Ayrı-seçiliyə məruz qalmama və Təsirli hüquqi müdafiə vasitələri hüququ



Yüklə 73,7 Kb.
səhifə4/9
tarix25.11.2022
ölçüsü73,7 Kb.
#70429
1   2   3   4   5   6   7   8   9
İnsan Hüquqları - Mühazirə 8

İrqə, rəngə və ya etnik mənşəyə əsaslanan fərqlər. İrqi məsələləri də AİHM “şübhəli kateqoriyaya” aid edir. Şərqi Afrikadan olan asiyalılar Birləşmiş Krallığa qarşı iş357 (1973) həmin bölgədən olan asiyalıların Birləşmiş Krallıqdan çıxarılması haqqında idi. Onlar müxtəlif kateqoriyalardan olan Britaniya vətəndaşları idilər, lakin getməyə başqa yerləri yox idi, çünki vətənləri olan Afrika dövlətlərində onların yaşamaları çətin idi və onlar bir yerdən başqa yerə “köçürülmə” təhlükəsi altında idilər. Rəftardakı bu aşkar fərq irqi əlamətlərə əsaslanırdı, çünki müvafiq qanunvericilik, ancaq nənə-babalarının Birləşmiş Krallıqla əlaqəsinin olduğu insanların məhdudiyyət qoyulmadan ölkəyə daxil olmalarına icazə verirdi. Bu qayda “ağ dərili” mühacir vətəndaşların xeyrinə işləyirdi. Komissiya qərara aldı ki, “irqə əsaslanan ayrı-seçkilik müəyyən hallarda Konvensiyanın 3-cü maddəsinin mənası baxımından ləyaqəti alçaldan rəftara bərabər ola bilər” və “irqə əsaslanan ayrıseçkiliyə xüsusi diqqət yetirilməlidir”. AİHM Kipr adasında yaşayan sakinlərin iki qrupundan birinə qarşı orduda ayrı-seçkilik praktikasına aid müəyyən etdi ki, irqə əsaslanan geniş miqyaslı və ciddi ayrı-seçkilik rəftarı sübuta yetirilib və qərara aldı ki, bu cür rəftar Konvensiyanın 3-cü maddəsini pozur, yəni buradakı ayrı-seçkilik eyni zamanda ləyaqəti alçaldıcı rəftar təşkil edir. Velikova Bolqarıstana qarşı işdə (18.05.2000) ərizəçi və onun birgə yaşadığı kişi qaraçı idilər. Həmin kişi mal-qara oğurluğuna ittihamlarına əsasən tutularaq həbs edildikdən və 12 saat polis bölməsində saxlandıqdan sonar ölmüşdü. Ərizəçi iddia edirdi ki, bu, 2-ci maddədə nəzərdə tutulan yaşamaq hüququnun, eləcə də 14-cü maddənin pozuntusudur; belə ki, mərhuma qarşı pis rəftarın səbəbi onun irqi və ya etnik mənşəyi idi. Məhkəmə hesab etdi ki, ona təqdim edilən material əsaslı şübhə yeri qalmadan belə nəticə çıxarmağa imkan vermir ki, qurbanın ölümü və onunla bağlı səmərəli araşdırmanın aparılmaması irqi qərəzçilik motivinə əsaslanıb. Buna görə də 14-cü maddənin pozuntusu baş verməyib. Qaraçılar ilə bağlı bir digər işdə, ərizəçilər Bolqarıstan hərbi polisi tərəfindən həbs etmə cəhdi zamanı güllələnmiş qaraçı mənşəli iki nəfərin qohumu idilər. Hərbi polis, fərari olan gənc əsgərləri həbs edərkən onları qətl
etmişdilər. Əsgərlərin valideynləri olan ərizəçilər iddia edirdilər ki, 2-ci maddədə nəzərdə tutulan “prosessual hüquq” yəni səmərəli araşdırma aparılması hüququ, eləcə də 13-cü maddədə nəzərdə tutulan səmərəli hüquqi müdafiə vasitələri hüququ da pozulub. Onlar iddia edirdilər ki, qətllər qaraçı mənşəli şəxslərə qarşı ayrı-seçkiliyin nəticəsidir və buna görə də, 14-cü maddə pozulub.
AİHM-nə görə; “...(bu cür işlərə)... irqi çalarları olmayan işlərlə eyni tərzdə baxılması əsas hüquqlar üçün xüsusilə destruktiv (dağıdıcı) olan hərəkətlərin xüsusi xarakterinə göz yummağa bərabər olardı. Əsaslı surətdə fərqlənən belə vəziyyətlərə fərq qoyulmaması Konvensiyanın 14-cü maddəsinə zidd olan haqsız rəftar təşkil edə bilər. Razılığa gələn Dövlətlər onların hüquq-mühafizə mexanizminə inamın qorunub saxlanması üçün güc tətbiqi məsələlərində həm hüquq sistemlərində, həm də praktikada fərq qoyulmasını təmin etməlidirlər”. Həsən İlhan Türkiyəyə qarşı işdə ərizəçi iddia edirdi ki, kürd mənşəli olması ucbatından ayrı-seçkiliyə məruz qalıb və bu, Konvensiyanın 3, 6 və 8-cimaddələri, eləcə də 1 saylı Protokolun 1-ci maddəsi ilə birgə götürülməklə Konvensiyanın 14-cü maddəsinin pozuntusudur. O, iddia edirdi ki, ailəsinin evinin dağıdılması və mülkiyyətinin məhv edilməsi rəsmi siyasətin, yəni milli azlığın üzvü olduğuna görə ona qarşı ayrı-seçkilik siyasətinin nəticəsidir. AİHM yenə də hesab etdi ki, bu iddianı əsaslandıran kifayət qədər faktiki baza yoxdur və belə nəticəyə gəldi ki, 14-cü maddə pozulmayıb. Lakin hakim Lukaides bildirdi ki, o: “... bu işdə Konvensiyanın 14-cü maddəsinin pozulmadığı barədə çoxluğun qərarı ilə razılaşa bilməz. İş üzrə faktlara nəzər salarkən mən, qərarda təsvir edildiyi kimi, ərizəçinin mülkiyyətinin tamamilə dağıdılması və ailəsinin kənddən çıxarılması üçün ərizəçinin kürd mənşəli olmasından başqa hər hansı əsas və ya izahat görmürəm” Chapman v. the UK işdə 361 ərizəçilər mənşəcə “qaraçı” idilər və köçəri həyat tərzi keçirirdilər. Onlar 1985-ci ildə torpaq sahəsi almışdılar ki, orada öz furqonlarında yaşasınlar. Lakin Rayon Şurası (District Council) onlara orda yaşamağa icazə vermədi və oranı boşaldmaq üçün 15 ay vaxt verdi. Səbəb olaraq göstərilmişdi ki, həmin ərazı xüsusi ekoloji qoruma statusu altındadır. Ərizəçilər iddia edirdilər ki, azlıq təşkil edən əhali kimi ənənəvi həyat tərzi sürmələri üçün dövlətin onlara şərait yaratmaması və ya çoxluq təşkil edən əhaliyə nisbətən əlverişsiz vəziyyətə salınmaları Konvensiya ilə təminat verilən hüquqlarını həyata keçirmələri məsələsində ayrı-seçkiliyə bərabərdir. Dövlət iddia etdi ki, rəftardakı hər hansı fərq qanuni məqsədə mütənasib olub və obyektiv və ağlabatan əsasa malik olub. AİHM ayrı-seçkilik qadağasının pozulduğunu müəyyən etmədi, çünki onun fikrincə, ərizəçilərə qarşı görülmüş tədbirlərin ağlabatan və obyektiv əsasları vardı.

Yüklə 73,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin