16 fevral 2017-ci il
http://w w w.amu.edu.az
7
u
Akif Nurəddin oğlu Qara
yev universitetimizin öz
zəhmətsevərliyi, nümunəvi ziyalı
lığı ilə seçilən alimlərindən biridir.
O, 1947ci ilin fevralında İmişli ra
yonunda anadan olub. 19541958ci
illərdə Kəlbəcər rayonunda ibtidai
məktəbə getmiş, 19581960cı illərdə
Şəmkir şəhər orta məktəbində oxu
muşdur. Bundan sonra təhsilini İmişli
şəhər 1 saylı orta məktəbində davam
etdirən Akif Qarayev 1965ci ildə
həmin məktəbi gümüş medalla bitir
mişdir. Elə həmin il N.Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnsti
tutunun əczaçılıq fakültəsinə qəbul
olmuş, 1970ci ildə isə həmin fakültəni
fərqlənmə diplomu ilə bitirərək
təyinatla Respublika Baş Apteklər
İdarəsinin Gəncə şəhər şöbəsində kim
yaçıanalitik vəzifəsində çalışmışdır.
Elmə olan həvəs və gələcək
arzuları gənc mütəxəssisi elə
həmin ildə Azərbaycan EA-
nın A.Qarayev adına Fiziolo-
giya İnstitutunun aspirantura-
sına gətirib çıxarır. 1973-cü
ildə biokimya ixtisası üzrə elmi
işini başa vurduqdan sonra
N.Nərimanov adına ADTİ-nin
bioloji kimya kafedrasında assi-
sent vəzifəsinə işə qəbul edilir.
1975-ci ildə biologiya elmləri
namizədi alimlik dərəcəsi alan
Akif müəllim artıq 44 ildir ki, bu
fənni tədris edir. 1984-cü ildən
kafedranın baş müəllimi, 1988-
ci ildən isə dosentidir. Uzun
müddət kafedranın tədris hissə
müdiri vəzifəsində çalışan Akif
müəllim hazırda da bu vəzifəni
icra etməkdədir. Onun müəllifi
və həmmüəllifi olduğu müxtəlif
illərdə nəşr edilən kitablar
pedaqoji fəaliyyətinin əsas
göstəricilərindəndir.
Ümumilikdə 70-dən çox elmi
tezis və məqalələr, metodik
tövsiyələrin hazırlanmasında
zəhməti olan dosent Akif Qa-
rayev eyni zamanda TQDK-nın
rezidentura şöbəsinin biokimya
ixtisası üzrə ekspertidir. Akif
müəllim yaxşı alim, pedaqoq ol-
maqla yanaşı, gözəl ailə başçısı,
təvazökar şəxs, sədaqətli dost-
dur. Bioloji kimya kafedrasının
müdiri, biologiya elmləri dokto-
ru, professor Arif Əfəndiyevin
söylədiklərindən: “Dosent Akif
Qarayev haqqında yalnız xoş
sözlər deyə bilərəm. O, yax-
şı müəllim, ixtisasını dərindən
bilən, obyektiv, tələbkar, daim
öz üzərində çalışan və işinə
məsuliyyətlə yanaşan pedaqoq-
larımızdan olub, müəllim-tələbə
heyətinin rəğbətini qazanıb.
Mən onunla 40 ildən çoxdur ki,
dostluq edirəm və bu dostluq-
dan həmişə məmnun olmuşam.”
Azərbaycan dili kafedra-
sının müdiri, filologiya üzrə
fəlsəfə doktoru, çox hörmətli
müəllimim dosent Akif Mi-
riyevin dediklərindən: “Do-
sent Akif Qarayev şəxsiyyətə,
ölkə vətən daşlığına fəal həyat
mövqeyindən qiymət verməyi
üstün tutan ziyalılarımızdandır.
O, müəllim ömrünü, bu dünyada
yaşamağın məqsədini doğma
millətə, dövlətə, onun tarixi və
mədəni özəlliklərinə ehtiramda
və təmənnasız xidmətdə görür.”
İş yoldaşımız, həmkarımız do-
sent Akif Qarayevlə fəxr edərək
əminliklə deyə bilərik ki, onun
keçdiyi zəhmətlə dolu, şərəfli
ömür yolu bu günün gəncliyi
üçün də bir nümunədir. Biz kol-
lektivimiz adından Akif müəllimi
70 illik yubileyi münasibəti ilə
səmimi qəlbdən təbrik edir, ona
ən gözəl nemət olan can sağlığı,
uzun ömür və işlərində yeni-ye-
ni müvəffəqiyyətlər arzulayırıq.
Hafiz OSMANOV,
Bioloji kimya kafedrasının əməkdaşı
Ziyalılığı ilə seçilən pedaqoq
Yubiley
Bu günlərdə Azərbaycan
Tibb Universitetinin Tədris
Cərrahiyyə Klinikasında
İstanbul Medipol Unive
rsite
tinin Medipol Mega
Xəstə xanasının nüma yən
dələri ilə birlikdə “İyi ve
kötü huylu tümörlerine
yak
laşmalar” (Qlial şiş
bədxassəli şiş) mövzusunda
seminar keçirilib.
ATU-nun Tədris Cərra-
hiyyə Klinikasının direktoru,
professor Surxay Hadıyev
seminarı açaraq, bu cür
tədbirlərin önəmindən bəhs edib.
Daha sonra Medipol Mega Xəstəxanasının
beyin və sinir cərrahiyyəsi rəhbəri, professor
Dr. Nejat Akalan “Glial tümör, cerrahi teda-
vi prinsipleri ve yeni gelişmeleri” mövzusunda
təqdimatla çıxış edib.
Seminarın davamında, video roliklərlə hazır-
lanmış geniş mühazirələr dinlənilib.
Hər iki universitet xəstəxanalarının həkimləri
arasında qarşılıqlı müzakirə və danışıqlar apa-
rılıb.
Stomatoloq ən qədim peşələrdən
biridir. Arxeoloqlar qazıntılar zamanı
bu qədim sənətin nümayəndələrinin
fəaliyyətlərinin çoxsaylı sübutlarını
aşkar etmişlər. Qalıqlar hələ eramızdan
əvvəl yeddi min il əvvələ təsadüf edir.
Bayramın özü isə nisbətən gəncdir.
Bu tarix təsadüfən seçilməyib. Həmin
gün katolik kilsəsinin xristian şəhidi
isgəndəriyyəli Apolloniya anılır. Xristi-
anlıqdan dönməsi üçün Apolloniyaya
dəhşətli işgəncələr verilib. Müqəddəs
Apolloniyanın məruz qaldığı işgəncələrin
atributu kəlbətin olub. Müqəddəs qadın
bütün işgəncələrə davam gətirib, onu
tonqalda yandırmaq ilə hədələyəndə, o, özü alo-
vun içinə addımlayıb. Bu hadisə 249-cu il fevra-
lın 9-da baş verib.
O vaxtdan belə bir inanc yaranıb: “Santa
Apolloniya!” deyən kimi, dişağrısı keçir.
ATU-nun Stomatologiya Klinikasında fəaliyyət
göstərən stomatoloqlarımızı, stomatologiya
fakültəsinin bütün tələbələrini peşə bayramları
münasibətilə təbrik edirik!
Cərrahiyyə Klinikasında İstanbuldan
gələn həkimlərin iştirakı ilə bədxassəli şiş
mövzusunda seminar keçirilib
Cərrahiyyə Klinikasında İstanbuldan
gələn həkimlərin iştirakı ilə bədxassəli şiş
mövzusunda seminar keçirilib
Hər il fevralın 9-da stomatoloqların peşə
bayramı - Beynəlxalq Stomatoloq Günü
qeyd olunur
Hər il fevralın 9-da stomatoloqların peşə
bayramı - Beynəlxalq Stomatoloq Günü
qeyd olunur
Azərbaycan Tibb Univer-
siteti Tədris Cərrahiyyə
Klini kasında koxlear im plan-
tasiya əməliyyatları uğurla
davam etdirilir. Bu gün həmin
istiqamətdə 50-ci uşaq üzərində
cərrahiyyə əməliyyatı icra
olundu.
Koxlear implantasiya
əməliyyatı ağır dərəcəli
eşitmə zəifliyi olan, eşitmə
cihazı taxmasına baxma-
yaraq nitqi inkişaf etməyən
uşaqlara icra olunan əmə-
liyyatdır. Bu əməliyyatla
implant cihazı daxili qulağa
yerləşdirilir. Əməliyyatın
məqsədi uşaqlarda nitq-
in inkişafı üçün yetərli
dərə
cədə
eşitməni təmin
etməkdir. Erkən yaş
dövründə koxlear implan-
tasiya icra olunan uşaqlarda
nitqin inkişafı yaşıdaları
kimi olur və bu, onları
“eşitmə qüsurlu uşaq” sta-
tusundan qurtarır.
Klinikada kox
lear
implantasiya
əmə liy-
yatları sıxlıqla, ardıcıl
intensivliklə olunur. Əmə-
liyyatdan son ra lazım olan
reabilitasiya seansları ke-
çi
rilir. Əməliyyatı tibb
üzrə fəlsəfə doktoru Yusif
Hacıyev uğurla icra edir.
Əməliyyatdan
sonrakı
reabilitasiya məsələləri
bu sahədə təkmilləşmiş
mütəxəssis - t.ü.f.d. Afaq
Abbasova tərəfindən həyata
keçirilir.
Uşaqlara yaxından yar-
dım edən tibbi personalın
müdaxiləsi öz bəhrəsini
verir. Artıq əməliyyat olu-
nan uşaqların danışığını
eşitmək ailələrin sevincinə
səbəb olur, bu isə tibb
heyəti üzvlərinin ən dəyərli
mükafatlarıdır.
50-ci uşaq üzərində Koxlear im-
plantasiya əməliyyatı aparıldı
ATUnun mətbuat xidməti
Uşaqların beyni üçün balığın
tərkibində fosforun faydası hamıya
məlumdur. Lakin ABŞ-ın Şimali
Karolina Universitetinin alimləri
müəyyən ediblər ki, beyinə birbaşa
təsir edən balığın tərkibindəki
Omega-3 yağ turşusu, daha dəqiq
dokozageksaen turşusudur. Doko-
zageksaen Omega-3-ün tər ki bində
olan iki yağ turşusundan biridir ki,
sinir hüceyrələrinin membranının 20
faizini bu maddə təşkil edir.
Turşular sinir hüceyrələri arasında
məlumatın ötürülməsində aparıcı rol
oynayır ki, onların azlığı bu prosesin
ləngiməsinə səbəb olur.
AZƏRTAC “Arqumentı nedeli”
saytına istinadla xəbər verir ki, 7-12
yaş arası uşaqlarda bu maddəni az
qəbul etdikdə digərlərinə nisbətən
dərslərində geriləmə müşahidə ed-
ilir. Məhz bu yaşlarda beyin strukturu
yenidən biçimlənir. Bu baxımdan lazi-
mi maddələrin qəbulu əqli fəaliyyətin
düzgün inkişafı üçün çox vacibdir.
Alimlər bildiriblər ki, Omega-3
preparatının möv
cud olmasına bax-
mayaraq onun təbii mənbələrdən qəbul
edilməsi daha məqsədəuyğundur.
Təbiətdə bu maddənin mənbəyi dəniz
məhsullarıdır.
Balığın insan beyninə faydaları nələrdir?
http://w w w.amu.edu.az
16 fevral 2017-ci il
Azərbaycan dili kafedrasının
kollektivi, “Təbib” qəzetinin, Əsaslı
kitabxananın və inzibati təsərrüfat
şöbəsinin əməkdaşları Azərbaycan
dili kafedrasının dosenti Məfkurə
Hüseynovaya bacsı
Klara xanımın
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Bioloji kimya kafedrasının
əməkdaşları kafedranın dosenti Akif
Qarayevə bacsı
Kifayət xanımın
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
II uşaq xəstəlikləri kafedrasının
əməkdaşları kafedranın asisstenti
Gündüz Əhmədova
ə
misinin
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Azərbaycan dili kafedrasının
əməkdaşları göz xəstəlikləri
kafedrasının müdiri, professor Paşa
Qəlbinura bacsı
Güldəstə xanımın
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər
Hərbi tibb fakültəsinin
əməkdaşları hərbi tibb
məktəbinin rəisi vəzifəsini
müvəqqəti icra edən Sahib
Məmmədova anası
Adilə xanımın
vəfatından kədərləndiklərini
bildirir və dərin hüznlə başsağlığı
verirlər.
Azərbaycan dili kafedrasının
əməkdaşları iş yoldaşları dosent
Pərvinə xanıma əzizi
Teyyub Məmməd oğlunun
vaxtsız vəfatından
kədərləndiklərini bildirir və dərin
hüznlə başsağlığı verirlər.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üst-üstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar-4” İKŞ-də
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н - 022633
İndeks -0269
Sayı 1800
Tibb aləmində
Kafedraların müdirləri:
- III cərrahi xəstəliklər kafedrası
- Patoloji anatomiya kafedrası
Elmi Tədqiqat Mərkəzi:
- Biokimya kafedrası üzrə elmi-tədqiqat laboratoriyası
Böyük elmi işçi: - 1 yer (0,5 vahid)
Müsabiqədə iştirak etmək üçün sənədlərin təqdim
olunma müddəti elan qəzetdə dərc olunduğu gündən
30 gün keçənədəkdir. Sənədlər rektorun adına ya-
zılmış ərizə ilə birlikdə aşağıdakı ünvana təqdim
edilməlidir:
AZ 1007, Bakı şəhəri , Ənvər Qasımzadə küçəsi 14:
Telefon: (012) 597-43-23
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ
AZƏRBAYCAN TİBB UNİVERSİTETİ
KAFEDRALAR ÜZRƏ AŞAĞIDAKI
YERLƏRİ TUTMAQ ÜÇÜN
MÜSA BİQƏ ELAN EDİR
II müalicə-profilaktika fakültəsinin V kurs, 305
b
qrup
tələbəsi Bingöl Mərtcanın adına verilmiş tələbə bileti itdiyi
üçün etibarsız sayılır.
u
Lazerlər cərrahlara be
yin xərçəngini sürətli analiz
etməyə və nə qədər toxumanın
götürülməsinə qərar verməyə
kömək edə bilər.
AZƏRTAC “bbc.com” saytına isti-
nadla xəbər verir ki, SRS mikros-
kopu adı verilən bu cihaz Miçiqan
Universitetinin tibb fakültəsində
və
Harvard
Universitetində
360-dan çox pasiyent üzərində
təcrübədən keçirilib.
Beyin toxumalarının bölmələri
dondurularaq
laboratoriya-
ya aparılır, rənglərlə boyanır və
sonra analiz edilir. Proses 30-40
dəqiqə davam edir. Həmin tex-
nika vasitəsilə toxumalar üzərinə
lazer işığı salınır. Lazer şüala-
rının xassələri “vuruş”dan asılı
olaraq dəyişir. Xərçəngə yolux-
muş hüceyrə ilə beynin sağ-
lam toxumalarının fərqli kimya-
sı cərrahlara toxumaların xarici
kənarını tapmağa kömək edir.
Bağırsaq xərçəngi kimi bu
xəstəliyin digər növlərində də
həkimlər əhəmiyyətli olmayan
ətraf toxumaları götürə bilirlər.
İşin ən çətin tərəfi beyində gərəkli
olmayan toxumanın olmamasıdır.
Tədqiqatçılar
texnologiyanın
uzun müddət kliniki təcrübədən
keçirilməsinin lazım olduğu-
nu vurğulayıblar. Lakin cihaz
vasitəsilə sağ qalma şansı-
nı artırmağın mümkünlüyü də
müəyyənləşməyib. Alimləri ən
çox düşündürən isə bu prosesdən
az istifadə etməyin xərçəngin
bərpa olunmasına, çox istifadənin
isə əlilliyə səbəb ola bilməsidir.
Lazer vasitəsilə beyin xərçəngini
analiz etmək mümkün ola bilər
Allah rəh mət elə sin!
Uzun illər boyu alimlər bildirirlər ki, malyariya ağcaqanadları
müvafiq xəstəliyə yoluxmuş adamların qanını sormağa
daha çox meyillidir. Beləliklə, malyariya törədicisinin digər
insanlara keçməsi ehtimalı artır.
Uzun illər boyu alimlər bildirirlər ki, malyariya ağca-
qanadları müvafiq xəstəliyə yoluxmuş adamların qa-
nını sormağa daha çox meyillidir. Beləliklə, malyariya
törədicisinin digər insanlara keçməsi ehtimalı artır.
İsveç Kənd Təsərrüfatı Elmləri Akademiyası, Stokholm
Universiteti və Kral Texnologiya İnstitutundan bir qrup
tədqiqatçı İnqrid Fayenin rəhbərliyi altında müəyyən
edib ki, insan qanında olan malyariya paraziti eritrositlərə
təsir edən HMBPP adlı xüsusi maddəni hazırlayır. Son-
da bu, tənəffüs zamanı verilən nəfəsdə karbon qazı və
digər uçucu maddələrin miqdarının çoxalmasına səbəb
olur. Ağcaqanadlar belə adamların qanını nəinki sorur,
həm də birdəfəyə daha böyük həcmdə soraraq malyariya
parazitlərinin böyük miqdarda daşıyıcısına çevrilir.
İsveç KİV-lərinin yaydığı məlumata görə, bu kəşf hər il
430 mindən çox insanın ölümünə səbəb olan malyariyaya
qarşı mübarizəyə böyük töhfə verəcək. Məsələn, HMBPP
maddəsindən istifadə etməklə malyariya ağcaqanadlarını
cəlb edən “tələ” qurmaq olar.
AZƏRTAC xəbər verir ki, 1993cü ildən hər il fevralın
11i Dünya Xəstələr Günü kimi qeyd olunur. Bu əlamətdar
Gün Roma Papası II İohann Pavel tərəfindən 1992ci il
mayın 13də təsis edilib. Tarixin seçilməsi isə katoliklərin
hər il fevralın 11də sağlamlıqları üçün dua etmələri ilə
bağlıdır.
Bu Günün təsis olunması əsasən sosial addım hesab
olunur. Belə ki, 11 fevral bir sıra xəstəliklərdən əziyyət
çəkən insanlara dəstək məqsədilə müxtəlif tədbirlər ke-
çirilir, xəstəxanalar ziyarət olunur, sağlamlıq və sağlam
həyat tərzi istiqamətində profilaktik addımlar atılır.
Malyariyaya yoluxmuş insanlarda ağcaqanadları cəlb
edən maddə aşkarlanıb
Malyariyaya yoluxmuş insanlarda ağcaqanadları cəlb
edən maddə aşkarlanıb
11 fevral beynəlxalq təqvimdə Dünya Xəstələr Günü kimi qeyd olunur
11 fevral beynəlxalq təqvimdə Dünya Xəstələr Günü kimi qeyd olunur
ABŞın Arizona Universitetinin alimləri günorta
yuxusunun uşaqlarda nitqin inkişafına müsbət təsir etdiyini
müəyyənləşdiriblər.
AZƏRTAC “Komsomolskaya pravda” saytına istinad-
la xəbər verir ki, 40 uşağın iştirakı etdiyi tədqiqatlarda
körpələr iki qrupa ayrılıblar. Birinci qrupun iştirakçıları
mütəmadi olaraq öyrəndikləri bir neçə sözdən sonra
günorta yuxusuna yollanıblar. Digər qrupun uşaqları
isə eyni sözləri öyrəndikdən sonra yatmağa deyil, oyun
meydançasına və ya yeməyə aparılıblar. Araşdırma-
lardan günorta yatan uşaqların digərlərinə nisbətən
öyrəndikləri sözləri daha yaxşı qavradıqları məlum olub.
Bununla yanaşı alimlər belə qənaətə gəliblər ki, uşaq-
ların böyüklərdən fərqli olaraq sutkada səkkiz deyil, 10-
12 saat yatmaları vacibdir.
Onların fikrincə məhz bu yuxu rejiminə əsasən tam
dincəlməklə yanaşı, uşaqlarda idrak qabiliyyəti də daha
yaxşı inkişaf edir.
Günorta yuxusu uşaqlarda nitqin
inkişafına müsbət təsir göstərir
Günorta yuxusu uşaqlarda nitqin
inkişafına müsbət təsir göstərir