5.2. Sübutetmə yükünün paylaşılması
(Məlumat kitabçasının 140-cı səhifəsi)
ABƏM, Patrick Kelli İrlandiya Milli Universitetinə qarşı (Universitet
Kolleci, Dublin
İş C-104/10, 21 iyul 2011)
CJEU, Patrick Kelly v. National University of Ireland (University Col-
lege, Dublin)
Case C-104/10, 21 July 2011
Cənab Kelli Dublin Universitet Kollecində (DUK) peşə proqramına müraciət
etdi və onun ərizəsi rədd edildi. Cənab Kelli inanırdı ki, o, təlimə cinsi
mənsubiyyətinə görə qəbul edilməyib və digər ərizələrin açılmasını istədi;
DUK caö üçün hazırlanmış versiyaları açıqladı. İrlandiya Məhkəməsi cinsə
əsaslanan ayrı-seçkilik işlərində sübutetmə yükünə dair 97/80/EC Şura Di-
rektivi; işə götürmə, ixtisas təlimi və işdə irəli çəkmə və iş şərtləri ilə bağlı
kişi və qadınlara bərabər davranılması prinsipinin implementasiyasına dair
76/207/EEC Şura Direktivi (“Bərabər Davranış Direktivi”); və 76/207/EEC
Şura Direktivinə düzəlişlər edən 2002/73/EC Şura Direktivi ilə bağlı
müraciət etdi; İrland məhkəmələri soruşurdu ki, (i) 76/207/EEC36,
97/80/EC37 və 2002/73/EC38 Şura Direktivlərində müəyyənləşdirilmiş
müddəalara əsasən, və (ii) əgər belə hüquq məxfiliyə dair daxili və ya Aİ
hüququna təsir edirsə, cənab Kelli sənədlərin tam versiyalarını görmək
hüququna sahibdirmi.
AİƏM bildirdi ki, nə cinsi ayrı-seçkilik işlərində sübutetmə yükünə dair di-
rektiv, nə də Bərabər Davranış Direktivi ərizəçiyə ixtisas təlimi üçün ayrı-
seçkilyə məruz qalmış olması şübhəsi ilə digər ərizəçilərin bacarıqlarına
dair məlumat almaq hüququ vermir və hər hansı məlumatın açılması şəxsi
məlumatların məxfiliyinə dair AB qaydalarına tabedir. Halbuki, 97/80/EC
Şura Direktivinin məqsədinin fərdi hallarda belə faktların açılmasını tələb
etməsini qərara almaq daxili məhkəmələrin səlahiyyətinə aid deyildi.
201
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
|