13
görə hər bir elmin inkişaf perspektivinin müəyyən edilməsi onun tarixinin
öyrənilməsini, əldə olunmuş nailiyyətlərin, yol verilmiş səhvlərin
təhlilinin
aparılmasını zəruri edir. Ona görə də işdə zor tətbiq etməklə özgənin
əmlakını talama əməlləri ilə mübarizə tarixi cinayət qanunvericiliyi və
nəzəriyyəsinin ümumi inkişaf tarixi kontekstində öyrənilir. 1828-ci il 10
fevral Türkmənçay müqaviləsi ilə Şimali Azərbaycanın Rusiya İmperiyası
tərəfindən ilhaqınadək Azərbaycanda əsas etibarı ilə dini hüquq sisteminin
qüvvədə olduğu, həmin tarixdən etibarən
ölkəmizdə dünyəvi hüquq
sisteminə keçidin başlandığı qeyd edilir. Bu dövrdə ölkəmizin ərazisində
Rusiya İmperiyasının 1845-ci il Cinayət və İslah cəzaları haqqında
Qanunnaməsi (1866-cı il və 1885-ci il redaksiyaları ilə) tətbiq edilmişdir.
Qanunnamədə əmlak cinayətlərinə görə məsuliyyət müəyyən edən
normalarının sanksiyaları xeyli dərəcədə qəti müəyyən edilmişdir ki, bu da
konkret cinayət işləri üzrə fərdi cəhətlərin nəzərə alınmasına
imkan
verməmişdir. 1918-ci ilin mayın 28-də yaranan Azərbaycan Demokratik
Respublikasında Bakı Xalq Komissarları Soveti, «Sentrokaspi» diktaturası
hökumətlərinin fəaliyyəti və s. obyektiv səbəblər üzündən milli cinayət
qanunvericiliyini yaratmaq mümkün olmamışdır. Ona görə də ADR-in
Nazirlər Şurası 23 iyun 1918- ci il tarixdə Rusiya və Zaqafqaziya Seyminin
qanunlarının ölkə ərazisində müvəqqəti olaraq qüvvədə qalmasını
təsbit
edən qərar qəbul etmişdir. Beləliklə, həmin dövrdə respublikamızda Rusiya
imperiyasının Cinayət və İslah cəzaları haqqında Qanunnaməsi müvafiq
dəyişiklik və əlavələrlə qüvvədə olmuşdur.
1920-ci il 28 aprel tarixində bolşevik Rusiyası tərəfindən
ölkəmizin
işğalı ilə Azərbaycanda sovet sosialist qanunvericiliyinin tətbiqinə
başlanılmışdır. Azərbaycan Respublikasının 1922-ci il dekabr ayının 8-də
qəbul olunan və 1923-cü ilin fevralın 1-də qüvvəyə minən ilk Cinayət
Məcəlləsinin «Əmlak cinayətləri» adlanan 6–cı fəslinə həm sosialist
mülkiyyəti, həm də vətəndaşların şəxsi mülkiyyəti
əleyhinə olan qəsdlərə
görə məsuliyyət nəzərdə tutan normalar daxil edilmişdir. CM-nin 183–cü
maddəsində soyğunçuluq, 184–cü maddəsində quldurluq üstündə cinayət
məsuliyyəti nəzərdə tutulmuşdur. 184-cü maddənin 2–ci hissəsində təsbit
olunmuş bir qrup şəxsin quldurluğu həmçinin banditizm adlandırılmışdır.
Məcəllədə talanmaya dair cinayətlər parakəndə halda yerləşdirilmişdir (həm
təsərrüfat, həm də vəzifə cinayətləri fəsillərində). Azərbaycan
Respublikasının 1927-ci ilin 3 dekabrında qəbul edilən və 1928-ci ilin 15
yanvarında qüvvəyə minən 2-ci CM–nin əmlak cinayətlərinə həsr edilən 7–
14
ci fəsli, demək olar ki, 1922- ci il CM-nin eyni adlı fəslinə uyğun olmuşdur.
Azərbaycan Respublikasının 1960-cı ilin dekabrın 8-də
qəbul olunmuş,
1961-ci ilin martın 1-də qüvvəyə minmiş 3-cü CM-də talama cinayətləri
mülkiyyətin formalarına uyğun ayrı-ayrı fəsillərdə yerləşdirilmişdir.
«Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və
əlavələr edilməsi haqqında» 7 aprel 1998–ci il tarixli qanunu ilə 1960–cı il
CM–də «Mülkiyyət əleyhinə olan cinayətlər» adlı «İkinci – A» fəsli
yaradılmışdır. 2000–ci ilin sentyabr ayının 1- dən qüvvəyə minmiş
Azərbaycan Respublikasının 30 dekabr 1999–cu il
tarixli qanunu ilə təsdiq
edilmiş və hazırda qüvvədə olan CM-də bu mövqe davam etdirilmiş,
mülkiyyətin bütün formalarının bərabər səviyyədə cinyət-hüquqi
mühafizəsi təmin edilmişdir.
İkinci yarımfəsil
“Cinayət hüququnda zorakılıq, talama və tövsif
Dostları ilə paylaş: