Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Fatimə dedi: Allahın rəsulunun (s) məni kişilərin əncam verdiyi işlərdən uzaq tutmasına görə, bir olan Tanrı şahiddir ki, mən necə də sevinirəm."



Yüklə 2,04 Mb.
səhifə118/159
tarix24.12.2023
ölçüsü2,04 Mb.
#192466
1   ...   114   115   116   117   118   119   120   121   ...   159
Fatimə dedi: Allahın rəsulunun (s) məni kişilərin əncam verdiyi işlərdən uzaq tutmasına görə, bir olan Tanrı şahiddir ki, mən necə də sevinirəm."2
Həzrət Bqirin (ə) söylədiyi digər rəvayətdə oxuyururq: "Fatimə, ev işlərini, yemək-çörək hazırlamaq, otaqları süpürüb, təmizləmək kimi işləri öz öhdəsinə götürüb, Əliyə bu haqda zəmanət verdi. Əli də, evdən kənardakı işləri; odun daşımaq və evə azuqə (qazanıb) gətirmək kimi işləri öz öhdəsinə aldı."3
Sözsüz ki, işlərin bu şəkildə bölünməsi, o dövrün ictimai şəraiti ilə sıx bağlıdır. Bu hədislərdən belə nəticə alırıq ki, hər dövrdə və hər bir şəraitdə qadın və kişi çəişət işlərində bir-birilərinə yardım etməlidirlər.


6- Qarşılıqlı hörmət


Sağlam ailə mühitinin yaranmasında mühüm rol oynayan altıncı amil isə ailə üzvlərinin bir-birilərinə qarşı hörmətlə davranmasıdır. Hörmətlə davranmaq, təkcə ailə üzvlərinə aid deyil, əsl həqiqətdə bütün müsəlmanlarla və hətta bütün insanlara aid olunur. Amma şübhəsiz, ər-arvadın, valideyn və övladların qarşılıqlı ehtiram və hörmətlə davranması, sağlam və möhkəm ailə təməllərinin atılmasında müstəsna rol oynadığı üçün, buna daha çox təkid edilmişdir. Diqqət etmək lazımdır ki, kişi ailənin böyüyü olduğu üçün bu barədə daha çox məsuliyyət daşıyır. Elə buna görə də, çoxsaylı rəvayətlərimizdə kişiyə öz qadınına hörmət etməsi tövsiyə olunur. Allahın elçisi (s) buyurur: "Kim ailə qursa, (həyat yoldaşına) hörmət etməlidir."1
Başqa bir hədisdə buyurulur: "Sizin aranızda ən dəyərli şəxs, ailəsi ilə ən yaxşı rəftar edəndir."2
Həmçinin kişiyə tövsiyə olunur ki, evə daxil olduqda öz ailəsinə salam versin: "Ey Ənəs!... Evə daxil olduğun zaman, ailənə salam ver ki, evinin xeyir-bərəkəti çoxalsın."3
Şübhəsiz, kişinin ailəsinə hörmət qoyması, evdə xeyir-bərəkətin və məhəbbətin artmasına xidmət edəcəkdir.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin