Müqaviləsinə uyğun təsbit edildi ki, həmin müqaviləyə görə 31 dekabr
1992-ci ilə qədər xanim Landtova tərəfindən bitirilən sığorta müddətinin
dəyəri, 1408/71 Qaydasının İİİ(A) Əlavəsinin 6-cı bəndinə görə qüvvədə
olan müddəaya əsasən, Slovak sosial təhlükəsizlik sxeminin qaydaları ilə
dəqiqləşdirilməli idi, çünki işəgötürənin qərargahı Slovak Respublikasının
ərazisində idi. Xanım Landtova, CSSA-in onun bitirdiyi bütün sığorta
müddətlərini nəzərə almadığını əsas göstərərək, yaşlılıq yardımının
məbləğinə etiraz etdi. İş Ali İnzibati Məhkəməyə çatdığında, sonuncu
1408/71 Qaydasının İİİ(A) Əlavəsinin 6-cı bəndinə görə qüvvədə olan
müddəalarının 7(2)(c)-ci maddə ilə birlikdə oxunduğunda, Sosial
Təhlükəsizlik Müqaviləsinə əsasən müəyyənləşdirilən yaşlılıq yardımının
məbləği Çex Respublikasının hüquq qaydalarına uyğun hesablandıqda
alına biləcək əmək təqaüdündən daha aşağı olduqda, yaşlılıq yardımına
əlavə ödənişi təmin edən daxili qaydanı istisna etdiyindən əmin olmaq
istədi.
Müraciətdə, Konstitusiya Məhkəməsinin müvafiq məbləğin yalnız Çex
Respublikasının ərazisində yaşayan çex vətəndaşlığı olan fərdlərə
ödənilməsi qərarının Aİ-nin 12-ci maddəsinin və 1408/71 Qaydasının 3(1)
və 10-cu maddələrinin birgə müddəalarının qadağan etdiyi ayrı-seçkilik
olub-olmadığı soruşulurdu.
AİƏM bildirdi ki, İİİ(A) Əlavənin 6-cı bəndi məbləğin ödənilməsini təmin
edən daxili qaydanı istisna etmir, çünki bu paralel şəkildə çex yaşlılıq
yardımı ilə verilmir və sığortanın eyni müddəti iki dəfə nəzərə alınır. Bu
sadəcə müxtəlif mənbələrdən alınmış yardımlar arasında obyektiv şəkildə
müəyyənləşdirilmiş fərqin aradan qaldırılması ilə nəticələnir. Belə yanaşma
1408/71 Qaydasının preambulasının “tətbiq olunan daxili qanunların üst-
üstə düşməsini” aradan qaldırmağa imkan verir və İİİ(A) Əlavədə
göstərildiyi kimi, Sosial Təhlükəsizlik Müqaviləsi ilə müəyyənləşdirilmiş
səlahiyyət bölgüsü amilinə zidd deyildi. Məhkəmə, həm də bildirdi ki, Kon-
stitusiya Məhkəməsinin qərarı sakinlik testinin nəticəsi olaraq yalnız Çex
Respublikasında yaşayan çex vətəndaşlarına məbləğin ödənilməsinə icazə
verərək, sərbəst hərəkət etmək azadlığını həyata keçirən fərdlərə qarşı
vətəndaşlığa əsaslanan birbaşa və dolayı ayrı-seçkilikdir. Nəticə olaraq,
bu qərar 1408/71 Qaydasının 391-ci maddəsinə ziddir. Bu qərarın praktik
nəticələri olaraq Məhkəmə əlavə təlimat verdi ki, Avropa İttifaqı hüququ-
nun ümumi prinsiplərinə hörmət edildiyini daha əvvəl imtiyazları olmuş
şəxslərin imtiyazlarının azaldılması ilə bərabər davranışın bərpa edilməsini
195
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
istisna edərək təmin etmirdi. Halbuki, bu qanunlar qəbul edilməmişdən
əvvəl, Aİ hüququnda xanim Landtovanın işində olduğu kimi, daha əvvəl
artıq əlavə sosial müdafiədən faydalanmış kateqoriya daxil olan şəxslərin
bundan məhrum edilməsini tələb edən müddəa yox idi.
Dostları ilə paylaş: