cinayətlərində məsuliyyəti xüsusilə ağırlaşdıran halların tövsifi məsələləri” adlanır. CM-nin 181.3-cü maddəsində quldurluq cinayətinin
aşağıda göstərilən məsuliyyəti xüsusilə ağırlaşdıran halları nəzərdə tutul-
muşdur: 1) mütəşəkkil dəstə tərəfindən törədildikdə; 2) külli miqdarda
əmlak əldə etmək məqsədi ilə törədildikdə; 3) zərərçəkmiş şəxsin sağlam-
lığına ağır zərər vurulmaqla törədildikdə; 4) əvvəllər talama və ya hədə-
qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs
tərəfindən törədildikdə. Burada da məhkəmə-istintaq təcrübəsinin material-
ları əsasında bu növ cinayətlərin tövsifi məsələləri araşdırılır, tövsifdə yol
verilən səhvlər müəyyən edilir. CM-nin 180.3.3, 181.3.4-cü və 182.3.4-cü
maddələrində müvafiq olaraq soyğunçuluq, quldurluq və hədə-qorxu ilə
tələb etmə cinayətlərinin xüsusilə tövsifedici əlaməti qismində təsbit
olunmuş əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və
ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədilməsi əlamətinin
məsuliyyəti xüsusilə ağırlaşdıran hal qismində deyil, məsuliyyəti
ağırlaşdıran hal qismində nəzərdə tutulması məqsədəuyğun sayılır. Bu
zaman şəxsin törətmiş olduğu cinayətə görə mühakimə edildiyinin və
cəzasını faktik olaraq çəkməsinin nəzərə alınmasının vacib olduğu qeyd
edilir. Odur ki, həmin əlamətin CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü
maddələrində yerləşdirilməsi, CM-nin 180.2.3, 181.2.3, 182.2.3-cü maddə-
lərinin hazırkı redaksiyalarında təsbit olunmuş əlamətlərin isə (yaşayış
sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
olaraq girməklə törədildikdə; zor tətbiq etmə ilə törədildikdə) 180.2, 181.2,
182.2-ci maddələrin sıra ardıcıllığı üzrə gələn hissələrində yerləşdirilməsi
təklif edilir. Dissertasiya işinin nəticə hissəsində tədqiqat zamanı əldə olunmuş
elmi nəticələr, cinayət hüququ nəzəriyyəsini yeni elmi müddəalar ilə
zənginləşdirə bilən müddəalar, qanunvericiliyin və məhkəmə təcrübəsinin
təkmilləşdirilməsinə yönəlmiş təkliflər yığcam şəkildə verilmişdir.