istintaq və məhkəmə təcrübəsində zor tətbiq etməklə özgənin əmlakını talama cinayətlərinin tövsifi problemləri” adlanır və üç yarımfəsildən ibarətdir.
Birinci yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını talamaya görə məsuliyyət nəzərdə cinayət-hüquqi normaların əsas tərkiblərinin tövsifi məsələləri” adlanır. Burada məhkəmə təcrübəsinin
materialları arasında zor tətbiq etməklə özgənin əmlakını talamaya görə
məsuliyyət nəzərdə cinayət-hüquqi normaların əsas tərkiblərinin tövsifi
məsələləri araşdırılır. Zərərçəkmiş şəxsin orqanizminə əmlakı talamaq
məqsədi ilə zor tətbiq etmədən güclü təsir edən maddələrin daxil edilməsi
əməllərinin, basqın elementinin mövcud olmaması əlamətinə görə,
quldurluq cinayəti kimi tövsif edilməsinin düzgün olmadığı göstərilir. CM-
nin 181-ci maddəsində quldurluq cinayətinin əsas tərkibinin obyektiv
əlamətlərinin təsvirinin, bəzi tövsifedici əlamətlərin məzmununun tam
şəkildə açıqlanmadığı müəyyən edilir ki, bu da bəhs edilən cinayətlərin
tövsifi zamanı müəyyən problemlər yaradır. Məhkəmə və istintaq
orqanlarında quldurluq cinayətinin törədilmə üsulu, predmeti, məqsədi və s.
ilə bağlı vahid təfsirin olmadığı müəyyən edilir. “Oğurluq, soyğunçuluq və
quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli 1 saylı
Qərarı bu məsələlərə müəyyən dərəcədə kömək etsə də, bəzi məsələlərdə
Ali Məhkəmənin mövqeyi tam aydın deyildir. Zor tətbiq etməklə özgə
əmlakını talama əməllərində tamah, zor elementlərinin mövcudluğu həm
20
obyektiv, həm də subyektiv cəhətdən bu cinayətlərin bir-birindən və oxşar
cinayət tərkiblərindən fərqləndirilməsində çətinliklər yaradır və cinayətlərin
tövsifində səhvlərə yol verilməsinə gətirib çıxarır. Ona görə də bu növ
cinayətlərin bir-birindən fərqləndirilməsi zamanı qəsdin obyekti, predmeti,
zorakılığın xarakteri, tətbiq edildiyi vaxt, yer, şərait və məqsəd kimi
meyarlardan istifadəyə üstünlük verilməsi məqsədəuyğun sayılır.
İkinci yarımfəsil “Zor tətbiq etməklə özgənin əmlakını talama