloqdur. Göyalp Tənzimat hərəkatından bəri ən böyük şüur həmləmizdir” (İsmayıl Hakkı Baltaçıoğlu).

“Ziya Göyalp... çox sahəli universal müfəkkirlər zümrəsinə mənsubdur”(Ziyaəddin Fəxri Fındıkoğlu). Və s.

Özündən əvvəlki Əli Suavi Əfəndi (1839-1878), “Yalavaç” (Peyğəmbər) adlandırdığı Əlibəy Hüseyinzadə (1864-1942), Yusuf Akçuroğlu (1879-1935) və s. kimi Türkçülərin fikir və mülahizələrini II Məşrufiyyət dövründə sistemləşdirən Ziya Göyalp “Türkçülük” ideologiyasının elmi əsaslarını işləyib hazırlamış, onu proqram şəklinə salmışdı. Ziya Göyalp tərəfindən sistemləşdirilən “Türkçülük” ideologiyası Türk aydınları və gənc zabitləri arasında sürətlə yayılmış, Balkan hərbi nəticəsində Türk dövlət yetkililəri artıq “Osmanlıçılıq”dan imtina etmiş, “Türklüyə” dayanan “Milli Türk Dövləti” nin yaranması fikri üstünlük qazanmağa başlamışdı. Bu dövrdə artıq “Türkçülük” bir məfkurə halına gəlmiş və Türk dövlətini idarə edənlərdə Türkiyədən kənarda olan Türk-Müsəlman qardaşlarına qarşı yaxınlıq hissləri artmış, Ziya Göyalp anlatmağa çalışdığı “Turan” ölkəsi anlayışı zehinlərdə yer tutmağa başlamışdı. Ziya Göyalpı təqib edən bir sıra yazıçı və şairlər də “Türkçülük” və “Turançılıq” ruhunda əsərlər yazmağa başlamışdılar.

Bəlli bir ideyaya susamış olan və çəkdiyi böyük müsibətlərdən sonra Türk Millətinin mütləq canlanacağına, güclənəcəyinə və tarixə yenidən öz sözlərini deyə biləcəklərinə inanan Türk milli ziyalıları və Türk ordu mənsublarının böyük bir hissəsi “Türkçülük ” idyasını mənimsəmişdilər.

I Dünya Müharibəsi Başlayınca Ziya Göyalp yazdığı “Qızıl Alma” dastanında:


Yüklə 6,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin