Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


AIHM, O’Donoghue və Başqaları Birləşmiş Krallığa qarşı



Yüklə 1,45 Mb.
səhifə116/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   112   113   114   115   116   117   118   119   ...   122
AIHM, O’Donoghue və Başqaları Birləşmiş Krallığa qarşı

(No. 34848/07), 14 dekabr 2010

(ECtHR, O’Donoghue and Others v. the United Kingdom

(No. 34848/07), 14 December 2010)

2005-ci  ildən  etibarən  miqrasiya  nəzarəti  altında  olan  şəxslər  İngiltərə

kilsəsindən başqa yerdə evlənmək istədikdə, Dövlət Katibliyinə, 295 funt

sterlinq (GBP) məbləğində rüsum ödəyərək təsdiq sertifikatı formasında

icazə almaq üçün müraciət etməli idilər. Ərizəçi, BK-da sığınacaq almaq

istəyən  Nigeriya  vətəndaşı  evlənmək  istəyirdi,  amma  bunu  İngiltərə

kilsəsində etmək istəmirdi, çünki o da, nişanlısı da, hər ikisi roman katoliki

idilər    və  istənilən  halda,  Şimali  İrlandiyada  İngiltərə  kilsəsi  yox  idi.

Ərizəçilər, təsdiq sertifikatı almaq üçün müraciət etdilər və xahiş etdilər ki,

yoxsul maliyyə statusları əsasında rüsumdan azad edilsinlər, amma onların

ərizəsi  rədd  edildi.  Nəticədə,  lazımi  məbləği  dostlarının  köməyi  ilə

topladıqdan sonra onlara 2008-ci ilin iyulunda təsdiq sertifikatı verildi. AİHM

yuxarıdakı sxemi dini əsasda ayrı-seçkilik hesab etdi. Ərizəçilər İngiltərə

kilsəsində  evlənmək  istəyən  və  bunu  bacaran  şəxslərlə  nisbətdə  eyni

vəziyyətdə idilər. Baxmayaraq ki, həmin adamlar maneəsiz evlənməkdə

azad idilər, ərizəçilər belə nikaha daxil olmaqda həvəssiz (dini əqidələri

baxımından) və imkansız (Şimali İrlandiyada yaşadıqlarının nəzərə alaraq)

idilər. Müvafiq olaraq, onlara evlənməyə yalnız təsdiq sertifikatı almaq üçün

müraciət etdikdən və böyük məbləğ ödədikdən sonra icazə verildi. Buna

görə  də,  obyektiv  və  ağlabatan  əsaslandırmanın  təmin  edilmədiyi

davranışda aşkar fərq var idi.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin