4.8. Din və ya etiqad
(Məlumat kitabçasının 125-ci səhifəsi)
AIHM, Savez crkava ‘Riječ života’ və başqaları Xorvatiyaya qarşı
(No. 7798/08), 9 dekabr 2010
(ECtHR, Savez crkava ‘Riječ života’ and Others v. Croatia
(No. 7798/08), 9 December 2010)
Xorvatiya qanunvericiliyinə əsasən, dini icma olaraq qeydiyyatdan keçmiş
Islahatçı məzhəbinin kilsələri hökumətlə onların dövlətlə münasibətlərini
tənzimləyəcək müqavilə bağlamaq istəyirdilər. Belə müqavilə olmadan,
onlar dövlət məktəblərində və uşaq bağçalarında dini təhsil verə bilmir və
onların bağladığı dini nikahlar dövlət tərəfindən tanınmırdı. Dövlət orqanları
ərizəçilərə məlumat verdi ki, onlar belə müqaviləni bağlamaq üçün lazım
olan bütün meyarlara cavab vermirlər, xüsusilə onlar Xorvatiya ərazisində
1941-ci ildən fəaliyyət göstərmirlər və tələb olunan 6.000 üzvə malik
deyillər. AİHM bildirdi ki, hətta baxmayaraq ki, AİHK dini nikahların
nəticələrinin vətəndaş nikahlarına bərabər tanınması və ya dövlət
məktəblərində və uşaq bağçalarında dinə təhsilə icazə vermək öhdəliyi
qoymur, amma dövlət bir dəfə Konvensiya öhdəliklərindən kənara çıxıbsa
və dini icmalar üçün əlavə hüquqlar tanıyıbsa, belə hüquqların tətbiqində
14-cü Maddə çərçivəsində ayrı-seçkiliyə yol verə bilməz. Ərizəçilərin
işində, dövlət orqanları müqavilə bağlamaqdan imtina etdilər, çünki ərizəçi
kilsələr daxili qanunvericiliklə müəyyənləşdirilmiş tarix və say meyarlarına
tam təmin etmirdi. Halbuki, hökumət üzvlərinin sayı meyarına cavab
verməyən dini icmalarla belə müqavilələr bağlamışdı, çünki
müəyyənləşdirmişdilər ki, bu kilsələr “Avropa mədəni dairəsində tarixi dini
icmalar” olmaq kimi alternativ meyarı təmin edirdilər. Hökumət ərizəçi
kilsələrin həmin meyara niyə uyğun gəlmədiyinə dair heç bir izahat ver-
mirdi. Yekun olaraq, AİHM belə qərara gəldi ki, daxili qanunvericilikdə
müəyyənləşdirilən meyar bütün dini icmalar üçün bərabər əsasda tətbiq
olunmamışdı.
AİHK-nın 12 saylı Protokolu əsasında işi araşdırarkən AİHM müşahidə etdi
ki, dövlətə dini icma ilə müqavilə bağlayıb-bağlamamağa qərar vermək
səlahiyyəti verdikdə, ərizəçilərin şikayətində bu baxımdan “daxili hüquqa
196
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
əsasən onlara spesifik verilmiş hüquqlara” aid deyildi. Buna baxmayaraq,
bu, “mülahizə sərbəstliyinin həyata keçirilməsində dövlət orqanları
tərəfindən” iddia olunan ayrı-seçkiliklə əlaqədar olduğu üçün 12 saylı Pro-
tokola dair İzahlı Hesabatın aydınlaşdırdığı üçüncü kateqoriyaya daxil olur.
AİHM, 14-cü Maddənin 9-cu maddə ilə birlikdə pozuntusunu
müəyyənləşdirsə də, eyni şikayəti 12 saylı Protokola əsasən ayrıca
araşdırmağı zəruri hesab etmədi.
Dostları ilə paylaş: |