Qabil ABDULLAYEV
m
Azərbaycan Tibb Universitetində dekabrın 29da başlanan
qış imtahan sessiyası fevralın 1də başa çatıb. İmtahanların necə
keçməsi ilə bağlı Virtual Test Mərkəzinin direktoru, dosent Şahin
Bayramovla əlaqə saxladıq.
SEMESTR İMTAHANLARINDA YENİ
METOD TƏTBİQ OLUNUB
•
15 Fevral - Beynəlxalq Uşaq
Xərçəng Xəstəlikləri ilə
Mübarizə Günüdür
AZƏRTAC xəbər verir ki, bu
gün bütün insanları xərçəng
xəstəliyindən
əziyyət
çəkən
uşaqlara və onların ailələrinə
mənəvi dəstək olmağa çağırır və
bu xəstəliklər haqqında əhalinin
maariflənməsində böyük rol oy-
nayır. Bundan əlavə 15 Fevral
dünya ictimaiyyətinin onkoloji
xəstəliklərdən əziyyət çəkən
uşaqlara diqqətini artırır və on-
ların problemlərini həll etməyə
səsləyir.
Bütün xəstəliklərdə olduğu
kimi xərçəngdən əziyyət çəkən
uşaqların da problemləri onların
valideynləri ilə yanaşı dövlətin,
səhiyyənin, qeyri–dövlət qurum-
larının və bütün cəmiyyətin dai-
ma diqqət mərkəzində olmalıdır.
Uşaqlarda
olan
onkolo-
ji xəstəliklər bütün bədxassəli
şişlərin 1-1.5 faizini təşkil edir.
Uşaqlarda təsadüf olunan on-
koloji
xəstəliklər
böyüklərə
nisbətən çox fərqlidir və onların
əsas hissəsini embrional şişlər
təşkil edir. Bunların içində leyke-
miyalar daha tez-tez rast gəlinən
xərçəngin növüdür.
Mərkəzi sinir sisteminin şişləri
və limfomalar da uşaqlarda
daha çox yayılan xəstəliklərdir.
Digər bədxassəli şişlər məhz,
nefroblastoma,
neyrolastoma,
rabdomiosarkoma isə hər biri
ayrılıqda altı-yeddi faiz təşkil edir.
Böyüklərdə təsadüf edən mədə
-bağırsaq, ağciyər, süd vəzi
xərçəngi uşaqlarda çox nadir hal-
larda rast gəlinir. Müasir müalicə
metodları uşaq onkologiyasında
daha yaxşı nəticə verir və uşaq-
ların böyük əksəriyyətində tam
sağalma mümkündür.
2012- ci ildə Milli Onkologiya
Mərkəzinin nəzdində respublika-
da ilk dəfə Uşaq Onkoloji Klini-
kası fəaliyyətə başlayıb. Hazırda
bu klinika regionumuzda onko-
loji xəstəliklərdən əziyyət çəkən
uşaqlara ixtisaslaşmış, yüksək
texnologiyalarla təchiz olunmuş
keyfiyyətli tibbi yardım göstərən
yeganə tibb müəssisəsidir. Kli-
nikada beynəlxalq protokollara
uyğun olaraq, çox komponentli
müalicənin bütün növləri icra
edilir. Klinikada ambulator və
poliklinik şöbə, kimya terapi-
yası, cərrahiyyə, anesteziolo-
ji-reanimatoloji və şüa terapi-
yası şöbələri fəaliyyət göstərir.
Mərkəzdə 19 həkim və 40 tibb
bacısı çalışır.
Bu müasir müalicə ocağının
yaradılmasında Azərbaycanın bi-
rinci xanımı, Heydər Əliyev Fon-
dunun prezidenti, UNESCO və
İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın və Milli On-
kologiya Mərkəzinin Baş direk-
toru, akademik Cəmil Əliyevin
böyük əməyi var.
Qeyd edək ki, bu gün eyni
zamanda, dünyada xərçəng
xəstəliyinə qalib gəlmiş uşaq-
ların qəhrəmanlığını, həmçinin
valideynlərinin və onlara qay-
ğı göstərən tibb personalının
fədakarlığını əks etdirir.
•
Azərbaycan Tibb Universite-
tinin 2017-ci tədris ili üçün
Mülki Müdafiə tədbirləri
planına müvafiq olaraq hör-
mətli rektorumuz, professor
G.Gəraybəylinin əmrinə uy-
ğun olaraq ATU-nun I qrup
Mülki Müdafiə qüvvələrinin
şəxsi heyəti ilə xəbərdarlıq və
toplanış məşqi keçirilmişdir.
Məşqə rəhbərlik ATU-nun Mül-
ki Müdafiə Qərargahının rəi si
F.Məmmədova həvalə edil mişdir.
Məşqə MM qüv vələrinin ümumi
komandiri–təsərrüfat-təchizat
şö bə si nin
rəisi
E.Əlizadənin
rəhbərliyi ilə rabitə və xəbərdarlıq,
mühəndis-kəş fiyyat, xilasedicilər,
yanğın s ön dürənlər, sanitar man-
qaları və mühafizə qurğularına
xidmət, qəza-bərpa, radiasiya və
kimya müşahidəsi, ictimai asa-
yişi mühafizə dəstələrinin şəxsi
heyəti cəlb olunmuşlar.
Məşqə ATU-nun Fövqəladə
Hallar
Komissiyasının
sədri,
təsərrüfat işləri üzrə prorek-
tor Aydın Vəliyev, Nəsimi ra-
yon Fövqəladə Hallar və Mülki
Müdafiə şöbəsinin rəisi, mayor
Musa Məhərrəmov və rəis müa-
vini Rəfail Musayev dəvət olun-
muşlar.
Məşqin keçirilməsində məq-
səd
xəbərdarlıq
sisteminin
vəziyyətinin yoxlanılması və
MM qüvvələrinin şəxsi heyətinə
xəbərdarlıq və toplanış üzrə
vərdişlərin aşılanması olmuşdur.
Hazırlıq mərhələsində məşqin
təşkili və keçirilməsi haqqın-
da obyekt rəhbərinin əmri ve-
rilmiş, məşqin keçirilmə planı
tərtib olunmuş, MM qüvvələrinin
şəxsi
heyətinin
xəbərdarlıq
sxemi dəqiqləşdirilmiş, rabitə
vasitələrinin vəziyyətinə baxış
keçirilmiş və məşqin keçirilməsi
ilə bağlı digər təşkilati
tədbirlər görülmüşdür. Məşq
iştirakçıları ilə metodiki top-
lantı keçirilmişdir.
Məşq 13 fevral 2017-ci il
tarixində saat 11:00-da məşq
rəhbərinin MM qüvvələrinin top-
lanması barədə göstərişi ilə baş-
lanmış və qüvvələrin şəxsi heyəti
saat 11:35 dəqiqədə 4 saylı tədris
binasının akt zalında toplanmışlar.
MM qüvvələrinin 106 nəfərindən
81
nəfəri
toplanış
yerinə
gəlmişlər. MM qüvvələrinin şəxsi
heyətlə
komplektləşdirilməsi,
tabel əmlakı ilə təchizatı və qo-
yulmuş tapşırıqlar üzrə nəzəri
bilikləri yoxlanılmışdır. Məşq
rəhbərinin 13 fevral 2017-ci il
saat 13:00-da xəbərdarlıq və
toplanış məşqinin başa çatma-
sı barəsində göstərişindən sonra
məşqin nəticələri təhlil olunmuş-
dur. Aşkar olunmuş nöqsanların
aradan qaldırılması barədə mü-
vafıq göstərişlər verilmişdir.
Məşq zamanı qarşıya qoyulmuş
məqsədə ümumilikdə nail olun-
muşdur.
Fəridə MİRZƏYEVA,
MMQ-nin məsul katibi
15 Fevral - Beynəlxalq Uşaq Xərçəng
Xəstəlikləri ilə Mübarizə Günüdür
MÜLKI MÜDAFİƏ MƏŞQİ
Keçirilən imtahanlarda 7 minə yaxın tələbə iştirak edib
16 fevral 2017-ci il
http://w w w.amu.edu.az
5
Günel ASLANOVA
4 fevral – Dünya Xərçənglə Mübarizə Günüdür
9 fevral – Beynəlxalq Stomatoloqlar Günüdür
Bədxassəli şişləri xarakterizə
edən əlamətlər xəstəliyin gec
dövründə ortaya çıxır. Bu da
xəstəliyin ilkin mərhələdə
aşkarlanmasını gecikdirir. Belə
olan təqdirdə bəşəriyyətin ən
qorxulu xəstəliklərindən biri
sayılan xərçəngə qarşı necə
mübarizə aparılmalıdır? Hansı
əlamətlərdən şübhələnib
həkimə getmək lazımdır?
Xərçəng – mütləq ölüm
deməkdirmi?
Bu və digər sualları 4 fevral
– Dünya Xərçənglə Mübarizə
Günündə Azərbaycan Tibb
Universitetinin Onkoloji Kli-
nikasının baş həkimi, dosent
Nəsimi Qasımov cavablandırıb.
N.Qasımov bildirib: “Dün-
ya əhalisində bədxassəli şişə
yoluxanların sayı hər il artır.
Bədxassəli şişlərin belə geniş
yayılması müasir həyatın tex-
niki cəhətdən zənginləşməsi,
sosial həyatın yaxşılaşma-
sı, istehsalın artması ilə
əlaqədardır. Belə ki, artıq ətraf
mühitin çirklənməsi bizdən
asılı olmayaraq hər il artır.
Sənayeni nə qədər əhalinin
yaşayış sahəsindən kənara
aparsaq da, bu, mümkün de-
yil. Məsələn, avtomobilsiz ya-
şamaq mümkün deyil. Hər
bir avtomobil də kanserogen
maddə olan üç-dörd benzipi-
ril atmosferə buraxır. İnsanla-
rın böyük əksəriyyəti siqaret
çəkir, bu da ağciyər xərçəngini
yaradan amillərdən biridir.
Qadınlarımız normal doğuşla
nəticələnən hamiləliklərin sa-
yını kifayət qədər azaldıblar.
Əgər əvvəl ailədə uşaq sayı
beş-yeddi idisə, indi bu uşaq-
ların sayı bir-ikidir. Qidalanma
faktorunu da qeyd etmək la-
zımdı. Ət və ət məhsullarının
qəbulu
gündəlik
rasion-
da kifayət qədər artıb, süd
məhsulları,
meyvə-tərəvəz
qəbulu olduqca azalıb. Bütün
bunların da xəstəliyin artma-
sına təsiri olur.
Ölkəmizdə ən çox süd vəzisi,
ağciyər və mədə xərçəngi
xəstəsi qeydə alınıb və bu
dünya göstəriciləri ilə təqribən
üst-üstə düşür. Klinikamıza
müraciət edən xəstələrin də
əksəriyyəti əsasən bu üç növ
xərçəngdən əziyyət çəkir. La-
kin onlar arasında onkogi-
nekolojiyönümlü müraciətlər
üstünlük təşkil edir. İl ərzində
orta hesabla xəstəxanamıza on
minə qədər insan bədxassəli
şişlə müraciət edir. Bunla-
rın böyük əksəriyyəti kimyəvi
dərman terapiyası alır. Ötən
ilin hesabatına əsasən 2600-ə
qədər xəstə əməliyyat olunub.
Xəstəliyin simptomlarına gəl-
dikdə isə bədxassəli şişləri
xarakterizə edən simptomlar
onların gec dövrünə təsadüf
edir. İlkin dövrdə hər orqana
xas olan simptomlara bəzən
rast gəlinir. Əgər söhbət
süd vəzisindən gedirsə, hər
bir qadın özünü müayinə
etdirməlidir. Mədə-bağırsaqda
insanlar narahatlıq hiss etdikdə
yubanmadan həkimə müraciət
etməlidirlər. Nəcis, sidik və ya
bəlğəmdə qan olarsa, bu da
şübhə doğuran amillərdəndir.
Ümumiyyətlə, insanlar özlərinə
diqqət yetirməlidirlər. Xəstəliyi
tez aşkar edə bilmək üçün yaşı
35-i keçmiş hər kəs ildə bir
dəfə tam müayinə olunma-
lıdır. Bunun üçün həm ATU-
nun Onkoloji Klinikası, həm də
Milli Onkologiya Mərkəzində
hər bir şərait var. Klinikaya
gəlməyə vaxtı olmayanlar ya-
xınlıqda yerləşən poliklinikala-
ra müraciət edib, ağciyərlərin
rentgenini və ya süd vəzilərini
müayinə edə bilərlər.
Hər bir xəstəlik kimi xər çəng
də mütləq ölümlə nəticələnmir.
1979-cu ildə, yəni 37 il əvvəl
əməliyyat etdiyim xəstə hələ
də müayinəyə gəlir və belə in-
sanlar indi müalicə etdiyimiz
xəstələri ruhlandırır”.
ATU-nun Onkoloji Klinikasının
baş həkimi: 37 il əvvəl
əməliyyat olunan xərçəng
xəstəsi hələ də müayinəyə
gəlir
•
Fevralın 4-də paytaxtın
“Gənclik Mall” və “Park Bul-
var” ticarət mərkəzlərində
Ümumdünya Xərçəng Günü
ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki,
tədbirin keçirilməsində əsas
məqsəd əhalinin xərçəng
xəstəlikləri, onların profi-
laktikası, diaqnostikası və
müalicəsi sahəsində əhalinin
məlumatlılığını artırmaqdır.
Tədbirdə xərçəng şişi-
nin erkən mərhələdə aşkar
edildikdə
müvəffəqiyyətlə
müalicə olunduğunu deyən
Milli
Onkologiya
Mər-
kəzinin (MOM) baş hə-
kimi, Azərbaycan Səhiyyə
Nazirliyinin baş onkoloqu
Azad Kərimli dünyada bü-
tün xəstəliklərdə olduğu
kimi, xərçəng xəstəliyində
də artım müşahidə edildi-
yini bildirib. Qeyd olunub
ki, qonşu ölkələrin statistik
məlumatları ilə müqayisədə
ölkəmizdə bu xəstəliyə tu-
tulanların sayı bir o qədər
də çox deyil. Ekologi-
ya problemləri, qida reji-
mi, yeyinti məhsullarının
keyfiyyəti, yeni texnologi-
yaların tətbiqi ilə əlaqədar
şüalanma
və
radiasiya
səviyyəsinin çoxalması on-
koloji xəstələrin sayının art-
masında əsas rol oynayır.
Bu xəstəlikdən qorunmaq
üçün ildə bir dəfə həkim
müayinəsindən keçmək la-
zımdır.
Tədbir çərçivəsində İ.Seçe-
nov adına Birinci Mosk va
Dövlət Tibb Universiteti-
nin Bakı filialının tələbələri
vətəndaşlara maarifləndirici
bukletlər paylayıblar.
Sonra tədbirdə vətəndaşl-
arın sualları cavablandırılıb.
Qeyd edək ki, Ümumdünya
Xərçəng Günü 2005-ci ildə
Xərçəng Əleyhinə Beynəlxalq
İttifaq tərəfindən təsis edi-
lib. Əsas məqsəd dünya
ölkələrinin diqqətini bu qlo-
bal problemə yönəltmək,
onun nə dərəcədə təhlükəli
olduğunu və mübarizənin
yalnız birlikdə aparıldıqda
effektiv olmasını bir daha
dünya ictimaiyyətinə xatır-
latmaqdır.
Ümumdünya Xərçəng Günü ilə bağlı vətəndaşların
onkoloji xəstəliklərə dair sualları cavablandırılıb
Son illər dünyada tibbi
tex ni kanın
inkişaf
etməsinə
baxmayaraq, diş xəstəliklərinin
qar şısını almaq mümkün deyil.
Elə ölkəmizdə də yeni diş
xəstəliklərinin çoxaldığı mü-
şahidə olunur. Azərbaycan Tibb
Universitetinin ortopedik stoma-
tologiya kafedrasının müdiri,
tibb üzrə elmlər doktoru, həkim-
stomatoloq Nazim Pənahovla
müsa hi bəmiz zamanı bu məsələyə
də aydınlıq gətirməyə çalışdıq.
- Son zamanlar xəstələr sizə
ən çox hansı şikayətlərlə müraciət
edirlər?
- Diş ağrıları qaçılmazdır. Xəstə-
lər müxtəlif ağrı və problemlərlə
bizə müraciətlər edirlər. Bizim
şöbə ortopedik stomatologiyadır və
əsasən, çəkilmiş, dağılmış dişlərin
yerinin bərpası ilə məşğul oluruq.
Bizim şöbə - bərpa, protezləmə,
konstruksiya ilə dişlərin bərpasına
qulluq edir. Məsələn, elə xəstəmiz
də olur ki, ona implant qoyulur,
3-6 aydan sonra düzəlir. Yəni bizim
müalicələr 1 gündən 6 aya qədər
davam edə bilər, bu əlbəttə ki, pa-
tologiyadan asılıdır.
- Uşaqlarda ən çox hansı diş
xəstəlikləri yayılıb?
- Uşaqlarda ən çox yayılmış
xəstəlik diş-çənə anomaliyalarıdır.
Təxminən 100 uşaqdan yetmişində,
3 uşaqdan ikisində buna rast gəlinir.
Bu, bütün dünyada yayılmış proses-
dir. Buna səbəb ekologiya, qida
xarakterinin dəyişilməsi, yumşaq
qidalara üstünlük verilməsi,
hamiləliyin problemli keçməsi və
s. kimi məsələlərdir ki, əvvəl-axır
uşaqda diş-çənə anomaliyasına
gətirib çıxarır. Süd dişlərinin
vaxtından öncə çəkilməsi də buna
səbəb olur. Vaxtında müraciət olu-
narsa, 100 faiz bərpa edilir, lakin
gec müraciət olunarsa, bərpa faizi
aşağı düşür.
- Dişdə sarılıq xəstəliyinin
yaran masına nə səbəb olur?
- Necə ki, insanın rəngi
doğuşdan olur, eləcə də dişin rəngi
anadangəlmə olur. Yəni, bəzi insan-
lar doğulanda dişlərinin rəngi sarı
olur. Amma müəyyən xəstəliklər
nəticəsində də dişin rənginin
dəyişməsi baş verə bilir. İçməli suda
flüorun miqdarının çox olması,
siqaret çəkmək və s. zamanı diş ərpi
yaranır. Bunlar da dişin rənginin
dəyişməsi ilə nəticələnir. Qeyd
edim ki, rəng probleminin həlli bu
gün stomatoloqlar üçün çox asan
bir prosesdir.
- Bəs damaq qaşınması nədən
yaranır?
- Əgər çəkilmiş diş varsa, həmin
dişin yeri qaşınarsa, ola bilər ki,
həmin yerdə alveolit deyilən pros-
es gedir. Çıxarılmış dişin yeri tam
sağalmayıb, nəticədə sağalma pros-
esi getdikcə qaşınma olur. Qaşınma
deyilən hissiyat əslində subyektiv
hissiyatdır. Damaq xəstəliyi kimi
hesab edilmir.
- Fəaliyyətiniz dövründə hər
hansı bir çətin patologiya ilə
rastlaşmısınızmı?
- Çətin patologiya cavan
yaşlardan dişlərin itirilməsi –de-
formasiya olmasıdır. Bunun bərpası
artıq çətin proses hesab olunur.
Yəni, belə halda tək ortoped deyil,
terapevt də qoşulur müalicəyə,
bəzən bu 1 il çəkir.
- Sağlam dişlərə malik olmaq
üçün oxucularımıza nə məsləhət
verərdiniz?
- İlk olaraq əlbəttə ki, gigiyenaya
diqqət etsinlər. Mütəmadi olaraq
diş yuyulmalıdır. Dövrü olaraq ildə
2 dəfə diş müayinəsindən keçsinlər,
həkimə müraciət etsinlər.
Qeyd edim ki, bizim baza ATU-
nun Stomatoloji Klinikasında
yerləşir. 57 nəfərdən ibarət işçi
kollektivimiz var. Stomatoloji ka-
fed ralar içində ən böyüyü ortope-
dik stomatologiya kafedrasıdır. Diş
xəstəliyi ilə üzləşən hər kəs bizə
müraciət edə bilər. Yeri gəlmişkən,
bu gün Beynəlxalq Stomatoloq-
lar Günüdür. Fürsətdən istifadə
edib həm həmkarlarımı, həm də
tələbələrimizi təbrik edirəm.
Həkim-stomatoloq: “Uşaqlarda ən çox yayılmış
xəstəlik diş-çənə anomaliyalarıdır”
http://w w w.amu.edu.az
16 fevral 2017-ci il
6
u
Ölkənin qədim tarixə
ma lik ərazilərindən biri Xo-
calıdır. O, Ağdam-Şuşa, Xan-
kəndi-Əsgəran yolları üzə-
rində yerləşib və Qarabağda
mühüm strateji əhəmiyyəti
olan yerdir. Soyqırıma
qədər oranın əhalisi 7 min
nəfərdən çox idi. Orta Asiya-
dan gəlmiş Məhsəti türkləri
və Ermənistandan ermənilər
tərəfindən qovulmuş azərbay-
canlılardan da ora sığınan-
lar var idi. Faciədən əvvəl
Xocalıya şəhər statusu da
verilmişdi və orta məktəbi,
mədəniyyət evi, kitabxanası,
xəstəxanası, bəzi orta-ixtisas,
ali məktəblərin filialları var-
dı.
Ermənilərin təbliğatını müəy-
yən edən siyasət uzun illərdən
bəri idi ki, gizli olaraq belə
hadisəyə doğru gəlməkdə idi.
80-ci illərin sonlarında isə bu
gizlinlər açıq müstəviyə keçdi
və nəticə etibarı ilə XX əsrin ən
böyük faciəsi olan Xocalı soy-
qırımını tarixin yaddaşına qanlı
sətirlərlə həkk etdi.
Xocalı təsadüfən seçilməmişdi.
Bura ermənilər üçün yal-
nız azərbaycanlıların yaşa-
yış məntəqəsindən başqa,
qeyd etdiyimiz kimi strateji
cəhətdən çox mühüm idi. Ona
görə ki, bu şəhər Əsgəran qa-
lası ilə Xankəndinin arasında
yerləşməklə dəmir yolu və aero-
porta da malik idi. Ermənilər
əvvəlcə Xocalının mərkəzlə
əlaqəsinin kəsilməsinə çalışır-
dılar. Avtomobil əlaqəsi 1991-ci
ilin oktyabrında kəsildi. 2 yanvar
1992-ci il tarixdən isə şəhərin
elektrik təminatı da dayandırıl-
dı.
Əhali müharibə elan edilmədiyi
halda
Xocalıda
müharibə
şəraitində yaşayırdı və yaşa-
yış məntəqsinin fevralın 13-
dən etibarən xarici aləmlə
əlaqəsi tamam kəsilmişdi. Xo-
calını dünya ilə birləşdirən
hava xəttinin nə qədər davam
edəcəyi ermənilərdən asılı idi və
əvvəlcədən onu da planlaşdır-
mışdılar.
Xocalıya sonuncu vertol-
yot 1992-ci il yanvarın 28-də
gəlmişdi. Şuşanın səmasında
mülki vertolyotun vurulma-
sı və nəticədə 41 nəfərin faciəli
surətdə həlak olmasından son-
ra isə bu əlaqə də kəsilmişdi.
Azərbaycan
səlahiyyətliləri
müx təlif səbəblərlə əlaqədar
mühasirədə olan Xocalıya yol
aça bilmədilər. Son olaraq
ermənilər yanvarın 29-da Xo-
calıdan vertolyot uçmasının da
qarşısını ala bildi. Bundan sonra
Xocalının mühasirəsini daha da
daraltdılar.
1992-ci il fevralın ortaların-
da ermənilər Qaradağlı kəndinə
güclü hücuma başladı. Qanlı
döyüşlərdə kənd dəfələrlə əldən-
ələ keçdi. Dörd gün davam edən
qeyri-bərabər döyüşdən sonra
ermənilər Qaradağlını ələ keçirib
onun 92 müdafiəçisini, 54 sa-
kinini vəhşicəsinə öldürüb silos
quyularına atdılar.
Məhz ona görə də Xocalıya
hücum əməliyyatına çox bö-
yük hərbi qüvvə və texnika
cəlb etmişdilər. Xocalıya hü-
cum əməliyyatına başlamaq
üçün erməni hərbi hissələri
ilə yanaşı, xarici ölkələrdən
gətirilmiş muzdlu quldurlar,
zabit heyətinin uçdə iki hissəsi
ermənilərdən ibarət olan Ru-
siyanın Xankəndində yerləşən
366-cı motoatıcı alayı da hazır
vəziyyətə gətirilmişdi.
1988-ci il sentyabrın 18-də
ermənilərin Xocalıya daha iri-
miqyaslı hücumları oldu. Elə
həmin gün Xankəndindəki
nümayişdən çıxan 5000-ə qədər
erməninin bir qismi piyada, bir
qismi maşınlarla Xocalıya hücum
etdlilər. Hərəkət edən “Kamaz”
və “Kraz” markalı maşınların ar-
xasınca gələn ermənilər şəhərə
yaxınlaşdılar. Hücumdan xəbər
tutan Xocalının 150 cəsur oğlu
onların qarşısına çıxdı. Qeyri-
bərabər döyüşdə 27 erməni öl-
dürüldü, 100-ə qədəri isə ya-
ralandı. Bu, ermənilərə vurulan
güclü zərbə idi.
Xocalılar vəziyyətin getdikcə
gərginləşdiyini görüb dəfələrlə
məlumat versələr də mərkəzdən
heç bir köməklik ala bilmədilər.
Bakıda hakimiyyət uğrunda dar-
tışmalar davam etdiyi bir vaxt-
da Xocalı səmasında qara bu-
ludlar günbəgün, saatbasaat
sıxlaşırdı. Heç bir yerdən kömək
ala bilməyən şəhər əhli könül-
lü müdafiə dəstələri yaratmağa
başladılar. Həmin dövrdə Xo-
calının müdafiə qüvvələrinin
ixtiyarında çox az sayda avto-
mat, bir top, iki “Alazan” tipli ra-
ket qurğusu var idi. Ermənilərin
isə ətraf kəndlərdə-Daşbulaq,
Mehdikənd, Ballıca, Pirəməkli və
Mirzəcanda 515 canlı qüvvəsi, 3
“Alazan” raketi, 10 zirehli trans-
partyoru, 3 PDM-i və bir neçə
tankı var idi.
1992-ci ilin yanvarında Pa-
ris yaxınlığında məxfi təlim
düşərgəsi yaratmış “ASALA”
erməni terrorçu təşkilatının 26
üzvü Xankəndinə gəldilər. Digər
ölkələrdən də terrorçu quldur
dəstələri cəlb olunmuşdu. Bü-
tün bunlardan aydın görünür ki,
faciə ərəfəsində ermənilər istər
canlı qüvvə, istərsə də hərbi tex-
nika və silah cəhətdən xocalılar-
dan üstün olub. Buna baxmaya-
raq ermənilər Xocalıya birbaşa
hücumdan ehtiyat edirdilər.
1992-ci il fevralın 25-dən 26-
na keçən gecə tarixdə ən böyük
faciələrdən biri-Xocalı soyqırımı
baş verdi. Həmin gecə ermənilər
üç istiqamətdən şəhərə hü-
cum etdilər. Xocalıya hücumda
Ermənistan Respublikası Silahlı
Qüvvələrinin tabeliyində olan
qruplar, muzdlu əsgərlər, özünü
“Arsak” ordusu adlandıran Dağ-
lıq Qarabağın erməni bölmələri
və 366-cı Rusiya hərbi alayı iş-
tirak etmişdi.
Fevralın 25-də gecə 23-00
dan şəhər toplardan atəşə tu-
tuldu. İlk növbədə şəhərdə
yerləşən kazarma, müdafiə
nöqtələri dağıdıldı. Hücum
başladıqdan
dərhal
son-
ra əhalinin bir hissəsi Ağdam
istiqamətinə hərəkət edərək
Xocalını tərk etməyə başladı-
lar. Mülki əhalinin əksər hissəsi
şəhəri tərk etdi, təxminən
300 nəfər öz evlərində və
zirzəmilərdə gizləndi. Şəhərin
bombalanması zamanı onla-
rın da əksəriyyəti öldürüldü.
Ermənilərin məlumatına görə,
mülki əhalinin şəhərdən çıxma-
sı üçün Ağdama doğru “Azad
dəhliz” saxlanılmışdı. Əgər belə
bir şey var idisə, əhaliyə heç bir
xəbərdarlıq edilməmişdi.
Azərbaycanın Ağdam rayonu-
nun yaxınlığında “Azad dəhliz”lə
hərəkət edərkən bu insanla-
ra erməni faşistləri tərəfindən
atəş açıldı və nəticədə onların
çox hissəsi öldürüldü. Sağ qalan
qaçqınlar dağınıq düşdü. Xilas
olmağa çalışanlar erməni post-
larına dirəndilər və orada atəşə
məruz qaldılar. Yalnız qaçqın-
ların bir hissəsi Ağdama çata
bildi; bəziləri, əsasən qadın və
uşaqlar (dəqiq sayını müəyyən
etmək mümkün deyil) dağlar-
da hərəkət edərkən donaraq
öldülər. Ağdama çata bilənlərin
ifadələrinə görə, bəziləri Pirca-
mal və Naxçıvanik kəndlərində
ermənilər tərəfindən əsir götü-
rüldülər. Dəyişdirilən Xocalı
sakinlərinin ifadələrinə görə, əsr
götürülənlərin xeyli hissəsi qətlə
yetirilmişdi.
Bu dəhşətli gecədə dinc
əhalidən 613 nəfər, o cümlədən
63 uşaq, 106 qadın, 70 qoca
xüsusi amansızlıqla və işgəncə
verilməklə öldürülmüş, 76–sı
uşaq olmaqla 487 nəfərə ağır
bədən xəsarəti yetirilmiş, 1275
sakin-uşaqlar, qadınlar və qoca-
lar girov götürülərək ağılasığmaz
zülmə, təhqirlərə və həqarətə
məruz qalmışdılar. Onlardan 150
nəfər itkin düşmüşdü. Sonra-
dan əsr götürülənlərdən yalnız
1165 nəfərini geri almaq müm-
kün olmuşdu. Bu qətliam zamanı
səkkiz ailə tamailə məhv edilmiş,
25 uşaq hər iki valideynini, 224
uşaq bir valideynini itirmişdi.
Bundan başqa 230 ailə öz başçı-
sını itirmişdi. 200 nəfərin ayaq-
ları soyuqdan qanqrena olmuş-
du. Girov götürülənlərdən 150
nəfərin, o cümlədən 68 qadının
və 26 uşağın taleyi bu günədək
məlum deyil.
Xocalı faciəsi gizlində de-
yil, dünyanın gözləri qar-
şısında həyata keçirilmişdi.
Qətliamdan sonra Qərbin tele-
viziya jurnalistləri hadisə yerinə
getmək istədikdə erməni silah-
lıları tərəfindən qarşısı alınmış-
dı. Bu fakt dünya mətbuatında
verilməsinə baxmayaraq ermə-
ni ləri dəstəkləyən qüvvələr
ona o qədər də əhəmiyyət
vermədilər.
Amma
Qərbin
telejurnalistləri bir sıra yerlərdə,
o cümlədən Xocalının ətrafında
qətl edilənləri görmüş və on-
ları lentə ala bilmişdilər. Onlar
50-yə qədər eybəcərləşdirilmiş
cəsədi çək miş dilər.
Ermənilərin azərbaycanlılara
qarşı növbəti soyqırımının hələ
o zaman tarixləşdirilməsində
və dünyaya çatdırılmasında
Azərbaycan televiziyasının müx-
biri Cingiz Mustafayev əsas rol
oynamışdı. Cəlladların mane ol-
masına baxmayaraq o, həyatını
riskə ataraq xocalıların qırğına
məruz qaldıqları yerlərə gedə
bilmiş və əsrin soyqırımını lentə
köçürərək
əbədiləşdirmişdir.
Onun video kadrları bütün dün-
yada göstərilmiş, ermənilərin bu
tarixi cinayəti ilə dünyanı tanış
etmişdi.
Ermənistan hərbi birlikləri
qətlə yetirdikləri insanların
üzərində xüsusi əməliyyat apa-
raraq onların başlarının dərisini
soymuş, müxtəlif əzalarını
kəsmiş, körpə uşaqların gözlərini
çıxarmış,hamilə qadınların qa-
rınlarını yarmış, adamları diri-
diri torpağa basdırmış və ya yan-
dırmışlar. Bu müsibətləri gözləri
ilə görən Xəzangül Məmmədova
adlı bir qız bildirirdi ki, gözü-
müzün qarşısında əvvəlcə ata-
mın ayaqlarına benzin tökdülər,
sonra isə od vurub yandırdılar.
Milli ordunun iki əsgərinin diri-
diri başını kəsdilər. Əsir düşmüş
başqa bir Xocalı sakininin son-
ralar dediklərindən: “Bizi erməni
qəbiristanlığına gətirdilər. Dörd
nəfər gənc məhsəti türkü-
nü və üç azərbaycanlını vaxtı
ilə türklərə qarşı vuruşmuş bir
erməninin qəbri üstündə qurban
kəsdilər. Bundan sonra quldur-
lar valideynlərinin gözü qaba-
ğında uşaqlara isgəncə verib
öldürdülər. Sonra buldozerlərin
köməyi ilə meyitləri dərəyə
tökdülər. İnsan cildinə girmiş
bu vəhşilərin ürəyi bununla da
soyumadı. Onlar əynində Mil-
li Ordunun forması olan iki
azərbaycanlı gətirdilər və vint
açanla onların gözlərini dəldilər.
Xocalının müdafiəçilərindən
Əlif Hacıyev, Tofiq Hüseynov,
İnqilab İsmayılov, Adil Quliyev,
Fizuli Rüstəmov, Şöhrət Həsənov
qeyri-bərabər döyüşlərdə föv-
qəladə qəhrəmanlıqlar göstər-
miş, çoxsaylı Xocalı sakinlərinin
xilası yolunda şəhid olmuş-
lar. Bütün bu faciələrin əsl
səbəbkarlarından biri Zori Ba-
layan “Ruhumuzun dirçəlişi”
adlı kitabında 1992-ci il fevra-
lın 26-da Xocalıda törətdikləri
soyqırım haqqında yazır: “Biz
Xaçaturla ələ keçirdiyimiz evə
girərkən əsgərlərimiz 13 yaşlı bir
türk uşağını pəncərəyə mismar-
lamışdılar. Türk uşağı çox səs-
küy salmasın deyə Xaçatur uşa-
ğın anasının kəsilmiş döşünü
onun ağzına soxdu. Daha son-
ra uşağın başından, sinəsindən
və qarnından dərisini soydu.
7 dəqiqə sonra uşaq dünyası-
nı dəyişdi. Ruhum sevincdən
qürurlandı. Xaçatur daha son-
ra ölmüş türk uşağının cəsədini
hissə-hissə doğradı və bu türklə
eyni kökdən olan itlərə atdı. Ax-
şam eyni şeyi daha üç türk uşa-
ğına etdik. Mən bir erməni kimi
öz vəzifəmi yerinə yetirdim”.
Bu amansız bəşəri cinayətin ilk
qiymətini ümumilli lider Heydər
Əliyev verdi. Ulu öndər deyirdi ki,
“Bütövlükdə Azərbaycan xalqına
qarşı yönəldilmiş Xocalı soyqı-
rımı öz ağılasığmaz qəddarlığı
və qeyri-insani cəza üsulları ilə
bəşər tarixində bir vəhşilik ak-
tıdır. Bu soyqırımı eyni zaman-
da, bütün bəşəriyyətə qarşı ta-
rixi bir cinayətdir”. 1993-cü ildə
Azərbaycan prezidenti Heydər
Əliyevin təşəbbüsü ilə fevralın
26-sı Xocalı soyqırımı günü kimi
qəbul olundu. Heydər Əliyevin 25
fevral 1997-ci il tarixdə verdiyi
qərar nəticəsində hər il fevralın
26-sı saat 17.00 da Azərbaycan
Respublikasının ərazisində Xo-
calı soyqırımı qurbanlarının
xatirəsinə ehtiram əlaməti ola-
raq sükut dəqiqəsi elan olundu.
Beləliklə,
fikirimizi
ölkə
rəhbəri İlham Əliyevin sözləri
ilə yekunlaşdırmaq istəyirik:
“Azərbaycanlılara qarşı erməni
şovinist dairələrinin XIX-XX
əsrlərdə mərhələ-mərhələ həya -
ta keçirdiyi etnik təmizləmə si-
yasətinin tərkib hissəsi olan
Xocalı
soyqırımı
haqqında
həqiqətlər dünya ictimaiyyətinə,
xarici ölkələrin parlamentlərinə
çatdırılmalı, Azərbaycan xal-
qının və ümumən insanlığın
əleyhinə yönəldilmiş bu son
dərəcə ağır hərbi cinayət bey-
nalxalq miqyasda öz hüquqi-
siyasi qiymətini almalıdır”.
Dostları ilə paylaş: |