İstifadəçi interfeysi yaratmaqdır (başqa sözlə- istifadəçi ilə kompüter arasında ünsiyyəti təmin etməkdir).
Deməli, nəticə etibarilə: sistem proqram təminatını iki qrupa ayırmaq olar- hesablama sistemini alt səviyyədən idarə edən (qurğulara birbaşa müraciət etməklə) və hesablama sistemini üst səviyyədən (BIOS funksiyaları vasitəsilə) idarə edən. İkincilər məhz əməliyyat sistemini təşkil edirlər. Deməli əməliyyat sistemi istifadəçi və tətbiqi proqram arasinda əlaqəçi rolunu oynayır. Əməliyyat sistemi tipindən asılı olaraq mikroprosessoru bu və ya digər rejimlərdə işlətməklə onun resursundan bu və ya digər dərəcədə effektiv istifadə etməyə imkan verir. Əməliyyat sistemi hesablama sisteminin tipindən (əsasən prosessorların tipi, onların sayı və arxitekturası nəzərdə tutulur) asılı olaraq hesablama sistemi resurslarından istifadənin effektivliyini təmin etməlidir. Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər. Əməliyyat sistemlərini təsnif edərkən onların daşıdığı funksiyalardan, işlədiyi hesablama sisteminin və prosessorun daxili arxitekturasının xüsusiyyətlərindən doğan kriteriyalardan çıxış etmək lazımdır. Onda, əməliyyat sistemlərini təsnif etmək üçün aşağıdakı kriteriyalara əsaslanmalıyıq:
Mikroprosessorun arxitekturasına (CISC və ya RISK) görə;
Sistemdə olan mikroprosessorların sayına görə;
Mikroprosessorun bit sayına görə;
Eyni anda icra olunan tətbiqi proqramların sayına görə;
Eyni anda icra olunan tətbiqi proqramların idarə edilməsi prinsipinə ğörə;
Eyni anda olan istifadəçi sayına görə;
Əməlıiyyat sisteminin yaddaşdan istifadəetmə prinsiplərinə görə;
Diskdə fayl sisteminin qurulması və idarə edilməsi prinsiplərinə görə;
Əməliyyat sisteminin nüvəsinin arxitekturasına görə.
Əməliyyat sistemlərini təsnif etmək üçün baxılan kriteriyaları iki qrupa ayırmaq mümkündür: Sistemin arxitekturasının xüsusiyyətlərinin diqtə etdiyi və istifadəçi istəyindən döğan prinsiplərdən irəlı gələn kriteriyalar. Başqa sözlə, birincilər əməliyyat sisteminin kompüterin aparat təminatı ilə əlaqədar olan xüsusiyyətlərini, ikincilər isə ondan asılı olmayan, əməliyyat sisteminin funksional xüsusiyyətlərini əks etdirir. Bunları nəzərə alsaq əməliyyat sistemlərini aşağıdakı kimi təsnif etməliyik: