Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


Əməliyyat sistemlərin funksiyaları



Yüklə 232,83 Kb.
səhifə2/5
tarix04.10.2023
ölçüsü232,83 Kb.
#152167
1   2   3   4   5
Əməliyyat Sistemləri

1.Əməliyyat sistemlərin funksiyaları
Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlıqların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.
Əsas funksiyalar:
Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilməsi
kompüterin əməli yaddaşının idarə edilməsi
kompüterin sabit yaddaşının idarə edilməsi
İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması
Əlavə funksiyalar:
Bir neçə əməliyyatın paralel olaraq yerinə yetirilməsi
Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
Kompüterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
Qoşulmaların idarə edilməsi


2.Əməliyyat sistemlərinin təsnifatı
Ümumiyyətlə kompüterin proqram təminatını iki qrupa bölmək olar: Sistem proqram təminatı və tətbiqi proqram təminatı. Əslində istifadəçi ilə təmasda məqsəd əsasən ıstifadəçinin istədiyi tətbiqi proqramı diskdən yaddaşa yükləmək və mikroprosessoru həmin proqram kodlarını icra etməyə yönəltməkdir. Bu işi görmək üçün ROM-BIOS-un bir çox ibtidai funksiyaları təməl rolunu oynaya bilər. Tətbiqi proqramın yaddaşda işləməsi üçün, bundan başqa, yaddaşın idarə edilməsi və ən başlıcası isə diskdə bu və ya digər şəkildə fayl sistemini qurmaq və onu idarə etmək gərəkdir. Bütün bu funksiyalar əməliyyat sisteminin üzərinə düşür. Onda sistem proqram təminatını iki hissəyə ayırmaq olar. Burada BIOS sistem proqram təminatının sturukturunu, onun təməlini, əməliyyat sistemi isə sistem proqram təminatının üstqurumunu təşkil edir. Aparat qurğularına münasibətdə isə BIOS aparat qurğularını birbaşa idarə edirsə, əməliyyat sistemləri isə avadanlığa çox zaman BIOS-un funksiyaları vasitəsilə, bəzən isə birbaşa müraciət edirlər. Əməliyyat sistemi, qurğuların tətbiqi proqramların istifadəsi üçün proqram interfeysi yaratmaqla o, tətbiqi proqramların işləməsi üçün bir mühit təşkil edir. Proqramçı nəzərindən tətbiqi proqram, qurğuları daha "uzaqdan"- əməliyyat sisteminin rəhbərliyi ilə (yəni əməliyyat sisteminin proqram interfeysi ilə), qismən isə BIOS vasitəsilə (BIOSun funksiyalarından kəsilmələr vasitəsilə istifadə etməklə), çox az hallarda isə qurğuya birbaşa müraciət etməklə (portlar vasitəsilə) onu idarə edirlər. Tətbiqi proqramın əməliyyat sisteminin proqram interfeysi vasitəsilə fiziki qurğunu idarə etməsi onun digər maşında qüsursuz işləməsinə zəmanət verir.

Yüklə 232,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin