İran İslam Cümhuriyyəti ordusunun hərbi məktəb tələbələrinin 8-ci toplantısında bəyanat
İslam imperializmin mənafelərinə qarşı çıxmasaydı...
Bismillahir-Rəhmanir-Rəhim
Mömin gənclərin, pak zabitlərin varlığı nemətinə görə Allah-Taalaya şükr edirik. Bu gənclər İran İslam Cümhuriyyəti ordusu və ölkənin müdafiə sistemi üçün işıqlı gələcək ümidi verirlər. Siz əziz gənclər, bu universiteti bitirənlər və zabitlik dərəcəsi alanlar, eləcə də bu elm, təcrübə, iman meydanına daxil olanlar inşaallah böyük bəhrəyə sahib olacaqlar. Siz mənim əziz övladlarım, İran xalqının əziz və dəyərli övladlarısınız. Sizə uğurlarınıza görə təbrik söyləyirəm, bu ağır yükü çiyninə almış komandanlarınıza, rəislərinizə və məsullara səmimi təşəkkürümü bildirirəm. Bugünki proqram gözəl, məzmunlu, dərin mənaya malik proqram idi. Allah-Taala bu şüarlar, bu üsullar, bu sözlər əsasında sizin canınızı, qəlbinizi, düşüncənizi və əməlinizi illər boyu möhkəm və davamlı etsin.
Silahlı qüvvələr hər bir ölkədə iqtidarın dayaqlarındandır. Ölkənin hərbi gücü onun ümumi və beynəlxlaq qüdrətini nümayiş etdirə bilər. Amma silahlı qüvvələrin özündə bu mənaya səhlənkarlıqla baxmaq olmaz. Güclü ordu o ordudur ki, eşq, mənəviyyat, əzmkarlıq bu ordunun hərəkətlərini məsuliyyət səhnəsində formalaşdırsın, ona istiqamət versin. Əgər iman, bəsirət, əzmkarlıq olmasa, düşmən sıralarına uzaqgörənliklə nəzər salınmasa, hərbçilər və təchizatın çoxluğu təyinedici olmayacaq. Silahlı Qüvvələrdə canlı qüvvələrin və müasir silahların çoxluğu bəs etmir ki, ordu məmləkət və milləti iqtidara çatdırsın. İman, əzmkarlıq, məsuliyyət hissi, hərbi məsuliyyətin dərk olunması lazımdır. Yalnız bu şərtlər daxilində ordu millətin iqtidar sütunlarından ola bilər. İslam Cümhuriyyətinin ordu və SEPAH daxil olmaqla silahlı qüvvələri, bəsic qüvvələri və digər hərbi xidmət göstərənlər illər uzunu öz bacarıqlarını sübuta yetiriblər. Öz mənəvi, elmi, yaradıcı iqtidarlarını ortaya qoyublar. Buna görə də dünya bizim silahlı qüvvələrə ciddi yanaşır, bilirlər ki, məsuliyyət meydanında, döyüş səhnəsində silahlı qüvvələr bütün imkanlarını ortaya qoyur.
Əziz gənclər, bu xalqın fədakar övladları! Bu təhlükəni sahəni xidmət üçün seçənlər! Özünüzü silahlı qüvvələrin hər gün artan məsuliyyətinə hazırlayın. Oxuduqlarınızı, aldığınız təlimləri, düşüncə və araşdırmalarınızı, yiyələndiyiniz hərbi bacarıqlarınızı məmləkətin həqiqi, mühüm iqtidar sütunu olmaq məqsədinə yönəldin.
Universitetin Əmirəlmömininin (ə) adı ilə tanınması böyük iftixardır. Nurani əkslərini gördüyünüz şəhidlər bu universitetdə tərbiyə alıb, səhnəyə çıxıblar. Döyüş meydanlarında olanlar, şəhidlər arasında bir hissəsi də bu universitetin tələbəsidir. Bu universitet bərəkətli bir yerdir. Bu universitetdə elə insanlar tərbiyə olunub ki, İran xalqı onlarla fəxr edir, onları özünə iftixar sayır. Belə bir mərkəzdə hazırlıq keçdiyinizə görə fəxr edib. Bu gün İslam dünyası, hətta bütün bəşəriyyət sizin və İran xalqının şüarlarına ehtiyaclıdır. Bu gün dünya eqoizm və tamahkarlığın qurbanı olaraq əzab çəkir. Müasir dünya yeni və dağıdıcı vasitələrlə fəzilətləri dərk etməyən həvəsbaz insanların ixtiyarındadır. Onlar insanlıqdan xəbərsizdir. Belə bir dünyada İslamın azadlıq fəryadı ucalanda, İslam bayrağı qalxanda hamının diqqəti onu cəlb olunur. Düşmənlər buna reaksiya göstərir. İslamı gözdən salmaq üçün incəsənətdən, hərbdən, siyasətdən, bütün mümkün vasitələrdən istifadə edirlər.
Bu gün dünyanın sənət şirkətlərində istifadə olunan əsas işlərdən biri islamafobiya, insanlarda İslama münasibətdə qorxu yaratmaqdır. Nə üçün? Əgər İslam dünya imperializminin mənafelərinə qarşı çıxmasaydı belə reaksiyalar olmazdı. Görürsünüz ki, müxtəlif qrupları İslam adı altında, İslam hökuməti adlandıraraq silahlandırır, himayə edir, onların əli ilə qətliamlar aparır, ölkələrdəki sabitliyi pozurlar. Bu İslamın nüfuzundan qorxunu göstərir. Həqiqi İslamdan qorxurlar. O İslam ki, sizdən əvvəlki nəsil bu İslamla döyüş meydanlarına çıxdı, siyasət və inqilabda söz sahibi oldu, özünü dünyaya göstərdi. Burada əziz gənclərin qeyd etdiyi kimi siz böyük şəhidlərin, böyük şəhidlərin varislərisiniz. İslamın müsajı bəşəriyyət üçün asayiş, izzət, şərəf, sabit həyat mesajıdır. Düşmənlər istəmir ki, bu İslamı dünya və xalqlar tanısın.
Əzizlərim! Təhsildə ciddi olun, hərb sənətini gözəl öyrənin, hərbçiliyi İslam prinsipləri ilə yanaşı əxz edin. Necə ki, gənc araşdırmaçı və alimlərimiz elmin müxtəlif sahələrində uğurlara imza atır. Siz də hərb sənətini, ordu quruculuğunu, yeni üsulları yaradın, ixiralar edin, aranızda səhnəyə çıxarın.
Allah-Taaladan hamınız üçün tövfiq, yardım diləyirəm. İnşaallah, siz gənclər daha üstün, daha işıqlı, daha şərəfli bir sabaha şahid olacaqsınız. Siz özünüz həmin işıqlı sabahın ərsəyə gəlməsində rol oynayırsınız.
Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh
(Bu mərasim bir qrup gəncin İran İslam Cümhuriyyəti ordusunun hərbi məktəbini bitirməsi, başqa bir qrupun tələbələr sırasına qatılması münasibəti ilə təşkil olunub. Mərasim İmam Əli (ə) adına hərbi məktəbin binasında baş tutub. Cənab Rəhbər Ayətullah Xamenei şəhidlərin xatirə guşəsində olub, hərbi qruplarla görüşüb, mərasimdə Quran oxunub, məktəbin rəhbəri Məhəmmədriza Fuladi çıxış edib, yeni tələbələrin andiçmə mərasimi keçirilib, ustad və nümunəvi tələbələr təltif edib, təhsili başa vuranlar hərbi baş komandandan bayrağı alaraq yeni tələbələrə təqdim edib. Baş komandan bəyanatla çıxış edib, marş icra olunub, parad keçirilib.)
Noyabr, 2014
“İfratçı və təkfirçi cərəyanlar İslam alimlərinin nəzərində” konfransının iştirakçıları ilə görüşdə çıxış
Dostları ilə paylaş: |