çatışmazlıqlar 14-cü Maddənin əhatə dairəsinə aiddir və bu yanaşma
beynəlxalq ictimaiyyətin ifadə etdiyi mövqe ilə eyni sıradadır. Müvafiq
olaraq, İÇV infeksiyası da daxil olmaqla, sağlamlıq statusuna görə
fərqləndirmə “digər status” ifadəsi ilə əhatə olunurdu və 14-cü Maddə 8-ci
Maddə ilə birlikdə tətbiq oluna bilərdi. Ərizəçi Rusiyada ailə-əsaslı
yaşamaq icazəsi almaq istəyənlərlə eyni vəziyyətdə idi, amma İÇV-pozitiv
statusuna görə ona fərqli davranılırdı. Bu sahədə dövlətlərin mülahizə
sərbəstliyi çox məhdud idi, çünki İÇV ilə yaşayan insanlar xüsusi həssas
qrup idi ki, keçmişdə ciddi ayrı-seçkiliyə məruz qalmışdılar və onların
yaşamaq icazəsindən məhrum edilməsi ilə bağlı Avropa konsensusu yox
idi. Ictimai sağlamlığı qorumaq kimi legitim məqsədlə məhdudlaşdırma
tədbirlərini qəbul etmələrinə baxmayaraq, səhiyyə ekspertləri və
beynəlxalq orqanlar razılaşırdılar ki, İÇV-pozitiv olan insanların səyahət
etmələrinə məhdudiyyətlər ictimai sağlamlığa istinad olunaraq əsaslandırıla
bilməz. Baxmayaraq ki, belə məhdudiyyətlər xolera və ya sarı qızdırma
kimi qısa inkubasiya dövrü keçirən yoluxucu xəstəliklər üçün səmərəli ola
bilər, İÇV-pozitiv olan şəxsin ölkədə sadəcə mövcudluğu ictimai sağlamlıq
üçün təhlükə ola bilməz. İÇV təsadüfən deyil, xüsusi davranış nəticəsində
keçir və xəstəliyin başqasına keçməsi üsulları şəxsin ölkədə qalma
müddəti və vətəndaşlığından asılı olmayaraq eynidir. Bundan başqa, İÇV
ilə bağlı səyahət məhdudiyyətləri turistlərə və ya qısa müddətli
səyahətçilərə və ya xaricdən qayıdan Rusiya vətəndaşlarına tətbiq olun-
mur, halbuki onların miqrantlardan daha az təhlükəsiz davranışla məşğul
olmalarını güman etməyə heç bir səbəb yoxdur. Eləcə də, İÇV pozitiv olan
uzun-müddətli rezidentlərlə qısa-müddətli səyahətçilərə fərqli münasibət
birincinin dövlət tərəfindən maliyyələşdirilən səhiyyə sistemindən daha çox
tələblər irəli sürə biləcəyi ilə obyektiv olaraq əsaslandırıla bilsə də, bu ar-
qument Rusiyada irəli sürülə bilməz, çünki qeyri-Rusiya vətəndaşlarının
təcili yardımdan başqa heç bir pulsuz tibbi yardım almaq hüququ yoxdur.
Məhkəmənin daha sonra tədqiq etməli olduğu məsələ məhdudlaşdırma
tədbirinin gizli və qarışıq təbiəti idi. İÇV-pozitiv olan qeyri-vətəndaşların de-
portasiya olunması müddəaları konkret halların faktlarına əsaslanan fərdi
qiymətləndirmə aparmağa yer qoymurdu. Ərizəçinin vəziyyətində daxili
səlahiyyətli orqanlar onun ərizəsini, onun sağlamlıq vəziyyətini və Rusiya
ilə ailə bağlarını nəzərə almadan, sadəcə qanununun müddəalarına
əsaslanaraq rədd ediblər. Bütün bunları nəzərə alaraq, AİHM bildirdi ki,
ərizəçi sağlamlıq vəziyyətinə (səhhətinə) görə ayrı-seçkilyə məruz qalıb.
200
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı