MÜNDƏRİCAT Giriş...............................................................................................................3
1.Əməliyyat sistemlərin funksiyaları............................................................4
2.Əməliyyat sistemlərinin təsnifatı...............................................................5
3.Əməliyyat sistemlərinin növləri və ölçüləri..............................................8
Ədəbiyyat....................................................................................................10
Giriş Əməliyyat sistemi (ing. Operation System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.
Ümumi təyinatlı əməliyyat sistemi - (ing. GPOS (general purpose operating system), rus. операционная система общего назначения) – gerçək zamanlı əməliyyat sistemlərindən fərqli system. Belə əməliyyat sistemləri kompüterin resurslarının paylanması ilə məşğul olur və istifadəçilərə tətbiqi proqramlarla işləməyə imkan verən inkişaf etmiş qrafik interfeysə malikdir.
Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.