Həsr edilmiş konfrans keçirilib semestr imtahanlarinda yeni metod təTBİq olunub



Yüklə 287.42 Kb.
PDF просмотр
səhifə1/3
tarix06.09.2017
ölçüsü287.42 Kb.
  1   2   3

Tanınmış həkim Zemfira 

Topçubaşovanın anadan 

olmasının 90 illiyinə 

həsr edilmiş konfrans 

keçirilib

Tanınmış həkim Zemfira 

Topçubaşovanın anadan 

olmasının 90 illiyinə 

həsr edilmiş konfrans 

keçirilib

SEMESTR 

İMTAHANLARINDA 

YENİ METOD TƏTBİQ 

OLUNUB

Təsisçi: Azərbaycan 

Tibb Universiteti

Qəzet 1933 -cü ildən çıxır.                   № 03 (1643) 16 fevral 2017 - ci il                                    Qiyməti 50 qəpik



ELMİ ŞURANIN QƏRARLARI HƏYATA KEÇİRİLİR

Dünya Bankının 

nümayəndələri 

ATU-da qonaq 

olub

Xocalı faciəsi XX 

əsrin ən böyük 

soyqırımıdır

50-ci uşaq üzərində 

Koxlear implantasiya 

əməliyyatı aparıldı

Tələbələrimiz mükafata 

layiq görüldü

Tədris Cərrahiyyə Klinikasında nadir 

əməliyyat aparılıb

Rektor Gəray Gəraybəyli daha bir mötəbər 

tədbirdə iştirak edib

BU  SAYIMIZDA 

2

2

 

Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı 

faciədən  25  il  ötür.  1992-ci  il  fevralın  25-dən  26-

na  keçən  gecə  Ermənistan  silahlı  qüvvələri  bütün 

beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə 

ağır  hərbi  texnika  yeritmiş,  yerlə  yeksan  etdikləri 

şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla 

divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 

613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq 

və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralan-

mış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi 

təcavüzün miqyasını daha da genişləndirən və Dağ-

lıq  Qarabağın  hüdudlarından  kənara  çıxaraq  Laçın, 

Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan 

rayonlarını  işğal  edən  Ermənistanın  apardığı  etnik 

təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın 

həyatına son qoyulmuş, 50 mindən çox insan yara-

lanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala 

məruz qalmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, 

Avropa  Parlament  Assambleyasının,  İslam  Əmək-

daşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə 

də  digər  beynəlxalq  qurumların  qərarlarına  bax-

mayaraq,  Ermənistan–Azərbaycan  Dağlıq  Qarabağ 

münaqişəsi  beynəlxalq  hüquq  normalarına  uyğun, 

ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu 

günədək tapmamışdır.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs re-

jimini  pozan  Ermənistanın  təxribatına  cavab  ola-

raq  Azərbaycan  ordusu  tərəfindən  torpaqlarımızın 

bir  qisminin  işğalçılardan  azad  edilməsi  ölkəmizin 

ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bi-

zim kifayət qədər hərbi gücümüz, iqtisadi potensi-

alımız və siyasi iradəmiz olduğunu bir daha sübuta 

yetirmiş,  beynəlxalq  ictimaiyyətə  mövcud  status-

kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğal-

çı  qüvvələrin  torpaqlarımızdan  çıxarılması  tələbini 

yenidən gündəmə gətirmişdir.

Geniş  vüsət  almış  “Xocalıya  ədalət”  kampaniya-

sı  çərçivəsində  gerçəkləşdirilən  tədbirlərin  nəticəsi 

olaraq  dünyanın  bir  sıra  ölkələrində  bu  soyqırım-

la bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır 

hərbi cinayət beynəlxalq miqyasda hələ ki, öz hüquqi 

qiymətini almamışdır.

Xocalı faciəsinin iyirmi beşinci ildönümü ərəfəsində 

şəhidlərin  xatirəsini  dərin  hüznlə  yad  edərək  və 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu 

maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alı-

ram:

1.  Azərbaycan  Respublikası  Prezidenti  Administ-



rasiyası  Xocalı  soyqırımının  iyirmi  beşinci  ildönü-

mü ilə bağlı tədbirlər planını hazırlayıb onun həyata 

keçirilməsini təmin etsin.

 İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 yanvar 2017-ci il.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

3

3

4

2

3

6

7


http://w w w.amu.edu.az

16 fevral 2017-ci il

2

u



 

  

Nəsimi rayon İcra Hakimiyyəti­

nin təşkilatçılığı ilə “2 fevral – 

Gənclər günü”nə həsr olunmuş 

təntənəli bayram tədbiri keçirilib. 

Toplantıda ictimai­siyasi həyatda, təhsildə 

və digər sahələrdə fərqlənən gənclərə 

mükafatlar təqdim olunub.

Təqdiredici haldır ki, mükafat alan gənclər ara-

sında Azərbaycan Tibb Universitetinin də tələbələri 

yer tutub. Universitetin əczaçılıq fakültəsinin IV 

kurs tələbəsi, ATU-nun Tələbə Həmkarlar İttifaqı 

Komitəsinin (THİK) fakültə üzrə sədri Mirtaleh 

Mirzəzadə ATU-nun ictimai-siyasi həyatında aktiv 

iştirakına görə xüsusi diplomla təltif olunub. 

ATU-nun II müalicə-profilaktika fakültəsinin 

V kurs tələbəsi Fidan Süleymanlı isə “Qadınlar-

da intiharın klinik psixopatoloji  və patopsixoloji 

xüsusiyyətləri” mövzusundakı araşdırmasına görə 

xüsusi mükafata layiq görülüb. Bu tədqiqat işi  

ATU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) konf-

ransında dinlənilib və müzakirə edilib. 

Bayram tədbirində rayonun ictimai-siyasi 

həyatında, təhsil, idman, elm, mədəniyyət və s. 

sahələrində fərqlənən 35 gəncə müxtəlif nominasi-

yalar  üzrə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri 

Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.

Gənclər gününə həsr olunmuş tədbirdə Mil-

li Məclisin üzvlərindən Məlahət İbrahimqızı, 

Asim Mollazadə, Aydın Hüseynov, Ülvi Quliyev, 

Azərbaycan Tibb Universitetinin rektoru Gəray 

Gəraybəyli, Bakı Slavyan Universitetinin rektoru 

Nurlana Əliyeva, Azərbaycan Dillər Universite-

tinin rektor əvəzi Əfqan Abdullayev, Azərbaycan 

Universitenin rektoru Fərid Əhmədov, Bakı 

şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi 

Raqif Abbasov, Gənclər Fondunun aparat rəhbəri 

Faiq Qürbətov və digər rəsmilər iştirak ediblər. 

Azərbaycan Tibb Universiteti bu toplantıda geniş 

tərkibli müəllim-tələbə heyəti ilə təmsil olunub. 

Tədbir populyar incəsənət xadimlərinin iştirakı 

ilə böyük konsert proqramı və diskoteka ilə  başa 

çatıb.


Qeyd edək ki, Azərbaycanda 1997-ci ildən 

etibarən 2 Fevral – Gənclər Günü kimi qeyd edilir. 

MDB məkanında və Şərqi Avropa ölkələri arasında 

ilk  olaraq Azərbaycanda həmin tarix rəsmi bayram 

kimi təsbitlənib. Yalnız 1999-cu ildə BMT-nın 

qərarı ilə avqustun 12-si “Ümumdünya Gənclər 

Günü” kimi elan edilib.

Prezident İlham Əliyevin başçılığı ilə bu gün 

respublikamızda gənclərin keyfiyyətli təhsili, bilik 

və peşəkarlıqlarının artırılması, onların sosial 

problemlərinin həlli istiqamətində böyük işlər 

görülür.  2011-ci  ildə dövlət başçısının Sərəncamı 

ilə «Azərbaycan Gəncliyi Dövlət Proqramı» təsdiq 

olunub, Gənclər Fondu yaradılıb. Gənclərin sosial 

problemlərinin həlli istiqamətində mühüm işlər 

həyata keçirilir.

u

 

  



Bu günlərdə ATU­nun 

rektoru, professor Gəray 

Gəraybəyli  Dünya 

Bankının rəhbər nümayəndələri 

ilə görüşüb. Dünya Bankının 

Avropa və Mərkəzi Asiya üzrə 

Praktika Meneceri cənab Kristian 

Aedonun rəhbərlik etdiyi 

nümayəndə heyəti ilə görüşdə bir 

sıra mühüm məsələlər müzakirə 

olunub.

Qonaqlara    ATU  haqqında  ətraflı  məlumat 

verən professor G.Gəraybəyli bildirib ki, ATU-da 

tədris  sistemində  daim  islahatlar  aparılır,  təhsilin 

keyfiyyətinin  artırılması  istiqamətində  fəaliyyət 

daha  da  təkmilləşdirilir.  Qeyd  olunub  ki,  artıq 

universitetdə 5 ildir ki, ikipilləli təhsil sistemi tətbiq 

olunur.  Rezidentura  pilləsini  bitirən  məzunlar 

mütəxəssis  həkim  sayılırlar.  Onlardan  bəziləri 

elə  ATU-nun  klinikalarında  işləyir.  Bir  çoxları 

isə xarici ölkələrdə staj keçirlər. Tibb Universiteti 

beynəlxalq əlaqələrin möhkəmləndirilməsinə ciddi 

önəm verir. Çünki bu əlaqələr fərqli təhsil sistemləri 

ilə tanışlıq, yeniliklərin tətbiqi və nəticədə tədrisin 

təkmilləşdirilməsinə  yardım  olur.  Bu  baxımdan, 

Dünya    Bankı  ilə  müştərək  layihələrin 

həyata keçirilməsi çox əhəmiyyətlidir.

Bakıda  səfərdə  olan  cənab  Aedo  öz 

növbəsində  Dünya  Bankının  təhsil 

sahəsində gördüyü işlər, dəstəklədiyi prqo-

ramlar haqqında məlumat verib. Qeyd edi-

lib ki, bu dəfəki səfərin əsas məqsədi təhsil 

üzrə milli prioritetləri müzakirə etmək və 

tələbə  krediti  proqramları  üzrə    semina-

rı təşkil etməkdən ibarətdir. Buna görə də 

bank  təmsilçiləri  müvafiq  dövlət  qurum-

ları, universitet rektorları və digər maraqlı 

tərəflərlə görüşlər keçirirlər.

Görüş  zamanı  Azərbaycan  Tibb 

Universitetində  Dünya  Bankının  dəstəyilə 

bir  sıra  layihlərin  icra  oluna  biləcəyi  barədə  fi-

kir  mübadiləsi  aparılıb.  Qarşılıqlı  əməkdaşlığın 

əhatəsini  məyyənləşdirmək  üçün  ilkin  araşdır-

ma  aparılması  da  qərara  alınıb.  Ümumilikdə, 

beynəlxalq  təhsil  və  tədqiqat  layihələrində 

əməkdaşlığın  genişləndirilməsinə  dair  fikir 

mübadiləsi aparılıb.

Görüşdə  Dünya  Bankının  təhsil  üzrə  baş 

mütəxəssisi  və  tapşırıq  qrupu  rəhbəri  cənab  Cey-

son  Uaver,  məsləhətçi  Bryus  Çapman,  ATU-nun 

beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Nadir 

Zeynalov, beynəlxalq əlaqələr şöbəsinin müdiri İk-

ram Rüstəmov da iştirak ediblər.

Tələbələrimiz mükafata 

layiq görüldü

Dünya Bankının nümayəndələri 

ATU-da qonaq olub

ATU-nun mətbuat xidməti

Azərbaycan Respublikası  Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən  

Azərbaycan Tibb Universitetinin ardınca Ə.Əliyev adına Azərbaycan Dövlət 

Həkimləri Təkmilləşdirmə İnstitutunda Azərbaycan səhiyyəsinin inkişafında 

müstəsna xidmətləri olan görkəmli alim və dövlət xadimi, bacarıqlı səhiyyə 

təşkilatçısı, əməkdar həkim, tibb elmləri doktoru, professor Əziz Əliyevin 120 

illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Azərbaycanın tibb ictimaiyyəti nümayəndələri və xarici qonaqların 

iştirak  etdiyi  konfransda  səhiyyə  naziri,  professor  Oqtay  Şirəliyev 

Əziz Əliyevin milli tibb kadrlarının hazırlanması yolunda göstərdiyi 

çoxşaxəli fəaliyyəti və müstəsna xidmətlərindən danışıb.

Əziz  Əliyev  adına  Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunun rektoru, professor Nazim Qasımov Əziz Əliyevin həyat 

və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

Azərbaycan  Tibb  Universitetinin  rektoru,  professor  Gəray 

Gəraybəyli böyük alim Əziz Əliyevi xalqımızın tarixində, tibb elmində 

böyük rolu olan nadir şəxsiyyət adlandırıb. Bildirib ki, dünyada elə 

insanlar var ki, onlar təmsil etdikləri millətin, dövlətin həyatında bö-

yük iz qoyurlar. Əziz Əliyev məhz belə insanlardan idi. Əziz Əliyevin 

həyat və fəaliyyəti barədə danışmaq həm asan, həm də çətindir. 

Tarixin heç də asan olmayan dövründə çalışan bu ləyaqətli insan 

hər işi şərəflə, peşəkarlıqla, vətənpərvərliklə yerinə yetirib.

Rektor  Tibb  Universitetinin  təşəkkül  tapmasında  və  əldə  etdi-

yi  nailiyyətlərdə  danılmaz  rolu  olan  görkəmli  alimin  Azərbaycan 

səhiyyəsi  üçün  peşəkar  kadrlar  yetişdirdiyini  bildirib.  Qeyd  edib 

ki,  bu  universitetə  rəhbərlik  etdiyi  illərdə  Əziz  Əliyev  ali  təhsil 

müəssisəsinin işini daha da təkmilləşdirib. Həmin illərdə Tibb Uni-

versiteti  üçün  Azərbaycan  dilində  çoxlu  sayda  kitab  yazılıb.  Əziz 

Əliyev  səhiyyənin  maddi-texniki  bazasının  təkmilləşdirilməsinə, 

peşəkar kadrların hazırlanmasına böyük önəm verib. Həmçinin ATU-

nun kitabxanası da professor Əziz Əliyevin təşəbbüsü və bilavasitə 

iştirakı ilə yaradılıb. Hazırda bu kitabxana bir milyona qədər adda 

tibbi ədəbiyyata malikdir.

G.Gəraybəyli bu günlərdə Dağıstanda olduğunu, orada elmin və 

təhsil sisteminin inkişafının banisi sayılan Əziz Əliyevin yubileyinə 

həsr olunmuş silsilə tədbirlərdə iştirak etdyini deyib.

Əziz  Əliyevlə  bağlı  xatirələrini  bölüşən  M.A.Topçubaşov  adına 

Elmi-Cərrahiyyə Mərkəzinin direktoru, akademik Böyükkişi Ağayev 

alimin həm dövlət işində, həm də elmdə qazandığı uğurlardan da-

nışıb. Akademik bu böyük şəxsiyyətin onun yaddaşında sadəliyi və 

qayğıkeşliyi ilə qaldığını vurğulayıb.

Əziz Əliyevin Dağıstan xalqı qarşısında əvəzsiz xidmətlərindən da-

nışan Dağıstan Dövlət Tibb Universitetinin prorektoru Ruslan Şah-

banov təmsil etdiyi universitetin rektoru, professor Süleyman Mam-

mayevin konfrans iştirakçılarına məktubunu səsləndirib.

Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik 

Cəmil  Əliyev  ailə  üzvləri  adından  atasına  göstərilən  diqqətə  görə 

dövlət başçısına və tibb ictimaiyyətinə öz minnətdarlığını bildirib.

Sonra  konfrans  iştirakçılarına  Əziz  Əliyevin  ictimai  və  elmi 

fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.

Rektor Gəray Gəraybəyli daha bir 

mötəbər tədbirdə iştirak edib

Rektor Gəray Gəraybəyli daha bir 

mötəbər tədbirdə iştirak edib



16 fevral 2017-ci il

http://w w w.amu.edu.az

3



Fevralın 1­də Azərbaycan 



Tibb Universitetinin Həmkar­

lar İttifaqı Komitəsi Rəyasət 

Heyətinin yığıncağı keçirilib. 

Yığıncağı Həmkarlar İttifa­

qı Komitəsinin sədri, dosent 

Cahangir Qasımov açaraq 

gündəlikdə duran məsələləri 

diqqətə çatdırıb.

Tibbi-profilaktika  fakültəsinin 

həmkarlar  təşkilatının  sədri, 

dosent  Sahib  Əhmədov  tibbi 

biologiya  və  genetika,  histolo-

giya,  embriologiya  və  sitologi-

ya,  tibbi  fizika  və  informatika, 

bioloji  kimya,  biofiziki  və  bio-

üzvi  kimya,  normal  fiziologiya, 

ictimai  fənlər,  ictimai  sağlam-

lıq  və  səhiyyənin  təşkili  ka-

fedralarında 

“Əməkdaşların 

əmək  və  nizam-intizamının 

pozulması  haqqında”  tərtib 

edi lən  arayışla  bağlı  ətraflı 

məlumat  verib.  O,  ATU-nun 

kafedrala rında  əməkdaşların 

işə  davamiyyətinin  yoxlanıl-

ması  haqqında  tərtib  edilmiş 

arayışla rın  və  işdə  olmayan-

ların  izahatlarının  komissiya 

tərəfindən  araşdırıldığını  bil-

dirib,  yoxlamanın  nəticələrini, 

konkret olaraq əmək intizamını 

pozan əməkdaşların siyahısını, 

hər  əməkdaşın  ayrı-ayrılıqda 

izahatını açıqlayıb. 

Adları  işə  gəlməyənlərin  si-

yahısında  olan  əməkdaşların 

fikirləri də dinlənilib, müzakirələr 

aparılıb. 

İctimai fənlər kafedrasının mü-

diri,  professor  Qoşqar  Əliyev, 

tibbi  bioloji  kimya  kafedrasının 

müdiri,  professor  Can baxış 

Nəcəfov,  histologiya,  embrio-

logiya  və  sitologiya  kafedra-

sının  müdiri,  professor  Eldar 

Qasımov,  ETM-nin  direktoru, 

professor  Qalib  Qarayev,  do-

sent  Əlibaxış  Kəlbiyev,  epide-

miologiya  kafedrasının  müdiri, 

professor  İbadulla  Ağayev,  II 

mü ali cə-profilaktika 

fakül-


tə sinin  dekanı,  dosent  İsrail 

Məhərrəmbəyli və tibbi profilak-

tika fakültəsinin dekanı, dosent 

Aydın Məmmədov çıxış edərək 

bu  cür  yoxlamaların  nizam-in-

tizamı  möhkəmləndirmək  ba-

xı  mından  əhəmiyyətini  xüsu-

si  vurğulayıblar.  Humanizm 

prinsiplərini  əsas  götürərək  ilk 

yoxlamanın  nəticələrinə  görə 

əməkdaşlara  verilən  cəzanın 

yüngülləşdirilməsini 

təklif 

ediblər. 



Cahangir  Qasımov  bu  məsə-

lənin  rektorun  nəzarətində  ol-

duğunu  bildirərək  yoxlamaların 

bundan  sonra  da  müntəzəm 

aparılacağını,  heç  kəsə  güzəşt 

edilməyəcəyini deyib. 

Sonda  çıxışları  və  təklifləri, 

nizam-intizamı  pozan  əmək-

daş ların etiraflarını nəzərə alan 

Həmkarlar  İttifaqı  Komitəsinin 

üzvləri əmək məcəlləsinin 186-

cı maddəsinin 3-cü bəndini po-

zan  əməkdaşlara  xəbərdarlıq 

elan  olunmasına    razılıq  ver-

mək lə kifayətləniblər.

Qeyd edək ki, yuxarıda adları 

çəkilən  8  kafedradan  55  nəfər 

haqqında  inzibati  tədbir  görü-

lüb.

Yığıncaqda universitetin ümu-



mi işlər üzrə prorektoru, dosent 

Natiq Xəlilov və rektorun müşa-

viri, dosent Zülfüqar Musabəyov 

iştirak ediblər.



Arif  MƏMMƏDLİ

Fotolar Cənnətalı Çingizindir

ELMİ ŞURANIN QƏRARLARI 

HƏYATA KEÇİRİLİR

• 

Fevralın 14-də  Azərbaycan 



Tibb Universitetində ta-

nınmış həkim, qayğıkeş 

müəllim, bacarıqlı səhiyyə 

təşkilatçısı Zemfira Topçu-

başovanın anadan olması-

nın 90 illiyinə həsr edilmiş 

konfrans keçirilib.

ATU-nun 


müalicə-

profilaktika  fakültəsinin  I 

mamalıq  və  ginekologi-

ya  kafedrasının  dosenti, 

tibb  üzrə  fəlsəfə  doktoru, 

əməkdar  müəllim,  prezi-

dent  təqaüdçüsü  Zemfira 

Topçubaşovanın ad gününə 

həsr edilmiş konfrans ATU-

nun  Tədris  Cərrahiyyə  Kli-

nikasında baş tutub.

ATU-nun  rektoru,  pro-

fessor  Gəray  Gəraybəyli 

tədbiri açaraq, Zemfira xa-

nımı  yubileyi  münasibətilə 

təbrik  edib,  ona  uzun 

ömür,  can  sağlığı  diləyib: 

“Baxmayaraq  ki,  tələbəlik 

illərimdən  30  ilə  ya-

xın  vaxt  keçib,  Zemfi-

ra  xanımın  auditoriyada 

səsləndirdiyi özünəməxsus 

mühazirələri, hər bir tələ-

bə yə  xüsusi  qayğı  ilə  ya-

naşması  hələ  də  yadda-

şımdadır.  Minlərlə  ailə 

Zemfira xanıma çox böyük 

minnətdarlıq  hissi  ilə  ya-

şayırlar”.  Z.Topçubaşovanı 

“Azərbaycan  səhiyyəsinin 

Qızıl  Fondunun  canlı  nü-

ma yəndəsi” 

adlandıran 

rektor  yubilyarı  ATU-nun 

fəxri diplomu ilə təltif edib.

ATU-nun  I  mamalıq  və 

gine kologiya 

kafedrası-

nın  müdiri,  professor  El-

mira  Əliyeva  məruzəsində 

əməkdar müəllim, görkəmli 

ictimai xadim, səriştəli alim 

və səhiyyə təşkilatçısı Zem-

fira Topçubaşovanın həyatı, 

elmi-pedaqoji, 

praktiki 

həkimlik fəaliyyəti haqqın-

da tədbir iştirakçılarına ge-

niş məlumat verib.

Daha  sonra  Azərbaycan 

Respublikasının  İnsan  Hü-

quqları  üzrə  Müvəkkili 

(Ombudsman)  Elmira  Sü-

leymanova  çıxış  edərək, 

yubilyar  haqqında  ürək 

sözlərini  söyləyib:  “Zemfi-

ra  xanım  dostluğu  ilə  fəxr 

etdiyimiz  insanlardan  bi-

ridir. Dahi insanlar çoxdur, 

amma  şəxsiyyət  dediyimiz 

insanlar  azdır  və  Zemfira 

Topçubaşova  onlardan  bi-

ridir”.  

Tədbirdə,  həmçinin  aka-

demiklərdən  Adilə  Nama-

zova  və  Böyükkişi  Ağayev, 

Səhiyyə  Nazirliyinin  baş 

mama-ginekoloqu  Sevinc 

Məmmədova, 

professor 

Hicran  Bağırova,  “Caspian 

Plaza”  xəstəxanasının  baş 

həkimi  Nigar  Axundova  və 

digərləri yubilyar haqqında 

xoş sözlər səsləndiriblər.

Sonda  Zemfira  Topçuba-

şova 

konfransda 



işti-

rak  edən  hər  kəsə  tə-

şək kürünü  bildirib:  “Hər 

birinizə  minnətdaram  ki, 

məni  unutmamısınız.  Mən 

indi  də  telefon  vasitəsilə 

cərrahiyyə  əməliyyatlarına 

kömək 


edirəm. 

Çox 


sevinirəm  ki,  mən  hələ  də 

tibb  sahəsinə  lazımam. 

Həmişə  də  məndən  sonra 

gələnlərə  kömək  etməyə 

çalışmışam”.

Tanınmış həkim Zemfira Topçubaşovanın anadan 

olmasının 90 illiyinə həsr edilmiş konfrans keçirilib

• 

ATU-nun Tədris Cərrahiyyə Klinikasında na-



dir rast gəlinən xəstəliklə bağlı əməliyyat apa-

rılıb.  Klinikaya gətirilən körpədə qalça bağır-

sağın funksional hissəsi anadangəlmə qapalı 

olub. İleol atreziyası (tip 3a), atreziyaya uğra-

mış distal hissənin göbəkdən fistula formasın-

da xaricə çıxması, obliterasiya olunmamış ura-

xus ilə doğulan körpə üzərində əməliyyat icra 

olunub.

Həkim  mama-ginekoloq,  t.e.f.d.  Arzu 

İsmayılovanın sözlərinə görə, hamiləlik zamanı 

ultrasəs  müayinəsi  zamanı  körpədə  bağırsaq 

keçirməzliyi  ilə  bağlı  müəyyən  şübhələr 

yaranıb. Buna görə də doğuşdan dərhal sonra 

qarın boşluğunun rentgenoqrafiyası aparılıb və 

bağırsaq keçirməzliyi diaqnozu təsdiqlənib.

Uşaq  cərrahları  dosent  Ramiz  Poluxov  və 

Ramin Bayramov tərəfindən aparılan əməliyyat 

uğurla  nəticələnib.  Qalça  bağırsağın  terminal 

hissəsi,  kor  bağırsaq  rezeksiya  olunaraq  ileo-

ascendo anastomoz qoyulub.

Əməliyyatdan  sonra  körpə  sağ-salamat 

evə  yola  salınıb.  Xəstənin  ailəsi  klinikanın 

həkimlərinə,  xüsusilə  neonatoloq  Səadət 

Yaqubovaya dərin təşəkkürlərini bildirirlər.

Tədris Cərrahiyyə Klinikasında nadir əməliyyat aparılıb

ATU-nun mətbuat xidməti


http://w w w.amu.edu.az

16 fevral 2017-ci il

4

Onun  sözlərinə  görə,  bu  se-



mestr  imtahanları    iki  proqram 

üzrə həyata keçib: ”MODLE adla-

nan sistem ilk dəfə I kursda oxu-

yan  tələbələrə tətbiq olundu. Bu 

sistemin  əvvəlki  sistemdən  fərqi 

ondan  ibarətdir  ki,  imtahan  za-

manı  tələbəyə  25  sual  düşür. 

Hər  sual  2  balla  qiymətləndirilir. 

Amma  düşən  suallardan  20  fai-

zi  test  bankına  salınmadığı  üçün 

tələbələr onu test bankında görə 

bilmir.  Yəni  tələbələrə  düşən  25 

sualdan  5-i  test  bankına  salın-

madığı  üçün  onlar  əvvəlcədən 

hansı  sualların  düşəcəyindən 

xəbərsizdirlər.  Bu  sistemi  tərbiq 

etməkdə məqsəd ondan ibarətdir 

ki,  tələbələr  əzbərçiliyi  özlərinə 

vərdiş  etməsin,  onlar  gündəlik 

dərslərinə  hazırlaşsınlar,”-deyən 

Ş.Bayramov yaddaşına söykənərək 

əzbərçilyi  özünə  vərdiş  etmiş 

tələbələrin  maksumum  40  bal 

toplamaq  imkanına  malik  oldu-

ğunu qeyd etdi. Bu sistemin baş-

qa özəllikləri barədə  də məlumat 

verən  mərkəz  rəhbəri  bildirdi  ki, 

imtahan zamanı tələbələrə düşən 

5 sual çoxcavablı suallardır: “Yəni 

hər bir sualın bir neçə doğru ca-

vabı  var.  Əgər  tələbə  bu  sulların 

cavablarından  birini  səhv  etsə, 

nəticə sıfır hesab olunur.  Və ya-

xud  iki  doğru  cavabdan  tələbə 

1-ni seçirsə, o,  bu zaman bir bal 

alır.”


Sözünə davam edən Ş.Bayramov 

bu  proqram  üzrə  1117  tələbənin 

imtahan verdiyini bildirdi. O, yeni 

proqram  tətbiqinin  imtahanla-

rın  nəticəsinə  də  təsir  etdiyini 

diqqətimizə  çatdırdı.  Ağır  hesab 

edilən  imtahanlardan  yüksək  bal 

toplayan tələbələrin sayında azal-

ma  olduğunu,  keçən  ilə  nisbətən 

az kəsir sayı olduğunu  bildirərək  

bu  sistemin  getdikcə  daha  da 

təkmilləşdiriləcəyini söylədi. 

Qış  imtahan  sessiyasının  ye-

kunlarını şərh edən Şahin müəllim 

imtahan  prosesi  zamanı  heç  bir 

qeyri-adi  hadisə  baş  vermədiyini 

bildirdi: “ Bu semestrdə  45 minə 

yaxın imtahan keçirildi. Bu imta-

hanlarda  7  min  civarında  tələbə 

iştirak  etdi,  imtahan  prosesi  ilə 

bağlı  heç  bir  irad  olmadı.  Doğ-

rudur, suallarla bağlı appelyasiya 

şikayətləri  edildi.  Bu  zaman  tex-

niki qüsurlar ortaya çıxdı və araş-

dırma  aparıldı.  Tələbənin  haqlı 

şikayətləri nəzərə alındı və çatış-

mazlıq aradan qaldırıldı.”

Üzürlü  səbəbdən  imtahanlarda 

iştirak  etməyənlər  üçün  fevralın 

2-3-ü və 12-15-i arası imtahanla-

rın keçirildiyini bildirən mərkəzin 

rəhbəri bu imtahan prosesində də 

heç bir qeyri-adi hadisənin qeydə 

alınmadığını bildirdi.


  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə