Tədqiqatın nəzəri əhəmiyyəti. Tədqiqatın nəzəri əhəmiyyəti onun
zor tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinin tövsifi, bu növ
12
cinayətlərə görə məsuliyyət nəzərdə tutan hüquq normalarının düzgün
tətbiqi haqqında elmi-nəzəri biliyi dərinləşdirməsində ifadə olunur.
Dissertasiyanın müddəaları ali hüquq təhsili verən müəssisələrdə cinayət
hüququ, xüsusən, mülkiyyət əleyhinə olan cinayətlərin tövsifi üzrə
mühazirələrin oxunması, təcrübi məşğələlərin aparılması, habelə ixtisas
üzrə dərs vəsaitləri və monoqrafiyaların yazılması üçün faydalı ola bilər.
Tədqiqatın təcrübi əhəmiyyəti. İşin təcrübi əhəmiyyəti ondan
ibarətdir ki, burada əksini tapan elmi nəticələr və təkliflər zor tətbiq
etməklə özgənin əmlakını talama cinayətlərinə görə məsuliyyət nəzərdə
tutan qanunvericiliyin düzgün tətbiqinə kömək edə bilər, bu sahədə
müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və məhkəmə təcrübəsinin
optimallaşdırılması üçün faydalı ola bilər.
Tədqiqatın nəticələrinin aprobasiyası. Dissertasiya işi Bakı
Dövlət Universitetinin “Cinayət hüququ və kriminologiya” kafedrasında
yerinə yetirilmiş və müzakirə olunmuşdur. Dissertasiyanın əsas məzmunu,
cinayət qanunvericiliyinin və hüquqtətbiqetmə
fəaliyyətinin
təkmilləşdirilməsinə dair təkliflər müəllifin çap edilmiş məqalə və konfrans
materiallarında elmi ictimaiyyətin diqqətinə çatdırılmışdır.
Dissertasiyanın strukturu tədqiqatın məqsəd və vəzifələrinə
uyğun müəyyən edilmiş, giriş, 8 yarımfəsli əhatə edən üç fəsil, nəticə,
istifadə olunmuş ədəbiyyat siyahısı hissələrindən ibarətdir.
İŞİN ƏSAS MƏZMUNU
Dissertasiyanın giriş hissəsində tədqiqat mövzusunun aktuallığı
əsaslandırılır, problemin elmi işlənilmə dərəcəsi, tədqiqatın məqsədi,
vəzifələri, predmeti, obyekti, müəyyən edilir, nəzəri, təcrübi, normativ və
metodoloji əsasları göstərilir, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti
açıqlanır, müdafiəyə çıxarılan əsas müddəalar təqdim edilir, həmçinin, tədqiqat
işinin quruluşu və nəticələrinin aprobasiyası haqqında məlumat verilir.
Dissertasiyanın birinci fəsli “Azərbaycan Respublikasında zor
Dostları ilə paylaş: |