Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Azərbaycan Dillər Universiteti


Əməliyyat sistemlərinin növləri və ölçüləri



Yüklə 232,83 Kb.
səhifə4/5
tarix04.10.2023
ölçüsü232,83 Kb.
#152167
1   2   3   4   5
Əməliyyat Sistemləri

3.Əməliyyat sistemlərinin növləri və ölçüləri
Əməliyyat sisteminin nüvəsinin özünə məxsus xüsusiyyətlərini nəzərə almasaq bu təsnifat əməlyyat sistemini xarakterizə etmək üçün yetərli ola bilər. Aşağıdakı əməliyyat sistemlərini misal göstərmək olar:

  • DOS ailəsi

  • WINDOWS ailəsi

  • Linux

  • Unix ailəsi

  • OS/2

Kompüterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: UNİX, DOS, MS DOS, OS/2, Windows 9x, Windows 95/98/Me/2000/XP/Vista/7. Fərdi kompüterlərdə əsasən Windows 9x (1995-ci ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows 9x çoxməsələli əməliyyat sistemi olub, qrafiki pəncərə istifadəçi interfeysinə malikdir.

  • MSDOS(QDOS) əsasında: Microsoft Windows(+1993 Windows NT 3.1, NT 3.5, Windows 95, NT 3.51, NT 4.0, Windows 98, Windows 2000, Windows ME, Windows XP, Windows Server 2003, Windows Vista...)

  • Mac OS

  • UNIX əsasında:

  • Linux: Debian(Ubuntu, KNOPPIX və s.), SLS/RedHat(Fedora və s.), Slackware(SuSE, SLAX və s.) və s.

Əməliyyat sistemlərində yeni funksiyalar daxil edildikcə onların həcmi genişlənməyə başladı: 1963=cü ildə Massaçusets Texnologiya İnstitutunda tətbiq edilən Compatible Time Sharing System vaxtın bölünməsi əməliyyat sistemi 32 min yaddaş sözündən (hər biri 36 bit olmaqla) ibarət idi. 1964-cü ildə IBM firmasının istehsalı olan OS/360 artıq milyondan çox komandası olan koddan ibarət idi. 1975-ci ildə Massaçusets Texnologiya İnstitutunda Bell Laboratories ilə birlikdə hazırlanmış Multiks "monstr"ı 20 milyondan çox komandaya malik idi. Fərdi EHM-lər üçün yaradılan əməliyyat sistemləri isə, əksinə, yığcam idi: MS DOS-un ilkin versiyaları 50 min komandadan artıq deyildi. 80-cı illərin ortalarında UNIX 7.5 Bell Laboratories isə təqribən 100 min maşın komandasından ibarət idi. Vaxt keçdikcə, fərdi EHM-lər üçün nəzərdə tutulan UNIX olduqca yığcam olaraq qaldı, amma Windows-95, 98, 2000 seriyaları barədə bunu demək olmaz.


Yüklə 232,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin