11
yaradır. Ona görə də CM-nin 181-ci maddəsinin sonuna fiziki və psixi
zorakılığın anlayışını müəyyən edən aşağıdakı məzmunda qeyd hissəsinin
əlavə olunması təklif edilir:
“Bu Məcəllənin Xüsusi hissəsinin maddələrində fiziki zor tətbiq
etmə dedikdə, zərər çəkmiş şəxsin iradəsindən kənar və ya iradəsinə zidd
olaraq onun orqanizminə hüquqazidd,
təqsirli, ictimai təhlükəli bədən
əzələsi gücünün, mexaniki, kimyəvi təsirin göstərilməsi başa düşülür.
Bu Məcəllənin Xüsusi hissəsinin maddələrində psixi zor tətbiq etmə
dedikdə, zərər çəkmiş şəxsin iradəsindən kənar və ya iradəsinə zidd olaraq
onun psixikasına informasiyalar və ya konklyudent hərəkətlər vasitəsi ilə
iradə azadlığını qırmağa və ya məhdudlaşdırmağa qadir olan hüquqazidd,
təqsirli, ictimai təhlükəli təsirin göstərilməsi başa düşülür”.
8. CM-nin 180.3.3, 181.3.4-cü və 182.3.4-cü maddələrində müvafiq
olaraq soyğunçuluq, quldurluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinin
xüsusilə tövsifedici əlaməti qismində təsbit olunmuş
əvvəllər talama və ya
hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş
şəxs tərəfindən törədilməsi əlamətinin məsuliyyəti xüsusilə ağırlaşdıran hal
qismində deyil, məsuliyyəti ağırlaşdıran hal qismində nəzərdə tutulmasının
məqsədəuyğun oduğu əsaslandırılır. Bu zaman, xüsusən, şəxsin törətmiş
olduğu cinayətə görə mühakimə edildiyinin və cəzasını faktik olaraq
çəkməsinin nəzərə alınmasının vacib olduğu vurğulanır. Ona görə də qeyd
edilən əlamətin CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü maddələrində
yerləşdirilməsi, CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü maddələrinin hazırkı
redaksiyalarında təsbit olunmuş əlamətlərin isə (yaşayış sahəsinə, habelə
binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə
törədildikdə; zor tətbiq etmə ilə törədildikdə) 180.2, 181.2, 182.2-ci
maddələrin sıra ardıcıllığı üzrə gələn hissələrində yerləşdirilməsi təklif edilir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq,
soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3
mart 2005-ci il tarixli 1 nömrəli qərarının bəhs edilən cinayətlərin
tövsifində əhəmiyyətli rol oynadığı vurğulanır. Eyni zamanda, həmin
qərara talama cinayətlərinin düzgün tövsifi
üçün mühüm əhəmiyyət kəsb
edən bir sıra əlamətlərin (məsələn, basqın, hücum, hədə-qorxu, zor tətbiq
etmə, əmlakı ələ keçirmə və s.) izahını nəzərdə tutan əlavələrin edilməsi
təklif edilir.
Dostları ilə paylaş: