Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə114/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   110   111   112   113   114   115   116   117   ...   122
4.8. Din və ya etiqad    

(Məlumat kitabçasının 125-ci səhifəsi) 

AIHM, Savez crkava ‘Riječ života’ və başqaları Xorvatiyaya qarşı

(No. 7798/08), 9 dekabr 2010

(ECtHR, Savez crkava ‘Riječ života’ and Others v. Croatia

(No. 7798/08), 9 December 2010)

Xorvatiya qanunvericiliyinə əsasən, dini icma olaraq qeydiyyatdan keçmiş

Islahatçı məzhəbinin kilsələri hökumətlə onların dövlətlə münasibətlərini

tənzimləyəcək müqavilə bağlamaq istəyirdilər. Belə müqavilə olmadan,

onlar dövlət məktəblərində və uşaq bağçalarında dini təhsil verə bilmir və

onların bağladığı dini nikahlar dövlət tərəfindən tanınmırdı. Dövlət orqanları

ərizəçilərə məlumat verdi ki, onlar belə müqaviləni bağlamaq üçün lazım

olan bütün meyarlara cavab vermirlər, xüsusilə onlar Xorvatiya ərazisində

1941-ci  ildən  fəaliyyət  göstərmirlər  və  tələb  olunan  6.000  üzvə  malik

deyillər.  AİHM  bildirdi  ki,  hətta  baxmayaraq  ki,  AİHK  dini  nikahların

nəticələrinin  vətəndaş  nikahlarına  bərabər  tanınması  və  ya  dövlət

məktəblərində və uşaq bağçalarında dinə təhsilə icazə vermək öhdəliyi

qoymur, amma dövlət bir dəfə Konvensiya öhdəliklərindən kənara çıxıbsa

və dini icmalar üçün əlavə hüquqlar tanıyıbsa, belə hüquqların tətbiqində

14-cü  Maddə  çərçivəsində  ayrı-seçkiliyə  yol  verə  bilməz.  Ərizəçilərin

işində, dövlət orqanları müqavilə bağlamaqdan imtina etdilər, çünki ərizəçi

kilsələr daxili qanunvericiliklə müəyyənləşdirilmiş tarix və say meyarlarına

tam  təmin  etmirdi.  Halbuki,  hökumət  üzvlərinin  sayı  meyarına  cavab

verməyən  dini  icmalarla  belə  müqavilələr  bağlamışdı,  çünki

müəyyənləşdirmişdilər ki, bu kilsələr “Avropa mədəni dairəsində tarixi dini

icmalar”  olmaq  kimi  alternativ  meyarı  təmin  edirdilər.  Hökumət  ərizəçi

kilsələrin həmin meyara niyə uyğun gəlmədiyinə dair heç bir izahat ver-

mirdi.  Yekun  olaraq, AİHM  belə  qərara  gəldi  ki,  daxili  qanunvericilikdə

müəyyənləşdirilən meyar bütün dini icmalar üçün bərabər əsasda tətbiq

olunmamışdı. 

AİHK-nın 12 saylı Protokolu əsasında işi araşdırarkən AİHM müşahidə etdi

ki, dövlətə dini icma ilə müqavilə bağlayıb-bağlamamağa qərar vermək

səlahiyyəti verdikdə, ərizəçilərin şikayətində bu baxımdan “daxili hüquqa

196

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı




əsasən onlara spesifik verilmiş hüquqlara” aid deyildi.  Buna baxmayaraq,

bu,  “mülahizə  sərbəstliyinin  həyata  keçirilməsində  dövlət  orqanları

tərəfindən” iddia olunan ayrı-seçkiliklə əlaqədar olduğu üçün 12 saylı Pro-

tokola dair İzahlı Hesabatın aydınlaşdırdığı üçüncü kateqoriyaya daxil olur.

AİHM,  14-cü  Maddənin  9-cu  maddə  ilə  birlikdə  pozuntusunu

müəyyənləşdirsə  də,  eyni  şikayəti  12  saylı  Protokola  əsasən  ayrıca

araşdırmağı zəruri hesab etmədi.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin