19
əməlləri içərisində quldurluq cinayəti banditizm cinayəti ilə də qarışıq
salına bilir. Bu, hər iki maddənin dispozisiyasında “basqın” ifadəsindən
istifadə edilməsi ilə bağlıdır. Basqın dedikdə, adətən, zor tətbiq edilməsi və
ya zor tətbiq edilməsi ilə müşayiət olunan qəfləti və intensiv hərəkətlər başa
düşülür. “Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında”
Azərbaycan
Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyul 1996-cı il tarixli Qərarının
9-cu bəndinə əsasən zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətkar
nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə
yaratmağa yönəldilmiş hərəkətlər basqın kimi qiymətləndirilir. İşdə
banditizm və quldurluq cinayətlərinin bir sıra əlamətlər üzrə fərqləndiyi
qeyd edilir. Lakin əsas fərq kimi banditizm cinayətinin basqın
etmək
məqsədi ilə, quldurluq cinayətinin isə özgə əmlakını ələ keçirmə məqsədi
ilə törədildiyi göstərilir.
Dissertasiyanın üçüncü fəsli
“Azərbaycan Respublikasının
Dostları ilə paylaş: