AygüN İlyas qızı ƏLİyeva zor təTBİq etməKLƏ ÖZGƏNİN Əmlakini talama cinayəTLƏRİNİn töVSİFİ MƏSƏLƏLƏRİ


B/FD.02.013 Dissertasiya şurasının elmi



Yüklə 342,62 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix18.06.2023
ölçüsü342,62 Kb.
#132213
1   2   3   4   5   6   7   8   9   ...   18
huq n aai 30 11 17

 
B/FD.02.013 Dissertasiya şurasının elmi
katibi, hüquq üzrə fəlsəfə doktoru, dosent: Ə.Q. MƏMMƏDOV 
 



 
İŞİN ÜMUMİ XARAKTERİSTİKASI 
 
Tədqiqat mövzusunun aktuallığı. Mülkiyyət hüququ şəxsiyyətin 
ən mühüm sosial nemətlərdən biri kimi onun hüquq və azadlıqlarının 
realizəsinin vacib təminatlarından sayılır. Odur ki, mülkiyyət hüququnun 
mühafizəsi hər bir dövlətin fəaliyyətinin və funksiyasının mühüm 
komponentlərindən birini təşkil edir. İnsan cəmiyyətinin inkişafının bütün 
dövrlərində mülkiyyət mühüm obyekt qismində mühafizə olunmuşdur. 
Mülkiyyətin mühafizəsinə şəxsiyyətin mühafizəsi səviyyəsində önəm 
verilmişdir. Təsadüfi deyildir ki, müasir dövrdə dünyanın demokratik və 
hüquqi dövlətlərin konstitusiyalarında mülkiyyət hüququnun 
toxunulmazlığı şəxsiyyətin hüquq və azadlıqlarının ayrılmaz tərkib hissəsi 
kimi öz təsbitini tapmışdır.
Azərbaycan Respublikasının Konstitusiyasının “Mülkiyyət hüququ” 
adlanan 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. 
Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o 
cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin 
mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin 
qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam 
müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin 
özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək 
şərti ilə yol verilə bilər. 
Mülkiyyət hüququnun müdafiəsinin zəruriliyi beynəlxalq-hüquqi 
sənədlərdə də qeyd olunmuşdur. Belə ki, İnsan Hüquqlarının Ümumi 
Bəyannaməsinin (1948) 17-ci maddəsində göstərilmişdir: “Hər bir kəs 
təkbaşına və başqaları ilə birlikdə mülkiyyətə malik olmaq hüququna malikdir. 
Heç kəs özbaşına öz əmlakından məhrum edilə bilməz”. “İnsan hüquqları və 
əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına 
edilən 20 mart 1952-ci il tarixli 1 saylı əlavə Protokolun 1-ci maddəsində 
göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə 
hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və 
beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə turulmuş şərtlər istisna 
olmaqla, öz əmlakından məhrum edilə bilməz.
Maddi nemətlərə sahiblik, onlardan istifadə və onların üzərində 
sərəncam verməklə bağlı yaranan mülkiyyət münasibətləri, şübhəsiz, 
iqtisadi münasibətlərin bir növü kimi, ilk öncə, əşyalarda (əmlaklarda) 

maddiləşir. Başqa sözlə, mülkiyyət sosial-iqtisadi kateqoriya kimi 
bilavasitə əmlak ilə bağlıdır. Ona görə də hüquq nəzəriyyəsində mülkiyyət 
əleyhinə olan cinayətlərin bir qrupu, xüsusən, talama cinayətləri bəzən 
əmlak cinayətləri kimi adlandırılır. Bu, həmçinin əmlakın talama 
cinayətlərinin əsas predmeti qismində çıxış etməsindən irəli gəlir.
Mühüm sosial dəyərlərdən biri kimi qiymətləndirilən mülkiyyət 
hüququ ilə bağlı ictimai münasibətlərin mühafizəsi cinayət qanununun da 
əsas vəzifələrindən sayılır. Azərbaycan Respublikasının 30 dekabr 1999-cu 
il tarixli Qanunu ilə təsdiq edilən və 1 sentyabr 2000-ci ildən qüvvəyə 
minən CM-nin XXIII fəslində mülkiyyət əleyhinə olan cinayətlər nəzərdə 
tutulmuşdur. Bu fəsildə təsbit olunmuş talama cinayətləri, xüsusən, zor 
tətbiq etməklə törədilən talama əməlləri özünün yüksək ictimai təhlükəlilik 
səviyyəsinə görə seçilirlər. Zor tətbiq etməklə törədilən talama 
cinayətlərində əsas qəsd obyekti mülkiyyət münasibətləridir. Lakin bu 
cinayətlər zor tətbiq etməklə törədildiyindən mülkiyyət münasibətləri ilə 
yanaşı, burada şəxsiyyətin fiziki toxunulmazlığı, sağlamlığı da qəsdə 
məruz qalır. Sağlamlıq isə təbiət etibarı ilə insanın ən mühüm və ayrılmaz 
rifahlarından biridir. Sağlamlıq olmadıqda insan üçün digər sosial nemətlər 
və dəyərlər öz əhəmiyyətini itirir. Beləliklə, mövzunun aktuallığı, ilk öncə, 
zor tətbiq etməklə törədilən talama cinayətlərinin qəsd obyektlərinin 
mühümlüyü ilə şərtlənir. 
Mövzunu aktual edən digər mühüm məqam bəhs edilən cinayətlərin 
ictimai təhlükəlilik səviyyəsinin yüksək olmasıdır. Bu isə, ilk növbədə
həmin cinayətlərin törədilmə üsulu, yəni zorakılığın tətbiq edilməsi ilə izah 
olunur. Bu cinayətlər təkcə zorakı xarakter daşımır, həm də tamah-zorakı 
xarakteri daşıyır ki, bu da onların ictimai təhlükəlilik dərəcəsini xeyli 
artırır. Bəhs edilən cinayətlərin yüksək ictimai təhlükəliliyinə həmçinin 
zorakılığın çox zaman qrup halında, yaşayış sahəsi, bina və mənzillərə 
qanunsuz daxil olmaqla, silah, partlayıcı maddə və qurğulardan istifadə 
edilməklə törədilməsi, bəzən isə zərər çəkmiş şəxslərin öldürülməsi ilə 
müşayiət olunması dəlalət edir. 
Zor tətbiq etməklə özgənin əmlakını talama cinayətləri cəmiyyət 
üzvlərinin azad, qanunu iqtisadi fəaliyyət həyata keçirmələrinə zərər vurur, 
onlarda mülkiyyətlərinin qorunacağı ilə bağlı ümidsizlik, bədbinlik hissi 
yaradır. Bunlar isə öz növbəsində dövlətin normal inkişafına, ölkənin 
iqtisadi tərəqqisinə mane olur, cəmiyyətdə sosial gərginliyi artırır. 
Dövlətlərin tarixi inkişaf təcrübəsi təsdiq edir ki, siyasi sistemin 



dəyişilməsi, ilk növbədə, yeni iqtisadi sistemin təzahürü ilə müşayiət 
olunur. İqtisadi amillər ölkənin siyasi sistemini öz ardınca aparır. Hər hansı 
yeni quruluşa keçid öz göstəricilərini ilk növbədə iqtisadi münasibətlərdə 
büruzə verir. Mülkiyyət əleyhinə olan cinayətlər isə cəmiyyəti və dövləti 
iqtisadi cəhətdən zəiflədən, bəzən hətta onu sarsıda bilən ictimai təhlükəli 
əməllər sayılır. 
Müasir dövrdə cinayətkarlığı səciyyələndirən əsas əlamətlərdən biri 
onun zorakı təzahür formalarının dinamikasında artım tempinin olmasıdır. 
Ölkəmizdə cinayətkarlığın ümumi əmsalına nisbətdə özgənin əmlakını zor 
tətbiq etməklə törədilən talama əməllərinin sayının az olmadığını qeyd 
etmək lazımdır. Belə ki, respublikamızda 1995-ci ildə 453, 2000-ci ildə 
200, 2005-ci ildə 165, 2006-cı ildə 160, 2007-ci ildə 142, 2008-ci ildə 202, 
2009-cu ildə 184, 2010-cu ildə 172, 2011-ci ildə 153, 2012-ci ildə 132, 
2013-cü ildə 132, 2014-cü ildə 160, 2015-ci ildə 211, 2016-cı ildə isə 165 
quldurluq cinayəti törədilmişdir. Soyğunçuluq cinayətlərinin sayı isə 1995-
ci ildə 296, 2000-ci ildə 145, 2005-ci ildə 196, 2006-cı ildə 238, 2007-ci 
ildə 218, 2008-ci ildə 369, 2009-cu ildə 354, 2010-cu ildə 294, 2011-ci ildə 
306, 2012-ci ildə 252, 2013-cü ildə 227, 2014-cü ildə 241, 2015-ci ildə 
338, 2016-cı ildə 325 olmuşdur.
1
Göründüyü kimi, bu növ cinayətlərin 
dinamikasında müəyyən illərdə azalma halları müşahidə olunsa da, bu 
meyl daimi xarakter daşımamış, müəyyən illərdə yenə də artım faktları 
qeydə alınmışdır. Ona görə də mövzunun aktuallığı həm də ölkəmizdə 
özgə əmlakını zor tətbiq etməklə talama cinayətlərinin dinamikasında qeyri 
sabitliyin olması ilə müəyyən edilir. 
Mülkiyyət əleyhinə olan cinayətlər, xüsusən, zor tətbiq etməklə 
törədilən talama əməlləri cinayət hüququnun mürəkkəb problemlərindən 
sayılır. İstinaq və məhkəmə təcrübəsində bu növ cinayətlərin tövsifində 
tez-tez səhvlərə yol verilməsinə rast gəlinir. Səhv tövsif olunmuş cinayətə 
görə isə ədalətli cəzanın təyin edilməsi qeyri-mümkündür.
Eyni zamanda göstərmək lazımdır ki, Azərbaycan Respublikasının 
qüvvədə olan Cinayət Məcəlləsində talama cinayətlərinə görə məsuliyyət 
nəzərdə tutan normalar digər növ cinayətlərə görə məsuliyyət müəyyən 
edən normalar ilə müqayisədə nisbətən stabilliyi ilə seçilir. Bununla belə
yeni CM-də bəhs edilən əməllərə görə məsuliyyət sovet dövründə qəbul 
edilmiş cinayət qanunlarından bir qədər fərqli şəkildə müəyyən edilmişdir. 
1
Cinayətkarlıq və hüquqpozmalar / 
http://www.stat.gov.az/source/crimes/

Belə ki, Azərbaycan Respublikasının qüvvədə olan CM-də mülkiyyətin 
konstitusiya ilə müəyyən olunmuş bütün formalarının (xüsusi mülkiyyət, 
dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti) eyni səviyyədə cinayət-hüquqi 
mühafizəsi nəzərdə tutulmuş, talama cinayətlərinin qanunvericilik 
konstruksiyasının, əsas tərkiblərinin və məsuliyyəti yüngülləşdirən, habelə 
ağırlaşdıran hallarının qurulmasında yeni əlamətlərdən istifadə 
olunmuşdur. Cinayət qanunvericiliyinə gətirilən bu yeniliklərin elmi 
cəhətdən tədqiq edilməsinə zərurət vardır.

Yüklə 342,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin